Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca
Atalı
Güney
Azərbaycanda kürldərin türklərlə münaqişəsi
şiddətlənir
Səfərəli
Xoyini zəmanətlə müvəqqəti azadlığa
buraxıldı
Sulduzda
Universitet müəllimi inqilab məhkəməsinə çağrılıb
Zəncanda
olan müharibə əlillərinin durumu ağırdır
Güneydə
türk dilinə qarşı cərimə sandıqları
«Amnesty
International» İran Azərbaycanı fəalları haqda
təcili bəyanat verib
Dünya
Azərbaycan Qadınları
konfransı
Güney
Azərbaycanda kürldərin türklərlə münaqişəsi
şiddətlənir
Masud
Barzani İraqın şimalında tanınmış siyasi
liderlərdəndir.Kərkükdə türkləri genosid edib və
məqsədi 40 milyonluq kürd dövlətini yaratmaqdır.Ən
təccüblüsü budur ki, İranda yaşayan kürd
tələbələr Təbriz Universitetinin
rəhbərliyindən icazə alıb vaxtı ilə
Hələbçədə ölənlərin yas törənini keçirmək
məqsədi ilə kürdlərin nümayişinə qoşulmuş
və "Yaşasin Barzani", "Yaşasın Böyük Kürdüstan"
şüarlarını irəli sürmüşdürlər.Məlumat
üçün qeyd edək ki,Hələbçə İraqda yerləşən
kürd şəhəridir və oranı Səddam Hüseyin
kimyəvi bomba ilə bombalamışdı.Bu silahın
təsirindən yüzlərlə kürd ölmüşdü.Amma son zamanlar
İraqın keçmiş Xarici İşlər Naziri Tarix Əziz
bildirmişdi ki, bu ərazini Səddam yox, İran dövləti
İran -İraq müharibəsi zamanı bombalamışdır.
Qeyd
etmək lazımdır ki, son zamanlar Təbrizdə baş vermiş
bu hadisəyə pejak kürd
silahlı qüvvələrinin Azərbaycanın qərb
vilayətində terror əməliyyatlarını artırmaqları
rəvac vermişdir. Belə güman etmək olar ki, İran fars
rejimi və onun təhlükəsizlik orqanları
çalışırlar ki, Azərbaycan türkləri ilə kürdlərin
arasında ixtilaflar çoxalsın və özlərini zərbə
altından çıxartsınlar.
Əlbəttə,
bu gün Güney Azərbaycanda milli hərəkatın gücü var ki,
biz bunu son bir ildə baş verən hadisələr zamanı
gordük.Azərbaycanlıların Ana Dili Günü keçirmələri
bunu sübut edir. Amma ümumiyyətlə, ”Yaşasın Barzani”
və ”Yaşasın Böyük Kürdüstan” şüarları ilə
çıxış edən kürdlər Güney Azərbaycan torpaqlarının
böyük bir hissəsinə də sahib olmaq iddiasındadırlar
və bununla da İran fars rejiminin dəyirmanına su tökürlər.
Səfərəli
Xoyini zəmanətlə müvəqqəti azadlığa buraxıldı
Aldığımız
məlumata görə Zəncanlı milli aktiv Səfərəli
Xoyini 18 gün həbsdə qaldıqdan sonra 30 milyon tümən ödəməklə
zəmanətlə azadlığa buraxılmışdır.Qeyd
edək ki, Zəncanda Ana Dili Günü ilə bağlı 27
nəfər həbs edilmişdir ki, onlardan artıq 26
nəfəri azadlığa buraxılmış və yalnız
Cəlil Ğənunu zindanda dustaqdır.
Sulduzda
Universitet müəllimi inqilab məhkəməsinə çağrılıb
Aldığımız
məlumata görə Sulduz şəhərində Peyamenur Universitetinin
müəllimi doktor Pərviz Məhəmmədəli Sulduzdakı
inqilab məhkəməsinə
çağrılıb.Buna səbəb kimi onu keçən il Güney
Azərbaycan ərazilərində baş verən məlum may
hadisələrində günahkar bilinməsidir.Amma ümumiyyətlə,
onun niyə ora çağrılması hələ ki, dəqiq
məlum deyil.
Zəncanda
olan müharibə əlillərinin durumu ağırdır
Fars
xəbər agentliyinin verdiyi məlumata görə Zəncanda yaşayan
və İran - İraq müharibəsi zamanı əlil olmuşların
durumu ürəkaçan deyil.Əlillərdən biri xəbər
agentliyinə vəziyyətləri haqqında məlumat vermiş
və müharibə zamanı kimyəvi və qeyri...kimyəvi
silahlarla yaralanıb xətər alıblar.İndi onların
ciddi müalicəyə ehtiyacları var , dövlət bununla bağlı
onlara pulsuz dərman verir ki,
onlar da ailələrinin, yəni arvad - uşaqlarının yaşaması
üçün məcbur olub qara bazarda onu satırlar.
Qeyd
edək ki, Tehran rejimi onları canlı şəhid adlandırır
və bu hakimiyyətin qalması üçün onlara borclu olduğunu
bildirir.İndi bu şəxslər əlildir
və dövlətə heç bir xeyirləri yoxdur. Elə bu
səbəbdən də dövlət onları unutmaq istəyir.
Güneydə
türk dilinə qarşı cərimə sandıqları
Təbrizin
85 km qərbində yerləşən Minik kəndində iki
məktəb var. Onlardan biri ibtidai sinif şagirdləri üçün
nəzərdə tutulmuş "Şərəf" və
orta məktəb şagirdləri üçün olansa "Pərvinetisami"
adlanır.Hər iki məktəbin rəhbəri milliyyətcə
farsdır və onlar hər iki məktəbin giriş
dəhlizinə böyük bir sandıq qoyublar ki, bu məktəblə
və ya müəyyən hadisələrlə bağlı arzu
və təklifi yığmasındandan ötəri deyil. Burda kim
TÜRK DİLİNDƏ danışarsa, ora pul salıb cərimə
ödəməlidir.Təkcə binanın içində yox, eyni
zamanda məktəbin həyətində də Azərbaycanlı
uşaqlar türk dilində danışarlarsa, bunu ödəməlidirlər
və məbləğ 20, 50, 100 tüməndir.Qeyd edək ki, buna
dərs zamanı müəllimlər və digər vaxtlar
nəzarətçilər diqqət yetirirlər. Qeyd etmək lazımdır
ki, ibtidai sinfə
gələn türk balaları fars dilində qəti
bilmələrinə baxmayaraq, cərmənin qorxusundan müəllimə
heç bir sual vermir və bilirlər ki,əgər
sual edərlərsə cərmə ödəməli olarlar
və bu da onların yoxsul
ailələrinin imkanı xaricindədir.
Şübhəsiz ki, "Şərəf" və "Pərvinetisami" məktəblərindəki bu hadisələr YUNESKO ..nun milli mədəniyyətlə bağlı prinsipinə ziddir və körpələrə ana dilini qadağan elətdirmək cəhdi GENOSİDDİR.
«Amnesty
International» İran Azərbaycanı fəalları haqda
təcili bəyanat verib
Əbülfəzl
Paşaoğlu
«Amnesty
International» beynəlxalq insan hüquqları təşkilatı
21 fevral Ana Dili Günü nümayişləri ilə bağlı
həbs olunan fəallar – İsmayıl Cavadi, Əbülfəz
Əlilu, Ramin Sadiqi, Qəhrəman Qənbərpur, Adil
Allahverdipur, Cəlil Qənilu, Səfərəli Xoini və
Cəfər Həqnəzəri ilə bağlı təcili
tədbir kampaniyası başlayıb.
Martın
10-da verilən bəyanatda adı çəkilən şəxslərin
dil hüquqlarının bərpasını tələb
etdikləri üçün həbs olunduqları bildirilir. Sənəddə
həmçinin qeyd edilir ki, təşkilat Beynəlxalq Ana Dili Günü
nümayişləri ilə əlaqədar yüzdən artıq
azərbaycanlı fəalın həbsi barədə məlumat
əldə edib. Onlardan 25-inin yalnız Nəqədə (Sulduz)
şəhərindən olduğu qeyd edilir.
Ərdəbildə
həbs olunan 27 fəaldan biri Ramin Sadiqi azadlığa çıxıb.
Fəalın azad olunması Beynəlxalq Amnistiya təşkilatının
onun haqqında təcili tədbir kampaniyasına başlamasından
bir neçə saat sonraya təsadüf edib. Urmiyə jurnalisti İsmayil
Cavadi də həmin gün həbsdən azad edilib.
http://www.azadliq.org/Article/2007/03/12/20070312120813657.html
Dünya
Azərbaycan Qadınları
konfransı
3
– 4 mart 2007-ci ildə “Günəş”
Azərbaycan Qadınlar Dərnəyinin təşəbbüsü
ilə İsveçin başkəndi Stokholm(Stockholm) şəhərində
8 Mart Uluslararası Qadınlar gününə həsr olunmuş Dünya
Azərbaycan Qadınları
konfransı keçirildi. Yurtdışında ilk dəfə olaraq
keçirilən və Azərbaycan Respublikasından, Güney
Azərbaycandan, İsveçdən, Almaniyadan, Belçikadan, Avstraliyadan
nümayəndələrin iştirak
etdiyi bu konfransda dünya qadınlarını inciden bir sıra çətinliklərə
toxunulmuş, özəlliklə Azərbaycan qadınlarının
sorunları geniş şəkildə dilə gətirilmişdir.
Konfransda BMT Qadın Hüquqları Komissiyasının müdiri, BMT
İsveç Təşkilatı İdarə Heyətinin üzvü
Gunvor Ngarambe, Uluslararası ef örgütü (Amnesty İnternational) nümayəndələri
Maria Lohe və Vivian Daza-Sauceu, Stockolm Universiteti Gender İnstitunun
müdiri, dosent Birgitta Ney, İsveç Qadınları Lobbi Birliyi
İdarə Heyətinin üzvü Viveka Holst, Azərbaycan-İsveç
Elm Mərkəzi koordinatoru Bəhram Atabəyli, Stockholm, Yöteburq
(Göteborg) və başqa şəhərlərdən olan çeşidli
qonaqlar da iştirak etmişlər.
Konfransda
uluslararası sözləşmələrdə qəbul edilmiş
qadın haqq və hüquqları, Güney Azərbaycanda qadın
haqlarının durumu,İran ana yasalarinda etnik, cinsi ayri-seçkinliklərin
Güney Azerbaycan qadin və qız uçağlarinda bir başa olumsuz
etkisi, Qarabağ problemi
və onun Azərbaycan qadınlarına olumsuz etkisi,
Azərbaycan Respublikasında qadınların sosial-siyasi
həyatdakı rolu və gender
problemləri ilə bağlı məsələlərə
toxunulmuşdur.
Efsane
Seviginin koordinatorluğu və Bəhram Atabəylinin aparıcılığı
ilə keçirilmiş konfransda iki gün boyunca həm qonaqların,
həm də konfrans nümayəndələrinin bir sıra maraqlı
çıxışları dinlənilmişdir. Mövzuların
aktuallığı, bir çox çıxışların
səviyyəcə yüksək olması, ingilis dilindən
Azərbaycan türkcəsinə (və qonaqlar üçün də
Azərbaycan türkcəsindən ingilis
dilinə) birbaşa sinxron tərcümənin varlığı,
çoxsaylı sualların və bu suallara cavabların verilməsi
və s. konfransın daha da canlı, dinamik keçməsinə
səbəb olmuş və iştirakçılar konfrans
təşkilatçılarının əməyini çox müsbət
dəyərləndirmişlər.
Konfransda
aşağıdakı məruzə və çıxışlar
dinlənilmişdir:
1.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
professoru, Bülbül adına Orta
Ixtisas Musiqi Məktəbinin Direktoru, fəlsəfə
elmləri doktoru, professor Nigar Əsgərova (Bakı):
“Mədəniyyətdə və İncəsənətdə
Gender problemi”.
2.
Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin
jurnalisti Yeganə Əmiraslanova (Bakı): “....................”
.
3.
Uluslararası ef örgütü (Amnety İnternational) nümayəndəsi
Maria Lohe (Stockholm) : “Qadın
məhbusların ef məsələləri”.
4.
Güney Azərbaycandan gəlmiş Rəhimə Abbasi (Zəncan):
“İranda qadın haqlarına yönəlik yasalarda çatışmamazlıqlar”.
5.
Stockolm Universiteti Gender İnstitunun müdiri, dosent Birgitta Ney (Stokholm):
“İsveçdə qadın haqları uğrunda mübarizənin
tarixi”.
6.
İsveç Qadınları
Lobbi Birliyi İdarə Heyətinin üzvü Viveka Holst (Stokholm)
7.
“Babək” Azərbaycan Kurslar Dərnəyi İdarə
Heyətinin üzvü Azər Fərruxi (Yöteburq): “Güney
Azərbaycanda ana dilinin durumu və Azərbaycan qadınları”.
8.
Əxtər Bedustani (Yöteburq): “Güney Azərbaycanda ana dili
problemi”
9.
BMT Qadın Hüquqları Komissiyasının müdiri, BMT İsveç
Təşkilatı İdarə Heyətinin üzvü Gunvor Ngarambe
(Stockholm): “Qadın hüquqlari”.
10.
Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı
(Bakı): “Teatr sənətində Azərbaycan qadınının
keçdiyi tarixi yol”.
11.
Yaqut Seyidova (Bakı): “Azərbaycan musiqişünaslığında
qadının yeri və rolu”
12.
Güney Azərbaycandan gəlmiş yazıçı və şairə
Nigar Xiyavi (Təbriz): Azərbaycan qadınına həsr edilmiş
şerlər
13.
Asif Ata Ocağı nümayəndəsi,
yazar Eluca Atalı (Stokholm):”Qadınlığın
mahiyyəti”.
14.
Pərvanə Ağapur (Yöteburq): “Qadın haqlarının
təmin edilməsi Azərbaycanımızın yüksək
şüur qatının açılmasıdır”.
15.
“Günəş” Azərbaycan
Qadınlar Dərnəyi başqanı Efsane Sevigin (Stockholm): “İranda
Güney Azərbaycan qadınlarının cinsə və etnik
kimliyə görə ikiqat zorakılığa məruz qalması”.
Konfrans
boyu çıxışlarla bağlı sual-cavablara geniş yer
verilmiş, ayrı-ayrı mövzulara yönəlik müzakirələr
çay-kofe və nahar fasilələrində də davam etmişdir.
Konfransın
sonunda həm Güney Azərbaycandakı, həm də yurddışındakı
Azərbaycan Milli Hərəkatına bağlı şəxsiyyətlərdən
və qadın haqları uğrunda mübarizlərdən
gələn təbriklərə toxunulmuş, sonra isə
edilən məruzə və çıxışların
nəticəsi olaraq qərara alınmışdır ki:
1.
Bu gün Güney Azərbaycan qadınları
cins və etnik kimlik baxımından ikiqat
ayrı-seçkinliyə məruz qalmaqdadırlar. Konfrans bu
durumu uluslararası insan haqları qurumlarına
yazılı başvuru ilə çatdırır və
onlardan istəyir ki, bu haqsızlığın aradan qaldırılması
İran İslam Cümhuriyyəti hökumətindən ciddi şəkildə
istənilsin.
2.
Qarabağ qaçqın və köçgünləri içərisində çoxunluğu
Azərbaycan qadınları təşkil etməkdədir. Onlar
öz ölkələrində öz ana yurdlarından
didərgin düşmüş və ağır bir durumda yaşamağa
məhkum olmuşlar. Bu ağır durum yalnız onların öz
doğma yurdlarına qayıtması ilə düzələ
bilər. Konfrans uluslararası qurumlardan istəyir ki, bu
problemə ciddi diqqət yetirilsin.
3.
Bu konfransın sonucu və davamı olaraq 2007-ci il dekabr ayında
Dünya Azərbaycan Qadınları Qurultayı çağrılsın.
Konfransın
birinci gününün sonunda Azərbaycan Respublikasından gəlmiş
görkəmli sənətçilərimiz Sevinc
Sarıyeva (xanəndə), Malik Mansurov (tar) və Elşən
Mansurov (kamança) triosunun konserti və Afaq Bəşirqızının
çıxışları çox yüksək səviyyədə keçmiş
və tez-tez surəkli alqışlarla qarşılanmışdır.