Güntay
Gənalp
Babək
qalasında monoloq
Içimdən
bir səhər gördüm, ki bir duyğu dumanlandı
İçib
Qorqud bulağından, doyan könlüm ozanlandı
Varıb
rəqs eyləyən ruhum, olub özgür işıqlandı
İçimdə
mutlu ər doğdu, erənləndi, şamanlandı
Muğamatım
bu torpaqlarda, tarlandı, kamanlandı
Qopub köksümdə bir tufan ve bir tariix şanlandı
Və bir sazın havasıyla sönük hissim də
canlandı
Xəyalım,
düşlərim, hissim, Kəleybərdə
məkanlandə
Söküldü
tarixin bağrı, keçən bir çağ zamanlandı
Həqiqət
üstünü örtmüş, xurafatlar yalanlandı
Evət
haykırtılar burda, yoğun səslə cahanlandı
Mənim ruhumda, hissim də, emir almışdı
Babəkdən
Ərənlik, alpərənlik də, qalıt qalmışdı
Babəkdən
Nasıl
olmuş o ağbirçək qadın dağlara varmışdır?
Bu
çağrılmışlığın sirri bütün ruhları
sarmışdır
Bağımsız
yurd amacı, qaranlıqları yarmışdır
Bu
dağlardan qopan səslər, yatanları uyarmışdır
Uluslaşmış, ulaşmış duyğular burda oluşmuşdur
Şüurlardan və düşlərdən, axib yurda doluşmuşdur
O
Zənganlı gözəl kimdir, ki daim həp təlaş
eylər
Bağımsızləq
mənim haqqım deyib de şərqilər söylər
Bayanlar
və bu baylar qarşəsənda baş əyər göylər
Gözəllik, alpərənlik bir bütün şəklindədir
ey yar
Kəleybərdən gələn səslə, umutlanmışdır
Altaylar
Sənin
bağrənda bir yankı, dərin bir çağrı var dağlar
Qaranlıq
ordusundan mı, qalan sərt ağrı var dağlar
Əvət
bu yurd için ölmüş, ərənlər bağrı var dağlar
Bütün vicdanını sevda, ve özgürlük saran gəlsin
Həqiqət, eşq, heysiyyət, şərafət
axtaran gəlsin
Bir
mahnı
Qalanın
başında qaladım tonqal
Dedim
çağlar boyu dağlar esen qal
Sirrimi
saxlasın her gedik, her yal
Ruhumu barındır, dolaşdır dağlar
Gelecek soylara ulaşdır dağlar
Qaladan
qalaya atımı sürdüm
Babek
qalasında bir gözel gördüm
Nazlıca
yarımın saçını hördüm
Mene sevdiceyim;
hazırlaş-dedi
Yurd qazan, ölke al, dağlar
aş dedi
Dağların
başında bir qala qurdum
Qurduğum
qalaya güvendi yurdum
Çağlardan
çağlara bir ses duyurdum
Bizimdir bu ulu, qocaman dağlar
Bizim arxamız ol her zaman dağlar