Guney
Azərbaycandan son xəbərlərı
Azərbaycan bölməsinə hazırlayan Eluca Atalı
Xocali-ildonum-Tehran
Mina
Əsğəri hədələndi
ABŞ
qeyri- fars millətləri haqda bəyənat verdi
Qoşacayda
tutulanlar Tehrana göndəriləcək
Azərbaycanın
Qərb vilayətində işcilərin maaşı verilmir
Mişkinşəhrin
kəndlərində ruh duşkunluyu
Azərbaycanın
Sərqində təhlukəli narkomanların sayı
artmaqdadır
Sulduzda
ittilaat nəzarəti guclənib
Huseyn
Səbəbi oqurlanıb və nəməlum yerdə saxlanılır
Xocalı soyqırımının 15-ci ildönümündə
(2007-02-26) saat 17-də yüzlərcə Güney Azərbaycanlı, Batı
Azərbaycanın (ermənistanın) Tehrandakı elçiliginin qarşısına
toplandılar.
Ürəyi dərdilə dolu olan adamlar Öyrənci
Parkından başlayaraq, vəhşi ermənilərin əliynən
kabab olmuş Azərbaycanlı körpələrin yanıqlı
səsiynən bağırırdılar.
iranın əmniyəti quvvələri,
həmişəkı kimi, erməni soydaşlarından ötrü şərəf
gəmirirdi.
Bu törənin sonunda Gənclik Marşı
oxunandan sonra, silahlı tülkü sifətlər bir neçə əliyalın
aslanı qomaralayıb yaxaladılar.
Onlardan ikisinin adı bəlləndi:
1.
Əkbər Azad
2.
Vəhid Məmmədzadə
Yaşasın Azad Azərbaycan
Ərdəbilli Mehdi Nəimi
Mina
Əsğəri hədələndi
May
hadisələri zamanı İran rejimi tərəfindən
tutulmuş vəkil, insan haqları mudafiəçisi və
məlum hərəkatın feallarından biri Saleh Kamraninin
həyat yoldaşı Mina Əsğəri
ittilaatın məmurları
tərəfindən hədələrə məruz qalmışdır.Buna
səbəb ərinin tutulması ilə baqlı verdiyi
məlumatlar olmuşdur.
ABŞ
qeyri- fars millətləri haqda bəyənat verdi
Son
gunlər ABŞ Xarici İşlər Nazirliyi
tərəfindən bəyənat vetilmişdir.Sənəddə
bildirilir ki, İran ərazisində yaşayan etniklər və
qeyri fars millətləri təzyiqlərə məruz qalırlar.Onlar
məhkum olunmuş Azərbaycan, kurd, ərəb və
digər aktivlərin vəziyyətlərindən narahat olduqlarını
bildirmişdirlər.Konkret olaraq Azərbaycanlılarla baqlı
bu sənəddə bildirilir ki, ”Azərbaycan turkcəsinin
tədrisi məktəblərdə
yasaqdır və bunu dilə gətirən Azərbaycanlı
aktivlərə təzyiqlər edilir.Mədəniyyət və
dil azadlıqını tələb edən insanlar zindanlara salınır.”
Bu
bəyənatda İran rejiminə muraciət edilərək
deyilir ki, bu təzyiqlərə son qoyulsun və insan haqlarına
riayət edilsin .Siyasi məhbusların fikir və inamlarına
hormətlə yanaşılsın.Sənədin sonunda isə
onların azadlıqa buraxılması tələb olunur.
Qoşacayda
tutulanlar Tehrana göndəriləcək
21
fevran Ana dili guni ilə baqlı Qoşacayda da
mitinq zamanı kucələrə
cıxmış adamlar İran ittilaatı tərəfindən
tutulmuşdur.Amma onların sayı bəlli deyildir.Və
həmdə saylarından əlavə onların harada saxlandıqları
da acıqlanmır.Aldıqımız məlumata görə onlar
aqır basqı altındadırlar.Bu haqda verilən son
məlumatsa bundan ibarətdir ki, onlar Tehrana
gondəriləcək.Bugun yalniz iki fəalın adı
bəlli olmuşdur--19 yaşlı Saccad Əzizi və Haşım
Eyni.Xəbərlərdən belə məlum olur ki, Tehran rejimi
Azərbaycanda olan özunun ittilaat məmurlarına inanmır
və bu səbəbdən də tutduqu aktivləri Tehrana aparır.
Azərbaycanın
Qərb vilayətində işcilərin maaşı verilmir
Azərbaycanın
Qərb vilayətində yerləşən İşci Evi
Təşkilatının başqanı Əsədulla Şirinin
verdiyi məlumata görə kərpic istehsal edən fabrikdə 3
il 7 aydır ki, Azərbaycanlıların maaşı verilmir.
Bununla
baqlı etirazini bildirən işcilər işsizliklə
hədələnirlər.
Azərbaycanın
Qərb vilayətində ölmun əsl səbəbı
Cumhuri
İslamın Xəbər Agentliyi İLNA nın verdiyi
məlumata görə Azərbaycanın Qərbində urək
xəstəliyi ölumə əsas səbəb olmuşdur.Belə
ki, bu xəstəlikdən ölənlərin sayı 43 % olmuşdur.İkinci
yrdə isə ölumə səbəb olan xəstəlik kimi
xərcəng durur.Bu xəstəlikdən tələf olanların
sayı 14, 96% dir.
Sonda
qeyd edək ki, dövlət xəstəxanalarında onların
mualicəsi ucun hec bir imkan yoxdur və xəstəliyə
tutulanlar evlərində oturub ”ölumlərini” gözləyirlər.
Mişkinşəhrin
kəndlərində ruh duşkunluyu
Mişkinşəhrin
fərməndarının muşavirinin dediyinə görə
kəndlərdə işsizlik, təmiz suyun catmaması, yolların
bərbad olması və s.ictimai məişət xidmətinin
bərbadlıqı ucbatından gənc oqlanlar kutləvi şəkildə
öz doqma yurd yuvalarını tərk edirlər.Bu
səbəbdən də yaşı ötmuş, lakin ailə
qurmamış qadınların sayı artıb.Ən dəhşətli
halsa onlar arasında baş verən ruh duşgunluyu və hal
gərginliyinin aqlasiqmaz dərəcədə yuksək olmasıdır.
Azərbaycanın
Sərqində təhlukəli narkomanların sayı artmaqdadır
Fars
Xəbər Agentliyinin verdiyi məlumata görə Azərbaycanın
Şərqində 1500 dən artıq narkoman var ki, onlar kucə
və bazarlarda kordon qutularda yatırlar. Və həmcinin qeyd
olunur ki, onların bu vəziyyətdə yaşaması
ictimaiyyət və əhali ucun cox qorxuludur.Bələki, onlar
muxtəlif yolxucu xəstəliklərin daşıyıcılarıdırlar
və bu xəstəliyi adamlar arasında yayırlar.
Qeyd
olunur ki. Tehran rejimi bununla baqlı hec bir tədbir görmur və
onların sayı gunbəgun artır.
Sulduzda
ittilaat nəzarəti guclənib
Azərbaycan
Siyasi Məhbuslar Mudafiə Komitəsinin (ASMMK) verdiyi
məlumata görə21 fevral Ana Dili gunu ilə baqlı Sulduzda
tutulan bir nəfərin adı məlum olmuşdur--Qəhrəman
Qəmbərpur.
Qeyd
edək ki, may hadisələrindən sonra şəhərdə
polis nəzarəti guclənmişdir.Bu səbəbdən
də siyasi məhbuslar haqqında məlumat almaq cox
cətinləşib.
Huseyn
Səbəbi oqurlanıb və nəməlum yerdə saxlanılır
21
fevral Ana dili gunu ilə baqlı Ərdəbildə aksiya
kecirilən zaman 27 yaşlı Azərbaycanlı aktiv Huseyn
Səbəbi tutulmuşdur. Tədbirdən bir necə gun əvvəl
ittilaat məmurları ona zəng vurub bildirmişdirlər ki,
əgər numayiş zamanı səni kucədə görəriksə,
tutacaqıq.Elə bu səbəbdən də o mitinqdə iştirak
edərkən tutmuşlar və oqurlamışlar. Ustundən
bir necə gun kecməsinə baxmayaraq, ondan hec bir xəbər
yoxdur və yaxınları cox narahatdır.