Date (Tarix) 9 İyun 2006

                                                                                                                                                                                                                                        Ref (Müraciət): Quzey Az.

 

Sayın Prezident, Cənab İlham Əliyev,

 

Açıq məktub    NİYU FAKTGÜN QƏZETLƏRİNƏ TƏHLÜKƏ – QƏLƏM SƏRBƏSTLİYİNƏ TƏHLÜKƏ

 

Aldığımız məlumatlara əsasən “Niyu Fakt” və “Gün” qəzetləri Təbrizin və digər şəhərlərin küçələrində güneyli soydaşlarının qanlarını tökməkdə olan İran İslam Respublikası və onun lideri “Xamneyi”yə laqeyd qalmayaraq öz qələmlər ilə onu tənqid atəşinə tutmuşlar. Təəssüflər olsun ki, Sumqayıt prokurorluğu demokratik qaydaların tam ziddinə olaraq bu qeyrətli jurnalistlərə divan tutaraq qəzetlərin bağlanmasına qərar verib.

 

Azərbaycan Respublikasının dünyəvi qanunlarına tam zidd olan məhkəmənin qərarı Cənab Allahşükür Paşazadənin şikayətindən irəli sürülmüşdür.  Gülünc olsa da, bu cənab elə fikirləşir ki, İran liderinin din xadimi olduğuna əsasən onun vəhşicəsinə Güneyli soydaşlarımıza divan tutması ona bəraət  qazandırır. Azərbaycan Respublikasının torpaqlarına göz tikən İranın dini liderləri bizim dünyəvi sistemimizin ən böyük düşmənləridirlər. İran hakimiyyətinin Ermənistanla tam sahələrdə işbirliyi və Azərbaycan Respublikasının əleyhinə yürütdüyü siyasət artıq hamıya bəllidir. Din xadimlərinin İran mollalarına tabeçiliyi xalq düşmənləri kimi dəyərləndirilməlidir. Ümumiyyətlə, onların siyasətə qarışmaları demokratiya və dünyəviçiliyə zidd olaraq çox təhlükəlidir.

 

Cənab A. Paşazadə gec olmadan öz  millətinin tərəfinə qayıdaraq  İranın azərbaycanlılara törətdiyi cinayətləri şərtsiz qəhr ilə qınamalıdır. Eləcə də bu cənab, adı çəkilmiş qəzetlərdən üzr istəyərək, artıq siyasəti din ilə qarışdırmamalıdır. Əks təqdirdə İran mollalarına əl-altı olmaq damğası ömür boyu yuyulmayacaqdır

 

Hörməli Prezident,

 

Fundamentalizm Azərbaycan Respublikasına dal qapıdan girmək niyyətindədir. Bu dəhşətli təhlükənin qarşısının alınmasının təkcə yolu qələm sərbəstliyidir. Anlaşılmaz fakt budur ki, İranın  teokratik hakimiyyətinin barmaq işarəsi ilə Azərbaycan Respublikasında  iki qəzetin yayılmasının qarşısı alınıb!!! Məhz buna görə də biz sizin bu məsələdə şəxsi müdaxilənizi  rica edirik.

 

 

Güney Azərbaycan Kampaniya Qrupu (Böyük Britaniya)