Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı
Nəsrin
Rəzəvidən hələ də xəbər yoxdur
Sabir
Rüstəmxanlının Ömür kitabı Təbrizdə
çap olunacaq
Urmiyədə
tutulanlardan bir neçəsi müvəqqəti
azadlığa buraxıldı
Ətabək
Teymuri "Bilimyolu" müəssiəsinin müdiri hələ
də zindandadır
Urmiyədə
millətçi aktivlərə təzyiq artır
Güney
əməkçilərinin zülmünə kim cavab verəcək
?
Ərdəbildə qadın futbolu reallaşa bilərmı
?
İrandan
Ermənistana qaz ixracı martın sonunda reallaşacaq
Gərmidə
içməli su tapılmır
"TÜRK
FORUMU GÜNEY AZƏRBAYCAN TÜRKÜNÜ UNUTDU"
Mərənddəki
ölüm zonası onlarla adamın ölümünə səbəb
oldu
Nəsrin
Rəzəvidən hələ də xəbər yoxdur
Keçən
xəbərlərimizdən sizə artıq məlumdur ki,
ittilaat məmurları Təbrizli gənc qadın, 20 yaşlı
Nəsrin Rəzəvini oğurlayıblar.Bu hadisə onun
həyat yoldaşı Oxtay Babayinin zindan ömrünün 295 -ci günündə
baş verib. Oxtay bəy Güney Azərbaycandakı məlum may
hadisələri zamanı tutulub və beynəlxalq amnistiya
təşkilatlarının onun azadlığa buraxılması
haqqında İran fars rejiminə muraciət etmələrinə
baxmayraq, məsələ müsbət həll olunmamışdır.Əksinə
onun arvadı Nəsrin Təbrizin Pərvaz
məhəlləsində 8 mart qadınlar günü ilə bağlı
bildiriş yayarkən oğurlanmışdır.Qeyd
edək ki, dövlət təhlükəsizlik orqanları
tərəfindən xəbərdarlıq almışdır ki,
əgər ərin haqqında kənara məlumat və ya müsahibə
verərsənsə bu sənin üçün də yaxşı
nəticə verməyəcək.Bu da hədə - qorxunun
nəticəsi.Gənc qadının oğurlanıb harda
saxlanması haqqında nə yaxınlarının, nə
də ittilaat məmurlarından başqa kimsənin bir
xəbəri yoxdur.
Sabir
Rüstəmxanlının Ömür kitabı Təbrizdə çap
olunacaq
APA
Xəbər Agentliyinin verdiyi məlumata görə Sabir Rüstəmxanlının
"Ömür kitabı" yaxın zamanlarda Təbrizdə nəşr
olunacaq.Qeyd edək ki, bu kitab rus, ingilis,türk dillərində çap
olunub və indi Təbrizdə kamil şəkildə aprel ayında
çapdan çıxacaq.Bundan əvvəl onun "Göy tanrı"
kitabı 2000 -ci ildə (350 səh.) türk dilində nəşr
olunmuşdur.Burada türklərin köçməsi barədə
bədii şəkildə hərtərəfli məlumat verilir.
Urmiyədə
tutulanlardan bir neçəsi müvəqqəti
azadlığa buraxıldı
Urmunuyuzun
verdiyi məlumata görə Ana Dili Günü münasibəti ilə
tutulanlardan bir neçəsi zindandan buraxilmışdır.Onlardan
İsmayıl Cavadi haqqında artıq məlumat vermişdik
və məlumatımızdan da bilirsiz ki, jurnalistdir, Kiyanuş
Yusifi, Cəmşid və Hüseyn Hüseynikiya. Axırıncı
qeyd etdiyimiz şəxslərin bilgisayar mağazalarıda var
və bu dörd nəfər hərəsi 10 milyon tümən ödəməklə
zəmanətlə azadlığa buraxılmışdırlar.Digər
zindanda olan soydaşımız Hüşəng Nəqizadə,
Ramin Muradzadə və İbrahim Əhmədi 20 milyon tümən
ödəməklə, Əhməd Qureyşi və Əbülfəz
Əlilu30 milyon tümənlik zəmanətlə müvəqqəti
azadlığa buraxılmışdırlar.
Ətabək Teymuri
"Bilimyolu" müəssiəsinin müdiri hələ də
zindandadır.
Müvəqqəti azadlığa buraxılanlara isə
xəbərdarlıq ediblər ki, kütləvi xəbər
agentliklərinə zindandakı hadisələr haqqında
məlumat vermək və ya bu haqda müsahibə vermək
qəti qadağandır.
Urmiyədə
millətçi aktivlərə təzyiq artır
Xudayar
Teymuri dekabr ayında keçirilən
21 Azəri Günündə tutulub və bir neçə gün zindanda
saxlandıqdan sonra azadlığa buraxılıb.İndi
isə azadlığa buraxılandan sonra Urmiyənin inqilab
məhkımısinə çağırılıb.
Milli
aktivlər Hadi Sərxoş
və Sahibəli Xudabəxş 10 ay və 1 il müddətinə
zindana məhkum olunublar.
Güney
əməkçilərinin zülmünə kim cavab verəcək
?
Güney
Azərbaycanın şərq vilayətinin
İş və İşçilər İslami
Şurasının sədri Kərim Sadıqzadə
bildirib ki, zəhmətkeşləri unutmaq bu təbəqəyə
böyük zülmdür.O artırıb ki, keçən ilin ərzində 71
faiz işçi 150 min tümən,6 faiz 180 min tümən və 23 faiz
150 - 180 min tümən arasında aylıq almışdırlar.Belə
olduqda İş Nazirindən soruşmaq lazımdı ki, bu cür
ayrı -seçkilik və çeşidli aylıqların olmasına
səbəb nədir ?
Bir qədər qəribə alınsa da,lakin Sadıqzadəni
düşündürən sual budur ki, bu qədər zülmün cavabını
kim verəcək ? İşçilər çox ağır əməklə
məşğul olur və bunun müqabilində haqları var ki,
yaxşı yaşasınlar.Lakin çəkdikləri
zəhmətə görə yox, cüzü maaşlarına görə ağır
şəraitdə yaşayırlar.
Bu
gün Güney Azərbaycanda fabriklər bağlanır, işçilər
kütləvi şəkildə işdən azad edilir və ya da
aylıqları aylarla verilmir.Bu da səbəb olur ki,
fabrikdə, şəhərdə kütləvi etiraz aksiyaları
keçirirlər. Bütün bunlara baxmayaraq, öz haqqını
tələb edən zəhmətkeşlər İran fars
rejiminin feodalizmdən qalmış ən gözəl mükafatı
olan zindanla hədələnirlər.
Gərək
fars rejimi unutmasın ki, heç bir zülm əbədi deyil.Çünki
insanın gözü həmişə işıq axtarır.Bu da
imkan vermir ki, o qaranlığa qapılıb qalsın.
Ərdəbildə
qadın futbolu reallaşa bilərmı ?
Ərdəbil
futbol heyətinin rəhbəri bildirib ki, dövlət və ayrı
-ayrı şəxslər futbola maliyyə yardımı
etmədiklərindən Ərdəbilin futbol komandası öz ağır
günlarini yaşayır və bu da bais olub ki, onların göstəriciləri
hədsiz dərəcədə aşağı düşüb.
Qeyd
edək ki, bu gün Ərdəbildə pis vəziyyətdə
olan təkcə futbol komandası deyil, işçilər aylarla maaşlarını
ala bilmirlər, dilənçilərin sayı 47 faiz atrıb, sipd
və narkomaniya baş alıb gedir və s.Bütün bunlara da İran
fars rejimi maliyyə ayırmadığı bir zamanda,
mədəni istirahət üçün olan futbolun davasın döymək
bir qədər yersiz olur.Hələ bunlar nədir ki ? O,
hətta bildirmişdi ki, Ərdəbildə qadın futbol
komandasının həqiqi mənada yaranması vaxtıdır.Türk
arkadaşlarımız demişkən, deyəsən bu kişi
qafasını üşüdüb. Ya da başqa planetdən gəlib.
Özü də 2006 may hadisələrindən,sentyabr olaylarından,
21 fevral Ana Dili Günü, 8 mart qadinlar günündən sonra, hansısa
təsadüfdən bir başa Ərdəbilin mərkəzinə
düşüb, qoltuqunda top və
indi bu topu kiminsə qapısına vurmaq istəyir.
Əzizim,İranda
əgər qadına başın açmağa imkan vermirlərsə,
bəs qıçın çırmayıb top - top oynamağa imkan
verəcəklər ?
İrandan
Ermənistana qaz ixracı martın sonunda reallaşacaq
Ermənistanın
Xarici İşlər Naziri elan edib ki, martın axırında
İrandan Ermənistana çəkilən qaz kəmərinin
rəsmi açılışı olacaq.Qeyd edək ki, bu xəttin
məxarici 120 milyon dollardır və 2004 - cü ilin noyabrında çəkilməyə
başlanmışdır.Birinci mərhələdə
Ermənistan 400 milyon kub metr İrandan
qaz alacaq və bu rəqəm çox az bir zamanda 3, 2 milyard kub metrə
qədər qalxacaq.İranla Ermənistan arasındakı müqaviləyə
əsasən 20 ilin ərzində 36 milyard kub metr ən azı
alcaq və bu rəqəm 47 milyard kub metrə qədər
də qalxa bilər.
Gərmidə
içməli su tapılmır
Ərdəbilin
şimalında yerləşən və 100 mindən artıq
əhalisi olan Gərminin fərmandarı bildirmişdir ki, burda
içməli su çatmır və o bildirmişdir
ki, əgər yetərincə
büdcədən pul ayrılarsa, məsələ müsbət
şəkildə həll olunar.
Qeyd
edək ki, Güney Azərbaycanın qədim şəhər
abidələrini yerlə - yeksan edib Ermənistan kimi bir işğalçı
dövlət üçün qaz kəməri çəkilir, amma Azərbaycan türkləri
öz qədim dədə - baba yurdlarında içməli su tapmırlar.
Məmməd Rza Ağapur: "Məgər Güney
Azərbaycan türk coğrafiyasından kənardır?"
Martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk
diaspor təşkilatlarının I-ci Forumunda başlıca müzakirə
mövzusu Ermənistanın Azərbaycan torpaqlarını işğalı
və erməni lobbisinin qondarma "erməni soyqırımı"
adı ilə dünyada Türkiyə əleyhinə apardığı
kampaniyaya qarşı əks-təbliğat imkanları olub.
Lakin, forumun gedişində Güney Azərbaycan Milli Azadlıq
Hərəkatı, Güneydə soydaşlarımızın qarşılaşdığı
çeşidli problemlər nədənsə yada salınmayıb.
Forumun iştirakçısı, İsveç Azərbaycan
Federasiyonunun sədri
Məmməd Rza Ağapur "Türküstan qəzeti"nə açıqlamasında
Güneyə olan bu münasibətin dözülməz olduğunu söylədi:
"Biz istərdik ki, 35 milyonluq Azərbaycan türkü də bu
foruma daxil olsun. Çox böyük bir tədbirdi, doğrudan şad
olduq. Xəyallarımızda yaşatdığımız günləri
gördük. Önəmli məsələlər dartışıldı.
İki gündür bunun təsirindən çıxa bilməmişəm.
Sadəcə bir məsələ var ki, sıxıldım. Bu
da Güney Azərbaycan məsələsinə diqqətin ayrılmamasıdır.
Mən İsveçdə Azərbaycan türkü olaraq qar, yağış
altında Kərkük türklərinin, Kıbrıs türklərinin
problemləri ilə bağlı aksiyalarda iştirak etmişəm.
Bu problemləri Azərbaycan türkünün problemi bilmişəm.
Bunlar bizim borcumuzdur. Amma təəssüf ki, bu forumda Güney
Azərbaycan məsələsi müzakirəyə çıxarılmadı.
Məgər Güney Azərbaycan türk coğrafiyasından
kənardır? 35 milyonluq Güney Azərbaycan türkünün gözü bu
foruma yönəlmişdi. Demirik ki, forum Güneyin istiqlalı
ilə bağlı bir sənəd qəbul etsin. Amma Güney
Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı
bir qətnamə qəbul etmək olmazdımı? Hansını
ki, bu gün Amerika dövlət qurumları, Avropa Parlamenti, dünya hüquq
müdafiə təşkilatları edir. Güney Azərbaycanla bağlı
bir qərarın verilməsini təklif edəcəkdim. Amma
təəssüf ki, söz ala bilmədim. Bu gün 50 milyonluq
Azərbaycan türk millətinin bütün problemləri ilə bağlı
qərarlar alınmalıdır. Biz sözdə yox, əməldə
birləşməliyik".
Məmməd Rza Ağapur yeri gəlmişkən, son zamanlar Güney
Azərbaycanın bayrağı ətrafında gedən müzakirələrlə
bağlı da fikrini söylədi: "Bütün millətimizə
səslənirəm. Güney Azərbaycanda ikinci bir bayraq
olmayacaq. Güney Azərbaycanda simvol ola bilər. Amma 50 milyonluq
Azərbaycanın sadəcə bir bayrağı var, o da
Məmməd Əmin Rəsulzadənin qaldırdığı
üçrəngli bayraq. Bir millətin bir milli bayrağı ola
bilər. Gələcəkdə Güneydə müstəqil dövlət
olacaqsa, məcburuq bir bayrağımız olsun. Amma bir milli
bayrağımız var. Azərbaycan bayrağı 50 milyonluq
Azərbaycan türk millətinin canıdır, varıdır,
qanıdır, namusudur. Bu bayrağa əyri baxan yalnız fars
rejimi, rus imperiyası və erməni daşnakı ola
bilər".
Mərənddəki
ölüm zonası onlarla adamın ölümünə səbəb
oldu
Mərənd
şəhərinin giriş nöqtələrini
mərəndlilər neçə illərdi ki, ölüm zonası
adlandırırlar. Və bəzən də bir
-birlərinə zarafatla deyirlər ."Əgər əzraili
öz gözünlə görmək istəyirsənsə, get ora".Bu
bir zarafatdır, amma bütün zarafatların kökünda
həqiqətin mayası durur. Bu zarafatın yaranmasına
səbəb hər il o yerdə saysız-hesabsız maşın
qəzasının olması ilə bağlıdır. Qeyd
edək ki, yerli əhali bununla bağlı əlaqədar
təşkilatlara və müvafiq
orqanlara müraciət etmələrinə baxmayaraq, yolla bağlı
hələ ki, yaxşı nəticə əldə olunmamışdır.Beləki
dünən, martın 13 -də aldığımız
məlumata görə Mərəndin girəcəyində bir neçə
maşının toqquşması nəticəsində 20
nəfərdən artıq adam ölmüş və
onlarla adam ağır
yaralanmışdır. Ölənlərin içərisində 2
nəfər Urmiyə Universitetinin qız tələbəsi,az
yaşlı uşaq və bir neçə nəfər orta yaşlı
vardır.
Hadisənin
şahidi olanlar məlumat verirlər ki, ölənlər saatlarla
yaralı halda yolun qırağında və xiyabanda qalmış,
qanaxması ucbatından tələf olmuşdurlar.Amma İran dövlət
televiziyası bu hadisə ilə əlaqədar bildirir ki, böyük
yük maşınının nasazlığı ucbatından onun
tormuzu tutmamış və sürətlə
gələn bir neçə maşın ona dəyərək
qəza baş vermişdir.Yalnız iki nəfər işıq
idarəsinin işçisinin öldüyünü bildirirlər.
Aşkar
şəkildə görünür ki, İran fars rejimi hadisəni
təhrif edir. Buna da
səbəb rejim yolların beynəlxalq səviyyədə
təmirinə büdcə ayırmır və milləti çaşdırmaq
üçün yalan xəbər yayır və bunula da öz
günahını örbasdır edir.
Sonda
hadisə yerindən çəkilmiş bir neçə şəkli
sizin diqqətinizə çatdırırıq. Buyurun baxın.Urəkaçan
olmasa da, lakin milli faciəmizə baxmaq millətin halını
unutmamağa sövq edə bilər.



