Güntay
Gəncalp
Dədə mən Bozqurd oldum!
Alpərənlik
halları, içərimə töküldü
Içərimdə
mutluca , bir dan yeri söküldü
Əsarət
iblisinin, beli sındı, büküldü
Ərənlər tərəfindən, doğru yola qoyuldum
Mənə
xeyir düa ver, Dede men Bozqurd
oldum!
Savalanın
başında üzü göyə uladım
Ulu
Tanrı qatına varım deyə uladım
Altaylara
ulaşmaq üçün yenə uladım
Bir Yallı səsi gəldi, uzaqlarda duyuldum
Oguzxan çağrı yapmiş, Dede
men Bozqurd oldum!
Damarımın
içində Cəngi səsi dolaşır
Çengiz
Xanın Cəsarət ve yasası dolaşır
Beynimdə
Əmir Teymur, iradəsi dolaşır
Mən Türk soyuma döndüm, doğru yolumu buldum
Men dağlara qalxıram, Dədə
mən Bozqurd oldum!
Mən Babək Xurrəmdinin soyundanam Türkəm Türk
Ulu dədəm
Qorqudun, boyundanam, Türkəm Türk
Göytürklerin özündən, toyundanam Türkəm Türk
Istiqlal aşiqiyəm, istiqlala vuruldum
Duyğularım qabardı, dede men Bozqurdu
oldum
Savalanda
qurtuluş şərqisini eşitdim
Mən
istiqlal əsgeri olmağa yəmin etdim
Hakdan
bir çagrı gəldi, men haq yoluna getdim
Mən Babək qalasında, amacımla buluşdum
Qurtuluşçu eşqimlə, dede men Bozqord oldum
Həmədandan
Təbrizə, Urmiyədən Zəngana
Axın
edir qalaya millət bütün ay ana
Mən
də verdim könlümü, yurdum Azərbaycana
Mən öz ruhum içində bütövcə
bir yurd oldum
Mənə xeyir düa ver, dədə mən Bozqurd
oldum
Bütün
ulusu çağır, çağir Babek qalası
Ruhumuza
da işıq, yağır Babek qalası
Bağır
da bağır bağır, bağır Babek qalası
Qalada bir Türk deyir: həqiqətimi buldum
Köləlikdən bezginəm, Dədə mən
Bozqurd oldum
Ana
mən Bozqurd oldum