AZƏRBAYCAN
MİLLƏTİ MÖHTƏŞƏM
BABƏK QURULTAYINDA, ÖZ
MİLLİ İRADƏSİNİ
GÖSTƏRDİ
30
June və 1 July Günlərində Keçirilən Babək Qurultayından
Özət Raport:
Cumhur
başqanı seçgiləri zamanında, əmniyəti
nədənlərdən dolayı Babək Qurultayını
durdurmaq üçün aktiv şəkildə fəaliyət göstərə
bilməyən hakimiyət orqanları, Qurultaya yaxınlaşdıqca
öz fişarlar və basqılarını şiddətli bir biçimdə
başlamışlar.
-
Qurultaya neçə gün qalan, Azərbaycan şəhərlərindən
tanınmış fəallar məhkəməyə çağırılıb,
qurultaya getməmək üçün muxtəlif təhdidlərə
məruz qalmışlar.
-
Hələ Milli Qurultaya neçə gün qalmış İran basin
və yayin məsulları bütün qəzetə və
dərgilərə Babək və Qurultayla bağlı hər
hansı bir yazının basılmamasına dayir tapşırıqlar
vermişdir. İrançı qəzetələr Babək və
milli qurultayın rədd və pislənilməsi haqda yazılar
yaymış və özəliklə Güney Azərbaycan milli
Televizyonun Babək qurultayına həsr etdiyi proqramlara toxunmuşlar.
Bir qəzetə GUNAZ TV-nin Amerika dövlətinə bağlı
olduğunu iddia etmişdir!!
-
Bir çox Azərbaycan siyasi fəallarından, tutuqlanıb
həbsə alınmışlar.
-
Bircə gün qurultaya qalan Azərbaycanın muxtəlif şəhərləri
və Tehrandan hərbi quvvələr Kəleybər və
Əhər, şəhərlərinə yolu düşmüşlər.
-
30 June cuma axşamı, Azərbaycanın bütün şəhərlərindən
milli qurultaya qatılmaq istəyən 100 minlərcə
Azərbaycanlı hərbi quvvələrin maniələri
ilə üzləşmişlər. Onlar sorğu suala tutulur,
təhdid edilir və video lentə alınırlar. Bu arada subay
gənclərə gedən təzyiqlər daha artıqdır.
-
Hərbi quvvələrin təftiş və
təhdidlərindən qurtulub və özlərini Kəleybər
şəhərinə çatdıra bilən minlərcə iştirakçı
yeni təhdidlərlə üzləşir və vəhşicəsinə
döyülürlər. Uşaq və qadınlara da rəhm olunmamışdır.
-
Get-gedə Kəleybərdə iştirakçıların izdihamı
çoxalır. Ama Kəleybərdən Bəzz qalasına sarı
olan bütün əsli və fəri yollar bağlıdır.
Minlərcə Babək vurğunu dağlar və
dərələrdən özlərinə qalaya çatdırmaq üçün
cəhd edirlər.
-
İştirakçıların sayısı çoxaldıqca hərbi
quvvlərin də sayısı qat-qat çoxalmaqdadır. Bəsic,
Sipah-i Pasdaran, İntizami və əmniyəti quvvələr,
bu hərbi ordunu oluşdurmuşlar.
-
İştirakçıların avtomobil və bütün şəxsi
əşyalari axtarılır, Kəmeralar alınır, özəl
olaraq al geyimli şəxslər daha diqqətli göz altına alınırlar.
-
Günorta sonrası özlərini Bəzz qalası və Babək
hotelinə(Azadlıq meydanı) çatdıra bilən yüzlərcə
milli fəal zorla hərbi quvvələr vasitəsi ilə
Kəleybər şəhərinə qaytarılır və
onlardan öz şəhərlərinə qayıtmaları istınilir.
Bəzilərinin kimlik vəsiqələri alınaraq onlara
şəhərlərinə döndükdən sonra ittilaat orqanlarına
müraciətləri qeyd olunur.
-
Hərbi quvvələr səs sistemləri vasitəsi ilə
hər saatda iştirakçılara bölgədə hərbi manevrin
keçirilməsini deyir və onların hərbi bölgədən çıxmalarını
istəyirlər.
-
Axşama yaxınlaşdıqda Qala Dərəsində(Kəmp)
toplaşan minlərcə iştirakçı Azərbaycan mili
hərəkətinin ana şuarlarını bağırırlar;
Yaşasın Azərbaycan nidası göylərə ucalır.
Yuz-yuz Millətçi təpələrin başında od tonqalları
qurub və Kəmpdə olanların səsinə səs
verməkdədilər.
-
Gecə qaranlığı düşdükdə, yüzlərcə
hərbi quvvə Azadlıq meydanı ətrafı və
Kəmpdə qurulan çadırlara hücum edərək batum gücü
ilə bütün iştirakçıları zorla uzaqlaşdırıb,
və geri qayıtmalarını istəyirlər. Milli şuarların
səsləndiyi zaman neçə qurşun səsi eşidilmişdir.
-
Qurultayin ikinci günü(cuma 1 July) səhər başlayandan,
minlərcə Azərbaycanlı Bəzz qalasına doğru yüuşə
başlamışlar. Gözlənilməyən təzyiq və
basqılara məruz qalan iştirakçılar bəzən
hərbi quvvələr ilə toqquşmuşlar və iştirakçıların
çoxu özəl olaraq gənc millətçilər zorla qaytarılmışlar.
Sözü gedən toqquşmalarda hərbi quvvələr və
mərasim iştirakçılarlnda yaralananlar olmuşdur.
-
Çox çətinliklə plakard və yazılı parçaları Qala
ətrafına çatdıranların plakardlar və parçaları
surətlə endirilib, özləri isə şiddətlə döyülüb
və tutuqlanmışlar.
-
Təbriz şəhərinin İran İslam cumhuriyətinin
məclisində olan millət vəkili Dr.Əkbər ƏLƏMİ
Azərbaycan millətinin Babək qalası qurltayı iştirakçılarına
qatılıb və bir yığıncaqda bu mərasimin haqlı
və qanuni olduğundan söz açaraq öz himayəsini bu qurultaydan
bildirmişdir. O qurultay öncəsi və əsnasında
tutuqlananları himayə edəcəyini demişdir. Ələminin
bu sözləri hamının yaşasın Ələmi
səsləri ilə qarşılanmışdır. Qeyd
etməliyik ki Ələminin cumhur başqanlığı seçgilərində
adaylığı hakimiyət tərəfindən rəd
olunduqdan sonra bir çıxışında Azərbaycan öyrəncilərinə
Babək qurultayına qatılacağına söz vermişdir.
-
İntizami quvvələri gözlənilməz bir olayda qala iştirakçıları
arasında bir sorğu listəsi yayımlamış və
onlara cavab verilməsini istəmişdir. Güney Azərbaycanın
İrandan ayrılıb və mustəqil olmasını
istəyirmisinizmi? Türkcənin məktəblər və
oxullarda öyrədilməsini istəyirsinizmi? İran dövlətinin
milli marşı çalındıqda yerindən qalxmayan şəxsdən
inciməsinizmi? Və s. Artırmalıyıq ki, iştirakçılar
məsələyə mənfi munasibət göstərib və srğulara
cavab verməkdən çəkinmişlər. Onlara görə
hakimiyət bu işdə sədaqətlı deyildir.
-
İçində olduğumuz bütün bu olaylarda yüzlər
Azərbaycanlı tutuqlanmışdır. Bunlardan
bəziləri azadlığa buraxılsa da çoxusunun taleyi
hələ bəlli deyildir. Tutuqlananların çoxusunun ad və
kimlikləri bəlirlənməmişdir. Yayımlanan
listələrdə bunların adına rast gəlirik:
Kazim
Səadət, Mahmud Ərabizadə(Altay), Həsən Rəhimi
Bayat, Ümid Şükri, Əli Süleymani, Aşıq Cəbrayıl
Xəlili, Aşıq Ildırım, Əziz Purvəli,
Həmid Dirəxşan, Nadir Elçin, Abbas Lisani, Abbas Sadati, Sadiq
Həkimi, Əli Şadi, Behruz Abbaszadə, Qasım Ənquti(Üngutlü),
Yaşar Əsədi, Nima Ərdəbili, Mehdi Altay,
Muhəmməd Tağı Əsədi, Fərhad Dəşti,
Muhəmməd Bağır Mütəllibi, Əkbər Azad,
Səid Mətinpur, Muhəmməd Pur Əli, Süheyla Heydəri,
Məhərrəm Pur Bağır, Məsumə Pur Bağır,
Babək Pur Bağır,
Lütfüllüh Nuri, Möhsün Sərvəti, Behzad Dünyayi, Çəngiz
Bəxtavər, Mehdi Zəncani, Arəş Bəxtavər
və s.
İran
hakimiyətinin bütün basqı və təhdidlərinə
rəğmən minlərcə Babək ziyarətçisi özlərini
Ulu Babəkin möhtəşəm qalasına çatdırmış
və hərbi quvvələrin gözləri önündə
Azərbaycan milli şuarlarını səsləmişlər.
Azərbaycan milli hərəkətinin bu böyük və əzəmətli
mücadiləsi Azərbaycan millətinin özə dönüş və
milli kimlik qazanması uğrunda tariximizə həkk olacaqdır.
Bu böyük zəfər bütün Azərbaycanlılara qutlu və mübarək
olsun.
Güney
Azərbaycan