40,000-lik silahlı ordusuna güvənən məğlub düşmən!

 

Eldar Qaradağlı

 “Babək Qurultayı” qarşısında sərgilənən bütün yeniş-yoxuşları sarsılmaz addımları altında əzərək zəfərlə başa çatdı. Yenə “Azərbaycan Türk Milləti”nin iradəsi qarşısında Şovinist Panfarsist düşmən diz çökdü. Hələ bu dəfə 40,000 silahlı qorucusu ilə! Babək Qurultayı 60 yaşlı “Riza” bəylə 15 yaşlı “Nima”nın vasitəsi ilə zəfər nəğməsi çala bildi. “Azərbaycan Milli Hərəkatı” ağbirçək anamızın əlindən öpərək onun evdə qalmasını istədi, niyə ki, onun BABƏK qalasını 40000 lik düşmən silahlısı basqıya çəkərək hisara almışdır. Bu üzdən Qurultayın nəcatı üçün savaş gərəkirdi.  Bir mədəni və dirəniş savaşı. Ağ birçək ananın evdə oturub Rzalara, Nimalara xeyr-dua verməsı gərəkirdi. Belə də oldu Millətimizin Xeyr duasi ilə Babək qafiləsi yola düşdü. Düşmən ordusu öncə evlərə girib qəddarlığını göstərməyə başladı. Daha qəddar olmaq üçün ev hədələrində dayanmayıb, küçələrimizdə də Babək izlərini axtarmağa çalışdı. Oradan da ümidsiz olaraq Kəleybər yollarını bağlamağa səy göstərdi. Millətin axını sel olub düşmənin düzaqlarını çöp edərkən, düşmənin 40,000 lik silahlı Qala işqalçıları işə düşdü. Amma bu son səngər də millət yürüşü qarşısında diz çökərək “Qurtuluş Qaranquşları” önundən çəkilmək zorunda qaldı.

Bu il “Babək Qurultayı” milli həmasiyə, milli şərəflə-mili vicdan göstərisinə çevrildi. 100,000 lərlə Azərbaycan Türk Millətçisi qarşısında düşmən baş əydi. Görəsən günümüzün “Kəsrəvi”ləri və “Ərani”ləri də ən azından düşmən qədər ola biləcəklər mi!? Bu il millətimizin milli tarixində qızıl səhifə qazanmış 11.12 tir(1-2 İyul) “Babək Qurultayı” zəfərlə başa çatsa da iki xəncər yarası unudulmayacaqdır. Biri olduqca normal və qarşıdan gələn düşmən yarasıdər. Bu yara qurtuluş intiqamı ilə unudulsa da, kəsinliklə arxadan deşən ikinci ÖZ biçaq qolayca bitmiyəcəkdir. Çünki, bu ÖZ bicaq nədəni ilə Milli Qurultayımız ürəkdən zədələndi. 40,000-li silahlı düşmən qarşısında biraz da olsa zora uğradı. BABƏK öz evladlarını birlikdə görməyə alışsa da onları bir yerdə və omuz-omuza görmədiyi üçün ruhdan incidi. Axı bilisiniz ki, Babək təfrəqə və xiyanətin anlamını əti ilə-dərisi ilə duymuş birisiydi. Elə bu tarixsəl təcrübəyə dayanaraq hər il olduğu kimi bu il də Babək yolçularının bir sırada və bir yerdə yola düşmələri gözlənirdi. Amma Bu il bu qardaşlığı sındırdılar. Elnazı elnurdan, Elşəni elsəsdən ayırdılar. Molla fitvasına alışan ümmətçi ağalar Musa sayağı çəlikləri ilə “ikiye bolun” əmrini verdilər.

Suyu bulandırmağa nə var ki! Onu durultmağa çalışanlara eşq olsun!

Bu ağır milli acıya biraz da olsun məlhəm suyu səpməyə çalışan 11-12 tir qəhrəmanlarını haqlı olaraq qəhrəman adlandıran ƏMANİ-lər sağolsunlar. Kaş ki, ən azı bu şərəfli millətçilərin səmimi göstəriləri biraz da olsun Fitvaçılara və məğrurcasına millətin hərəkatını danan qaraçılara dərs olsun.

Azərbaycan türk Milləti,ni neçə gün sonra bir başqa sınaq gözləyir.18-19 tir (8-9 İyul) günlərində “Ulu Babək” arxadan gələn 2.ci axına qucağını açmalıdır. Babamız Babək gecişmış evladlarını da oz qalasında qonaq edəcəkdir. Onları da öncə gələn ezizləri kimi isti ocağında qonaq edəcəkdir. Onları da uğurlayacaqdır. Böyük ruhilə o ezizləri də 40,000 lik silahlı düşmən qarşısında qoruyacaqdır. Babək,in ulu ruhu 11 dən 19 tirə(1 dən 9 İyul,a) uzanan 8 günü birləşdirib, eyniləşdirəcəkdir. Yenə qardaşı-qardaşa, daşı-daşa bağlayacaqdır. Və yenə bu ulu millətin sıralarına ana sevgisi, ata ilgisi salacaqdır.

QOY 11 TİR,DƏ BABƏK SEVDASI İLƏ ALAVLANAN MƏNLİYİMİZ 18 TİR YOLÇULARIMIZIN ÜRƏK ÇİRAĞI VƏ YANAR İŞIĞI OLSUN! QOY MİLLİ QURULTAYIMIZA GECİŞƏN EZİZLƏRİMİZİN DƏ YOLUNU UGURLAYAQ!

Amin!