Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan
Eluca Atalı
Qəştasb
Vasiqi və Mahmud Aslaninin Ərdəbil zindanında
qanunsuz saxlanılması hələ də
davam edir Nəsrin
Rəzəvinin ailəsi psixoloji işgəncəyə
məruz qalıb Əlirza
Qomi azadlığa şərtlə buraxıldı
vı danışmaq haqqı əlindən alınaraq İrandan
Ermənistana çəkilən qaz kəməri
martın 19-da rəsmi açılacaq İranın
fars rejiminin Cəlil Ğənilu ilə siçan
- pişik oyunu
İran
fars rejimi türk dilində təqvimin çapına
icazə verdiyi üçün peşman olub
Qəştasb
Vasiqi və Mahmud Aslaninin Ərdəbil zindanında qanunsuz
saxlanılması hələ də davam edir
Qəştasb
Vasiqi və Mahmud Aslan -- iki millətçi aktiv Ərdəbil
şəhərində bir neçə ay bundan qabaq Abbas Lisanlının
qeyri -insani şəraitdə saxlanması və
təzyiqlərə məruz qalması ilə əlaqədar
Ərdəbil zindanının qarşısında etiraz aksiyası
keçirərkən tutulmuşdurlar.Qeyd edək ki, onlarla
bərabər həmin aksiya zamanı digər tutulanlar
zəmanətlə müvəqqəti azadlığa buraxılıb.Bir
neçə ay keçməsinə baxmayaraq, nə ailəsi, nə
də vəkilləri ilə əlaqə saxlamağa icazə
verilmir.Təkcə onu öyrənmək mümkün olmuşdur ki,
Ərdəbil zindanının 7-ci bəndində saxlanılırlar
,amma hansı şəraitdə
saxlanmaları məlum deyil.
Nəsrin
Rəzəvinin ailəsi psixoloji işgəncəyə
məruz qalıb
Xəbər
verdiyimiz kimi Təbrizdə 8 mart qadınlar günü ilə bağlı
keçiriləcək aksiyanın bildirişini yayarkən oğurlanmış
Nəsrin Rəzəvinin saxlandığı yer hələ
də məlum olmasa da, amma bir neçə gün bundan əvvəl
onun ailəsi ilə qısa telefon danışığı
olmuşdur.Ailəsinin heç bir sual və sorğusuna cavab
verməyə imkanı olmamış, telefon tez də qapanmışdır.Bu
da ailəsinin daha da nigarançılığına səbəb
olmuşdur.
İnanırıq
ki,Azərbaycanın İnsan Haqları Müdafiə təşkilatları,
Qadın hüquqları komitələri gənc qadının
taleyinə biganə qalmayıb onun səsinə səs
verərək, haqqını müdafiə edəcəklər.
Əlirza
Qomi azadlığa şərtlə buraxıldı vı danışmaq
haqqı əlindən alınaraq
Milli
aktiv Əlirza Qomi Dünya Ana Dili Günü Urmiyədə keçirilən
tədbirdə həmin tedbiri öz mobil telefonu ilə çəkən
zaman ettelaat məmurları tərəfindən tutulmuşdur.50
milyon tümənlik zəmanətlə müvəqqəti azadlığa
buraxılmışdır. Buraxılarkən dilindən izahat
alınmışdır ki, bir də aksiyada film çəkərsə
və əgər Urmiyədəki aksiya ilə bağlı film
yayılarsa, onu tutacaqlar.Və onu hədələyiblər ki,
tutulması ilə bağlı heç bir yerə müsahibə
verməsin.
İrandan
Ermənistana çəkilən qaz kəməri martın 19-da
rəsmi açılacaq
Ermənistanın
xəbər agentlikləri məlumat vermışdirlər ki,
martın 19 - da İrandan Ermənistana çəkilən qaz
kəmərinin rəsmi açılışı olacaq.
Ermənistanın Enerji Nazirliyinin məsul işçisi Sahak
Abrahamiyan xəbər vermişdir ki, burada adı çəkilən
hər iki dövlətin prezidenti açılışda iştirak
edəcək.
İranın
fars rejiminin Cəlil Ğənilu ilə siçan - pişik oyunu
Zəncanda
Ana Dili Günü münasibəti ilə keçirilən aksiyada tutulanlar
hamısı zəmanətlə müvəqqəti azadlığa
buraxılmışdırlar. Onların içərisində
təkcə milli hərəkatın aktivi Cəlil Ğəniludan
xəbər yoxdur və indiyədək ailəsi nə telefonla,
nə də üzbəsurət onunla əlaqə saxlaya bilməmişdirlər.
Belə bir güman var ki, o hətta Zəncanın zindanında da
yoxdur. Onun ailəsi çalışır ki, məhkəmə
orqanları və ettelaatın nümayəndələri ilə
danışıb doğru - dürüst bir cavab alsınlar.Amma bütün
bunlara baxmayaraq, heç bir cavab ala bilmirlər və onun real
vəziyyətindən, sağlamlığından çox narahatdırlar.
Zəncanda
misgərlik sənəti aradan çıxır
İSNA
Xəbər Agentliyinin verdiyi məlumata görə Zəncanda
misgərlik sənəti aradan çıxmaq üzrədir.Misgərlik
10 il bundan əvvəl əhəmiyyətli və
gərəkli bir sənət növü kimi istifadə olunurdu və
hətta dünya miqyasında ona böyük qiymət verilirdi. Zəncan
Mİsgərlər Birliyi Təşkilatının
rəhbəri Müntəxəbi bildirmişdir ki, 10 il bundan qabaq
burda 20 fabrik vardı və 400 misgər çalışırdı.Ancaq
indi cəmi 8 misgər qalıb.Onlar bu sənətin
gələcəyindən çox narahatdırlar və çalışırlar
ki, nəsillərin yadigarı olan misgərlik kimi qədim bir
sənət itib aradan çıxmaya. Bunun əsil səbəbi dövlət
orqanları tərəfindən misgərliklə bağlı
olan xammalı verməməsidir. Sonda o qeyd etmişdir ki,bu haqda
dəfələrlə məktub yazmışıq və
istəmişik ki,dövlət adamları bunu ciddi tutsunlar, amma heç
bir fayda verməyib.O, xatirladib ki, misgər ustalar gündəlik
təlabatlarını ödəmək üçün meyvə və göyərti
satırlar.
İran
fars rejimi türk dilində təqvimin çapına icazə verdiyi
üçün peşman olub
Aldığımız
məlumata görə Ərdəbildə Mədəniyyət
və İslami İrşad Nazirliyinin xüsusi icazəsi ilə türk
dilində təqvim çap olunmuşdu.Amma baxmayaraq ki, çapına dövlət
tərəfindən icazə verilmişdir, bir müddət keçəndən
sonra Ərdəbilin evlər idarəsinin məmurları onları
kitab mağazalarından və köşklərdən yığmağa
başlayıblar. Və bəzi kitab mağazalarının
sahiblərini aparıb dillərindən
izahat alıblar ki, türk dilində təqvim satmayacaqlar.