Sarxanlı Paşa
Güney
Azərbaycan özünü tapma və milliləşmə sürəcində(2.ci
bölüm)
-Tarixi
və kültürəl bilinc:
Azərbaycan
trixi üzərində bilig və bilinci çox çarpıq biçimdə
sadəcə olaraq, Güneylilərin yüksək təhsil almış
aydınlarının çox kiçik bir bölməsində görmək mümkün
olabilər. Bu insanlar genəlliklə öz tədqiqatları
nəticəsində, bəlli bir tarixi baxış açısına
yetişən yazıçılar, tarixçilər və milli bilincə
varmış başqa aydınlardan ibarətdir.
Oxuma-yazma bilən(savadli) Güneylilərin hətta üniversitə
görmüşlərin çox böyük bir bölməsi ( Bu zənnimizcə
%95 dən yuxarı olmalıdır. Təəssüflə başqa
bir çoxlu xüsuslar kimi, bu xüsusda da istatistik bilgisinə əl
atmaq mümkün deyildir), öz doğma ana yurdlarının tarixi keçmişindən
xəbərsizdirlər.Bunların azdan-çoxdan tarixi bilgiləri,
İran şahlarının və müsəlmanlığın
tek yanlı, dar baxışlı və əritmə politikasına
bağlı rəmi məktəb məlumatından
ibarətddir.
Bir
çox azərbaycanlı aydın, Azərbaycan tarixini, dünya türk
tarixinin bəlli bir bölmesini oluşdurduğunu görməkdən
çəkinməkdə və bunu etiraf etməkdən qaçınmaqdadırlar.
Bunlar İran şahlıq rejimi və ondan sonraki
molla rejimi dövründə, panfarsist-aryaçı ırqçıların
türklərə qarşı müxtəlif sahələredə
apardıqları həqiqətdən uzaq və aşağılayıcı
təbliğatın təsiri altında öz gerçək kimliyini
qabulanmaqdan qorxmaqda olan kimsələrdir.
İnsan
öz kimliyini, hər hansı etkən təsirilə olursa olsun,
rədd edib, özünə başqa bir kimlik və başqa bir
mənlik qazanma fikrində olursa, öz varlığına hakim
olabilməz və başqaların məramlarına qulluq
etməkdən səvay çarəsi yoxdur. Beləliklə
asimilasyon politikası və manqurt becərmə
faaliyətləri, öz isdəklərinin bəlli bir kəsimini
əldə etmiş olur.
Kəsrəvi
kimi nübuğ sahibi azərbaycanlıların, öz bilig və
becərilərini, farslıq amacları uğrunda fəda
etmələri, bunun ən kiçik nümunəsidir.
İlkəl
və antik tarixi bir kənara qoyarsaq, Azərbaycan tarixi
Babəkdən öncə və Babəkdən sonra olmaq üzərə
iki ana bölmədə ələ alınıb
incələnməlidir.
Bu Azərbaycan coğrafisində, o torpaqlar, dağlar, daşlar
və meşələrdə üz vermiş hadisələrə
açıqlıq qazandırma baxımından önəmlidir.
Digər tərəfdən, Azərbaycan xalqının, türklük
tarixi içindəki yeri bəlli edilməlidir. Bunun toplamı bu
millətin tarixi keçmişini təkil etməkdədir.
Bu ölkədə bütün keçmişin və keçmişdən
qalma irsiyələrin misasçısi, bugün Azərbaycan türkcəsiylə
danışıb-yazan və bu torpaqlari özünə yurd edən,
Azərbaycan türkləridir. Bu miraslar, otaylı-butaylı ölkə
ərazisi, keçmişdə danışılan dillərin və
ləhcələrin qalıntıları, əldən-
ələ yetişən vəya sonradan torpaq altından çıxarılan
əşyalar, bütün yer altı və yer üstü
zənginliklərdən ibarət olabilər. Azərbaycanın
tapusu keçmişdə kisənin adına yazılmayıb.Belə
bir tapu varsa, oda yalniz Azərbaycan türk xalqi adınadır. Bu
torpaq, və ona aid olan bütün daşınabilən(mənqul)
və daşınabilməyən (qeyri-mənqul) mal varlığı
bu xalqa aiddir. Bu ölkədən şah zamanı və ondan sonra
çıxarılan bütün antik əşyalar geri alınmalıdır.Ulu
Səttarxanın məzarı, xalqının qəlbində,
Təbrizdə yerləşməlidir.
Bunlar
Azərbaycan tarixinin önəmli bir parçasını təşkil
edirlər. Azərbaycan türkləri heç çəkinmədən,
Azərbadqan, Atropatan və azəri kimi sözlərdən
müxtəlif əlaqələrdə yararlanıb, istifadə
edəbilirlər.Biz azəri sözünü, Azərbaycan sözünün
qisaltılmış şəkli olaraq görməkdəyik və
azəri-türklər deyiminin Azərbaycan-türkləri
yerinə işlədilməsini dilin harmonisi baxımından
daha uyğun bulmaqdayıq.
Bu
sözlərin mirasçısıda bu ölkənin insanlarıdır.
Onlardan nə şəkildə istifadə edilməsini onlar özləri
hamıdan yaxşı bilər. Keçmişdə bu ölkə üstündə
yaşayıb və daha sonra tarix səhnəsindən
silinən xalqların bilcümlə hamısının mirasçısi
Azərbaycan türk xalqıdır. Başqa insanlar, o cümlədən
farslar, keçmiş şahənşahlıq və imperyaçılıq
fikrini başlarından atabilməsələr belə, bu ölkədə
ən kiçik mirasçılıq haqqına malik deyillər və
hər cür iddəa boşunadır.
Kültürəl bilinc, tarixi
şüurla dərindən əlaqəli və sıxı şəkildə
bağımlıdır.Burada kültürdən nəyi qəsd
etdiyimizi açıqlığa qavuşdurmaq üçün, onu tanımlamalıyıq.
Mədəniyyət sözü
ərəbcədən gəlmə və şəhər anlamına
gələn midinə sözünün genəlləşdirilmiş
biçimidir. buda ilk daşda şəhərləşmə və
şəhər yaşantısı anlamlarına gəlmişdir.
Zamanla mədəniyyət sözünün kültür sözü
ilə eşanlamlı(sinonim) kimi gəlməsinə rəğmən,
bizcə, kültür
sözcüyü daha mükəmməl və anlama
uyqundur. Bundan dolayı biz bu rabitədə kültür sözündən
yararlanmayı tərcih etdik.
Kültür ingilizcə
culturedən türəmişdir. culture
ingilizcədə,müxtəlif anlamlara, o cümlədən
1-mədəniyyət 2-becərmək, yetişdirmək 3-
inkişaf etdirmək, təkmilləşdirmək mənalarında
işlədilir.
Kültürün tanımı(tərifi): 1- Tarixi,
toplumsal(ictimai) gəlişmə sürəci(prosesi) içində
yaradılan bütün özdəksəl(maddi) və
tinsəl(mənəvi) dəyərlər ilə bunları
yaratmada, sonraki kuşaklara(nəsillərə)
iletmede (yetişdirmədə) kullanılan(istifadə
olunan), insanın doğal(təbii) və toplumsal çevresine (möhitinə)
egemenliyinin(hakimiyyətinin) ölçüsünü göstərən araçların(əbzarların)
tümü(bütünü)dür.(Türk Dil Kurumu, Türkçe sözlük, 7.ci baskı
1983)
Daha
açıq bir dillə desək: Kültür,
insanın tarixi-ictimai inkişaf
prosəsi içində yaratdığı bütün maddi və
mənəvi dəyərlər və bunların yaradılması
və sonraki nəsillərə yetişdirməsi üçün istifadə
etdiyi, insanın təbii və ictimai möhiti üzərində
hakimiyyətinin ölçüsünü göstərən vəsilələrin
hamısıdır.
2-
Bir toplum yada xalqın bütövlüyünə məxsus düşüncə
və sənət yaradıcılıqlarının hamısı.
3-
Bir xalq içində;əqlaniyyət, bəyənmə və
tənqid etmə istedadlarının öyrənmə və
həyat təcrübələri sayəsində, inkişaf etmiş
şəkli.
kültür=əkin
Görüldüyü kimi, kütür bir xalqın; bütün tarixi, ictimai,
maddi və mənəvi, yaradıcılıq, sənət, yaşayış
və düşünüş tərzi, inanış sistimi,
təlim-tərbiyəsi, bəyənmə və tənqid
dəyərlərini və başqa bir çox sahələri içinə
alan, dərin və tərif edilməsi sadə olmayan ana bir
qavramdır.
Hər
haldə, kültürün əsas qaynağı tarixdir. Bir xalqın kültürü,
o xalqın yaşayan keçmişi və intiqal etmiş tarixidir. Kültür
bir millətin ümumi hafizəsi və zehniyyatıdır. Kültür,
bütün başqa toplumsal olqular kimi dəvamlı dəyişən
və hətta ölüb aradan gedəbilən bir pədidədir.
Bu
tərif sayəsində, zənnedirəm, Azərbaycan kültürünə,
xüsusən Güney Azərbaycan kültür durumuna genəl bir baxış
mümkün olabiləcək.
Anlaşıldığı kimi, kültür, insanlar
tərəfindən yaradılan və zaman içində gəlişib
inkişaf edən və özünü həyat şərtlərinə
uydurabilən ictimai bir olqudur. Kültürün bir anlamı da yuxarıda
qeyd edildiyi kimi əkindir. Kültürün yaradılıb
becərilməsi və boya-başa çatması tam bir bağbanın
fidan(nəhal)ları torpağa əkib, onlara su verməsi
və dəvamlı olaraq onlara baş çəkməsinə
bənzər.
Zaman-zaman fidanların diblərini boşaldıb, alaqları
uzaqlaşdırmaq qərəkir. Onlara vaxtında su və gübrə(kud)
verilməlidir. Fidanlar gün işınlarını, torpaqdan aldıqları
bəsin(xurak) xam maddələrilə qatıb özlərinə
gərəkən bəsinləri düzəldib sonra onu canlarına
cəkər və zaman içində böyüyüb gəlişərlər.
Bir gün sabah çağı, bağban bağçasını
gəzərkən, bir neçə fidanın əlvan çiçəklər
açtığını və başqaların qunçaya dolduğunu
görüncə, ruhu sevincdən sanki göylərə uçar. Hələ
bir gün olacaq ki bu fidanların, günəş ışınlarıla
yetişən, meyvələrindən dadıb, sevdiklərinə
ikram etdikdə, başqa bir ləzzət, başqa bir rezayət
duyacaq bağban.
Fidanların
istənilən nəticəni vermesi üçün bollu günəş,
su və gübrələri olmalıdır. Bundan əlavə bağbandan
başqa kimsələrin və başı boş hevanların
onların içində gəzib dolanmaması, yumuşaq torpaqları
ayaqlayıb bərkitməməsi və xol budağlarını
qırıb tökməməsi gərəkir. Bu durum fidanlar üçün
ən can alıcı durumdur . Belə vəziyyətdə,
onlar təbii şəkildə boya başa çatamazlar. Ya heç mivə
verməzlər, yada mivələri kal, acı, dadsız, çil-çopur,
ləkəli və pis olur. Bağçada yabancı əl-ayaq,
fidanların təbii inkişafini tamamən veya qismən önlər,
bağban doğru dürüst bir nəticə alamaz.
Bir ölkə tam azadlıq və istiqlal
vəziyyətində yaşayamazsa, öz müqəddəratını
özü təyin edəməzsə və yabancıların iradə
və isdəyini yerinə yetirməyə məcbur olursa , bu ölkədə
yüksək bir kültürün ortaya çıxması yalnız bir
xəyal olur. Belə bir kültürün vaqei sahibləri, yani azadlıqdan
yoxsun qalan ölkənin insanları, öz ölkələrinin azadlığını
əldə edəməzlərsə, o kültür, zamanla fərmanı
altında yaşadığı kültürün ünsürlərindən
dəvamlı olaraq özünə qataraq, tədricən öz bütövlük
və hüviyyətini itirib, məsx olar.Bu durumda bir kültürdən
yox, bir kültürün qalıntılarından danışmaq əqlə
uyqun gələr.
Azərbaycan xalqı islam dinini qabul etdikdən sonra, ölkənin
kültür və mədəniyyəti genəl olaraq, islami inaniş
sistəmi və dünyaya baxış tərzinin etkisi altında
özünü yeni şərayitə uydurmaq zurunda qalmışdı.
Beləliklə, bütün islami ölkələr üçün eyni olan,
rəməzan və orucluq mərasimlər-fitir bayramı,
həcc və qurban bayramı, məscid tikintiləri və
cəmaətn namazları, gündə beş vəqt
minarələrdən azan səsinin duylması kimi yeni və güclü
kültür ünsürləri ölkənin yerli kültürünə daxil olmuşdu.
İslamın şiəlik varyantının, Azərbaycanda
ğalib inaniş tərzinə çevrilməsilə, xüsusən
Şah İsmail Səfəvidən sonra, eskidən var olan
islami kültürə, yeniləri eklənib vəya onları az-çox
dəyişikliyə tabe tutduu. Misal olaraq 5 vaxt namaz yerinə
üç növbə namaz gilinması, on iki imam və ale-Əli etrafında
bir çox yeni aktivitə və müəssisələrin arayaya çıxması,
məhərrəm və səfər ayları və bu aylara bağlı
zəngin inanış mərasimləri özəlliklə
məhərrəm ayının birinci 10 gününə aid
məscidlər və təkyələrdə toplanıb, Ali oğlu
Hüseyn və Kərbəla qiyamında şəhid və
əsir olan yaxınları üçün aparılan əzadarlıq,
novhəxanlıq, zincir və sinə vurmaq, Kərbəla
vaqeəsinin şəbeh çıxarma adıyla şəhərdə,
kənddə və obda əzəmətli
və hünərməndanə təcəssümi və bunlara
bənzə bir çox kültürəl ögələrdə ad aparmaq mümkündür.
İmam Hüseyn və kərbəla vaqeəsi üzərində
gəlişən, xalq açıq teater hünəri(əzadarlıq-şəbehxanlıq),
novhə kitabları biçimində və ana dilində yazılan
təsirli qəsidə və qəzəllər bu
mərasimlərin icrası üçün yaranan alət və əbzarlar,
tamamilə Azərbaycan xalqına aiddir və başqa
yerlərdə onları görmək mümkün deyildir.
Dəvamı
var