ULUSAL BABƏK QURULTAYI İLƏ BAĞLI

GÜNEY AZƏRBAYCAN İSTİQLALÇILAR BİRLİYİNİN İNFORMASİYA KOMİTƏSİNİN BİLDİRİŞLƏRİ.

 

(1)

 

Əziz Millətimiz!

Son xəbərlərə görə Babək qurultayına yuruş, tam kütləvi halət tutubdur. Fars şovinistləri və onların yerli əlaltıları bu qurultayın qarşısını almaq üçün bütün var gücü ilə səfərbər olubdur. Güneydən gələn son bilgilərə görə Əhərin giriş və çıxışında yüzlərlə şəxsi maşın dayandırılır və geri qaytarılır. Dunənədək sakin görünən saysız rejim məmuru bugündən etibarən tam vəhşicəsinə davranmağa başlayıblar. Təbriz, Ərdəbil, Urmu, Zəngan, Qoşaçay, Xoy, Mərənd, Muğan, Tehran, Kərəc, Kəleybər, Xalxal və bir çox şəhərlərdən alınan bilgilərə görə Azərbaycan Milli Hərəkatının fəallarına qarşı ağır basqılar davam etməkdədir.

Son bilgilərə görə bir çox fəal tutuqlanmış və həbsxanalara salınmışdırlar. Yaxın qaynaqlardan alınan bilgilərə görə tanınmış milli-siyasi fəallardan Əli Süleymani, Abbas Lisani, Hidayət Zakiri, Müstəfa Əvəzpur, Yavər Cəmali, Vəhid Rəməzani, Nəsiri Nia və bir çoxları hazırda Zindandadırlar. Gələn saatlarda tutuqlananların sayının daha da artması gözlənilir. Bu təzyiqlərə baxmayaraq bu il milli birlik və bərabərlik içində irəli sürən Ulusal Babək Qurultayında milyondan artıq insanımızın iştirakı gözlənilir.

 

GAİB

Mətbuat və informasiya komitəsi

g_az_istiqlalcilar_b@yahoo.com