Guney Azərbaycandan son xəbərlərı  Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı

  

 

 

Güney Azərbaycanda azyaşlı qızlar evdən qaçırlar

 

Şəhrizadnyuzun  verdiyi məlumata əsasən İranda qaçqın qızlar  sosial bir probleme çevrilib və son zamanlar qaçan qızların sayı gün -gündən  artmaqdadır.Ancaq şəhərlərdə yox, ölkənin hər yerində gənc və azyaşlı qızlar evdən qaçır.Bir müddət bundan əvvəl Zəncanın təlim - tərbiyə idarəsinin məsul işçisinin verdiyi müsahibədə deyilir ki, artıq Zəncandan qaçan qızların 64 faizi məktəb və orta məktəb şagirdləridir.Buna səbəbsə ictimai, mədəni təzyiqlər və bəzi ailədə olan ixtişaşlardır ki, bu yaşda olan qızlara mənfi təsir göstərir. Sonda isə onlarda yaranan gələcəyə ümidsizlikdir ki,düşdükləri mühiti qəbul edə bilmirlər.Evdən qaçan azyaşlılar küçə və xiyabanlarda avara olur və son zamanlar İranın rəsmi dairələrindən raport verilmişdir ki, evdən qaçanlar insan alveri mafiyası ilə məşğul olanların toruna düşür,narkotik maddələrin satışı ilə bağlı alverdə onların gücündən istifadə edilir və bəzən də bu qızlardan qadın alverində, onlara yaxşı yaşayış vəd edərək ərəb ölkələrinin pullu şeyxlərinə satırlar.

 Qeyd etmək lazımdır ki, evdən qaçan qızların dəqiq statistikasını aparmağa İranın rəsmi dairələri icazə vermir.Bu artıq  təkcə Zəncan vilayətində yox, Güney Azərbaycanda bu fakta daha cox rast gəlmək olur.Buna da səbəb bu yaşayış zonasının İranın başqa yerlərinə nisbətən problemlərin daha artıq olmasıdır.

 

Təbrizdə İranın fars rejimi  ad dəyişmə komitəsi yaradıb

İranın rəsmi İLNA Xəbər Agentliyinin verdiyi məlumata görə Güney Azərbaycanın şərq vilayətində məkanlara ad qəyişmə komitəsı yaradılıb və hər həftə çərşənbə günü iclaslarını keçirirlər.Bu komitədə məhəllə, küçə, bazar və tarixi abidələrin adlarını dəyişirlər.Bu məsələ ilə komitə rəhbəri İLNA-ya bildirmişdi ki, bu yer adlarının dəyişdirilib yenisinin qoyulması ümid verəndir və Təbrizdə "İşıq" yaradacaq.

 Xalq yaratdığı və  qoyduğu adla  tarixi abidəsini qoruya -qoruya öz gələcək nəslinə çatdırmağı bacarırsa, necə zəmanət vermək olar ki, bu abidənin adının dəyişib farslaşdırılması ona ümid verəcək.Bu manqurt bir adamın düşüncəsindən süzülüb gəlmiş fikirdir.Çünki xalq ümidlə yaşayanda itirir.Gərək xalq gələcəyə inamla yaşasın və ləyaqəti olan xalq heç vaxt tarixi yaddaşının saxtalaşdırılmasına dözə bilməz.Bu asmiliasiya siyasətidir və inanırıq ki, öz bəhrəsini verməyəcək.Necə ki, bir -iki il bundan əvvəl Urmi gölünün adalarını adlarını dəyişib farslaşdırmışdırlar, xalq öz etirazını bildirdi və öz əvvəlki adını qaytardılar.

 

İran adlı məmləkətdə Güney Azərbaycan gənclərinin böyrəyi hərraca qoyulub

Çox şeylər var ki, insan onu çətin günlərində satır və bu şeylərə əasən qızıl, ev, maşın və s.maddi əşyaları aid etmək olar.Necə deyərlər :"Qara köpüyü saxla qara gününə". Amma bəzən adamın elə qara günü olur ki,nəsə tapıb satmağa işıq ucu görünmür.Elə onda adamın günü dönüb olur, qara kömür. Güneydə yaşayan  soydaşlarımızın vəziyyəti kimi. Urəkaçan xəbər olmasa da,amma millətimizin urəyinə yaxın orqanını satıb bu gün çörək pulu etməsini hamımız bilsək daha yaxşıdır. Bu gün İran adlanan məmləkətdə neçə ildir ki, böyrək də o varlıqdan sayılır ki, adam pis günün də onu sata.Bəli, eşitdikləriniz bir həqiqətdir ki, adamların hər yerdən əli üzüləndə yalnız güman yeri kimi özünə üz tuturlar. Və qeyd edək ki, bu hal artıq bu ölkədə adi alverə çevrilib.Hər şey çoxalanda adiləşir və adam psixası da bunu adi qəbul edir. Amma acından ölən hər kəsə də yenə böyrəyini satmaq nəsib olmur.Gərək cavan  və sağlam olasan.

  Bu gün Güney Azərbaycanın kəndlərindən cavanlar əvvəl Azərbaycanın böyük şəhərlərinə gəlir və şansları gətirərsə, bir neçə gün yayda ev təmirində və ya tikinti işində işləyə bilirlər.Bu da ən yaxşı halda. Belə olanda iş tapmaq ümidi ilə üz tuturlar fars şəhərlərinə.Burda da iş tapmaq o qədər də asan məsələ olmadığı üçün müvəqqəti işlə təmin olunduqdan sonra çörək pulu qazanmaq zorunda qalan adamlar artıq bu aləm üçün adiləşmiş böyrək alverini yada salırlar.

  Acınacaqlı haldı, amma real faktdi.Bu gün Güney Azərbaycan gənclərinin böyrəyi təkcə İranda yox, ona  qonşu ölkələrdə də satılır.Əslində onun satışından ələ gələn pul o qədər də böyük pul deyil və əlavə etsək ki, böyrəyini satan adamlar heç də təkcə özünü və gələcək firavan yaşayışını nəzərdə tutub onu satmırlar.Kənddə ac və işsiz qoyduqları arvad - uşaqlarını, ana -ata və digər qohumlarını da o pulla dolandırmalı olurlar.Nəzərə alaq ki, bu pulun ümümi həcmi isə bir adamın bir illik maaşı qədərdir.Böyrəyini satan o qədər çoxalıb ki, bu qiymət getdikcə də aşağı düşür.Ən acinacaqlı hal isə o adamların tez bir zamanda həkim nəzarətindən kənarda qalmaları və "gecə qondu" evlərdə şəhərin kənarında elektriksiz, susuz və məişət təchizatı zəif olan yerlərdə yaşamalarıdır ki, bundan da bəziləri infeksion xəstəliyə tutulub tez bir zamanda ölürlər.

Məlumat üçün qeyd edək ki, keçən il Mari adlı İsveçli qadın İrandan insan böyrəyi alır və bu hadisə ilə bağlı İsveçin çoxsaylı gündəlik qəzeti olan ”Daqens nyheter” də məqalə çap olunur.İctimayyətin marağına səbəb olan bu məqalə ilə bağlı sonra İsveçin 2-ci kanalında oktyabrın 8-də bir filim yayımlanır.Təkcə İsveçdə yox, İrandakı böyrək alverinə həsr olunmuş bu film tez bir zamanda bütün Avropada sensasiyaya səbəb oldu.

 Dəyərli soydaşlarımız, sizin də marağınıza səbəb olacağını düşünüb filmi sitəmizdə yerləşdirmişik. Aşağıdakı şəkli yükləməklə baxa bilərsiniz.

   

İranın fars rejimi Təbrizdə bir dənə də olsun türk dil sinfinin olmasına dözə bilmədi

 

Bu gün Güney Azərbaycanda bir dənə də olsun Azərbaycan mədəniyyətini, dilini yayan və təbliq edən nə mədəniyyət mərkəzi, nə də evi var.Bir müddət bundan qabaq Təbrizdə Mənzəriyyənin Mədəniyyət evində Azərbaycanlılar öz imkanları ilə türk dilinin siniflərini açmışdırlar.Cavanlar arasından bura gələn həddən artıq çox idi.Millətin bura çox gəlməsi fars şovenistlərini hədsiz qorxuya salıb və Təbriz şəhəri məntəqə 3 -ün rəhbəri burda oğlanlarla qızların bir yerdə oturub oxumasını bəhanə edib bağlatdırıblar.Əslində bu yerə millətçi aktivlər gəldiyi üçün onları daha çox qorxudurmuş və onların  gəlməsini qadağan ediblər.

  Mədəniyyət mərkəzinin bağlanması ilə bağlı məntəqə 3 - ün rəhbərinin verdiyi hökmün şəklinə baxın.

 

İbrahim Cəfərzadə müvəqqəti azadlığa buraxılıb

 Evrin müəssiəsinin sabiq  rəhbəri İbrahim Cəfərzadəyə müvəqqəti azadlığa buraxılması haqqında zəmanət verilib.

    

Abbas Lisanlı və Behruz Əlizadə silah və narkotika alverçiləri ilə zindanda bir yerdə yerləşdiriləcəklər

Abbas Lisanlının həyat yoldaşı Rüğəyyə Lisanlı "Savalan səsi" sitəsinin jurnalistinə bildirmişdir ki, Abbas Lisanlı və Behruz Əlizadənin zindanda yerlərinin dəyişdirilməsi haqqında qərar verilib. Onları narkotika və silah alveri ilə məşğul olanlarla bir yerə salmaq fikirləri var.Buna da səbəb Lisanlının zindanda Azərbaycanlıların hüquqları ilə bağlı çıxış etməsidir.Əlbəttə, Abbas Lisanlı həyat yoldaşına telefon söhbəti zamanı bildirmişdir ki, yeri dəyişdirilərsə razılaşmayıb müqavimət göstərəcək.

  Aldığımız son məlumata görə Abbas Lisanlı və Behruz Əlizadə Ərdəbil zindanının 7- ci bəndinə aparılıb və bu bölmədə kimlərlə bir yerdə yerləşdirilmələri haqqında əlimizdə dəqiq məlumatımız yoxdur.

 

Ettelaat məmurları Culfa şəhərində iki millətçi qardaşı oğurlayıblar

14 martda Culfa şəhərində Ettelaat məmurları Azərbaycanlılar yaşayan evə soxularaq iki millətçi aktivi ailəsinin yanında vəhşicəsinə döyüb və evdən aparmışdırlar.Onlar Adil və İbrahim Şəkur qardaşlarıdır.Bu günkü günə qədər ata və anaları onlardan xəbər tuta biulməmiş və ittilaatın onlara vurduğu damğanı belə öyrənə bilməmişdirlər.

 

Urmi dənizinin 100 min hektar sahilləri quruyub 

Cumhuri İslam Xəbər Agentliyinin verdiyi məlumata görə Azərbaycanın qərb vilayətində ətraf mühitin qorunması ilə məşğul olan idarənin rəhbəri bildirmişdir ki, Urmi dənizinin 100 min hektar sahilləri quruyub.O, artırıb ki, bu dənizin şorluğu da artıb .Beləki bir litr suda 295 mq şorluq var.O, elan edib ki, Urmi dənizinin vəziyyəti acınacaqlıdır və burda olan milli park da təhlükəli və böhran vəziyyətindədir.Qeyd edib ki, bu problem ancaq Azərbaycanın qərb vilayətinin ətraf mühitini qoruyanları narahat edir.İranın rəsmi dairələri bununla qəti maraqlanmırlar.Arzu edib ki, bunula İranın mərkəzi dairələri ciddi məşğul olsunlar.

 Sonda o bu problemin həlli ilə bağlı öz təklifini də verib.Beləki məsləhət görüb ki, yaxşı olardı əkin sahələrinin suvarılması üçün yeni quyular qazılsın,moderin suvarma sistemindən istifadə olunsun və Urmi dənizinə axan çayların qabağı bu məqsədlə kəsilməsin, su əvvəlki kimi öz məcrası ilə axsın.

   

Almaniyada Novruz şənliyi

 

Almaniyanın Frankfurt şəhərində yaşayan həmyerlimiz Yaşar Azərdən

aldığımız məlumata görə Azərbaycan-Almaniya Dostluq Cəmiyyəti martın

25-də Almaniya və ətraf ölkələrdə yaşayan Azərbaycanlıları  Mainz

şəhərində Neuestadtzentrum-da (Goethe Str. 7) keçiriləcək, saat 15-dən

başlayan Novruz şənliyinə dəvət edir. Tədbirin dəvətnaməsini çap edirik:"