ULUSAL BABƏK QURULTAYI İLƏ BAĞLI

 

GÜNEY AZƏRBAYCAN İSTİQLALÇILAR BİRLİYİNİN

 

MƏTBUAT VƏ BILDIRŞ KOMİTƏSİNİN BİLDİRİŞLƏRİ.

 

3.cü Rapor

 

Ulusal Babək Qurultayı Zəfər Bayramına Çevrildi!

 

1. Ulusal Babək Qurultayı bütün basqılara qarşı gələrək zirvəyə dayandı. Son bilgilərə görə bugün DAN sökülərkən minlərlə igit ana-atamız, bacı-qardaşımız qırmızı körnəklərə bürünərək zəfər qalasına sarı yürüşə başladı.

 MİLLƏT,

Ata Babəkim, Ata Babəkim, Qoyma Elim, yata Babəkim!

Yaşasın Azərbaycan!

Ya Azadlıq, ya Ölüm!                 Ölüm olsun diktatura,

Ölüm olsun şovinizmə!            Ölüm olsun Daşnaka, 

Ya Qarabağ, ya Ölüm!

Yatana ar,Satana ölüm!           Mənim dilim ölən deyil, Başqa dilə dönən deyil!

Rus,Fars,Erməni Türkün Eski Düşməni!

Şüarları ilə Azadlıq Meydanından   zirvəyə yürüdü. Millətin sayı atdiqca Hərbi nizam altınad idarə olan kəleybər şəhərinə Farsistandan gələn silahlı qüvvələrin sayı da artmaqdaydı.

2. Saat 9-10 çağlarında silahlanmış polis qüvvələrini öz dirənişləri ilə sındıran 1000 nəfərlik bir qurup Qala Dərəsini arxada buraxaraq Dərbəndə yetişdilər. Fars dilli silahlıların yürüşünə rastlaşan AL GEYİMLİLƏR Babək

Yaşasın Azərbaycan!                                            Ya Azadlıq, ya Ölüm!

Ölüm olsun diktatura,                                    Ölüm olsun şovinizmə!

Şüarları ilə FARS Qoşununu diz çökdürərək qalaya yüksəldilər. Qaladan 100,000 lərlə qurultayçıya səsləniş başladı. Həyəcan bütün həndəvəri bürüdü. Hər tərəfdən YAŞASIN AZƏRBAYCAN. MƏHV OLSUN ŞOVİNİST səsləri Qurultayın Baş tutmasını təsdiqlədi. 1,000,000 dan artıq qurultay iştirakçının  caddələrdə yol kəsənlərə tuş gəlməsinə rağmən, 1,000,000 dan artıq qurultayçı özlərini Qala Dərəsinə çatdırdı.

3.Rejim ən qabaqcəl metodlardan istifadə edərək mobail telefonlarının anten sistemini işdən salmağa çalışır. Bu üzdən neçə saatdır ki, qaladan birbaşa xəbər almaq sistemi işləmir.

4.Bu gün səhərədək əldə edilən xəbərlərə görə tutulanların listəsi aşağıdakılardı.

1. M.T.Əsədi

2. F.Dəsti

3. Altay Məhdəvi

4. Kazım Səadət(AZ.İqtisad Jornalinin baş yazarı)

5. Əzimi

6. M.B.Mətləbi

7. Abbas Sadati

8. Nadir Elçin

9. Behruz Abbaszadə

10.Sadiq Həkimi

11. Əziz Pur Vəli

12 . Həmid Derəxşan

13. Əli Şadi

14. Qasim Əngüti

15. Yaşar Əsədi

16. Nima Ərdəbili

Habelə Dünən və Sirağagün tutulan Abbas Lisani, Ali Süleymani və başqaları hələn zindandadırlar.

5.Telofon tərəfi olan soydaşlara, habelə gecə-gündüz bilmədən Babək qalasınadn xəbər yayan bütün milli saiytlara, Internet vasitələrinə və Günaztv,yə minnədarıq.  Bizimlə

 

GAİB

Mətbuat və Bildiriş komitəsi

g_az_istiqlalcilar_b@yahoo.com