
Bozqurd
Türk millətinin simboludur. Birbirinin ardınca
gələn Türk nəsillərinin ortaq malı olan milli
dastan parçalarımızda, Türklərə yol göstərən,
Türkləri zəfərlərə aparan bir simboldur...
Artiq Bozqurd bir güç, orduya yol göstərən bir
xəritə, darda qalanların yardımına gedən bir Hızır,
Hakana və orduya ehtiyat, mərdlik və təmkin
dərsi verən bir müəllim simboludur...Ordumuzla
bərabər döyüşən, onu zəfərdən
zəfərə aparan bir faktordur. Döyüşçülüyün,
cəsarətin, bir simboludur. O qurd olmaqdan ziyadə,
qurda bənzədilən bir qurtarıcı və bir
qəhrəmandır. Qorxmaz ve ağıllı bir Hakandır.

Nə
üçün Bozqurd?
Bu sualın cavabı hərhalda Bozqurda aid özəlliklərin,
Türklərdə olan özəlliklərlə üst üstə
düşməsi ola bilər deyə düşünülməkdədir.
Cəsarəti, əsarətə dözümsüzlüyü, qıvraqlığı,
Ailəsinə sədaqəti və başqa özəlliklər
onun, ulu babalarımız tərəfindən simbol seçilmə
səbəbləridir. Hər millətin tarixində
dastanlar əsas yer tutar. Məlum olduğu kimi xalq
hekayələri ağızdan ağıza söylənərək,
nəsildən nəsilə keçidi. Zaman keçdikcə bu
hekayələr yazıya tökülərək ən sonunda
indiki zamanımıza qədər gəlib çataraq dastanlar
meydana gətirdilər. Bu dastanlarda Bozqurdun çox əsas
yeri vardır. İngilislər üçün Aslan, Ruslar üçün Ayı,
Fransızlar üçün Xoruz, Íranlilar üçün Pars, yaxud
Pələng, Yaponlar üçün Əjdaha ne ise, Türklər
üçün də Bozqurd odur,
Bozqurd Dastanı
''...Türklərin ilk ataları Batı Dənizinin batı
tərəfində yaşayırdılar. Türklər, Lin adlı
bir ölkənin orduları tərəfindən məğlubiyyətə
uğradıldılar. Düşmən əsgərləri bütün Türkləri
kişi-qadın, kiçik-böyük demədən öldürdülər.
Bu böyük ve vəhşicəsinə qiyamdan yalnız 10 yaşlarında
olan bir oğlan sağ qaldı. Düşmən əsgərləri
bu uşağıda tapdılar amma onu öldürmədiler; bu yaşayan
son Türkü acılar içində can versin deyə, qollarını
və ayaqlarını kəsərək bir bataqlığa atdılar.
Düşmən hökümdarı, əsgərlərinin son bir Türkü
sağ olaraq buraqdıqlarıni öyrəndi. O dəqiqə
əmr verdi ki bu son Türk də öldürülsün və Türklərin
kökü tamamilə kəsilsin... Düşmən əsgərləri
uşağı tapmaq üçün yola çıxdılar. Amma dişi bir Bozqurd
çıxdı və uşağı qaçırdı. Altay dağlarında izi tapılmaz,
ucsuz bucaqsiz və hər tərəfi yüksək dağlarla
əhatə olunmuş bir mağaraya apardı. Mağaranın içində
böyük bir ova vardı. Ova, başdan ayağa ot və çayırlardan
ibarət idi.Dörd bir tərəfi Sarp dağları ilə
çevrili idi. Bozqurd burada uşağın yaralarını yalayıp
tumarladı ve sonunda sağaltdi. Onu südüylə, ovladığı
heyvanların ətiylə bəslədi, böyütdü. Sonunda
uşaq böyüdü və yetkinlik çağına girdi sonra isə
Bozqurd ile yaşayan son Türk əri evləndilər. Bu
evlilikden 10 uşaq doğuldu. Uşaqlar böyüdüler, başqa
yerlərdən qızlarla evlənərək artdılar. Türklər
yavaş yavaş çoxaldılar və çevrəyə yayıldılar.
Ordular qurub Lin ölkəsinə hücum etdilər ve atalarının
qisasıni aldılar. Sonralar yeni bir dövlət qurdular, dörd
bir yana yenidən egemen oldular. Və Türk hakanları
atalarının xatrəsinə hörmət olaraq otaqlarının
önündə həmişə qurd başlı bir sancak dalğalandırdılar...''
Bu əfsanəden anlaşıldığına görə, Türklərin
ilk yurdları, Orta Asyanın batısına yaxın bir yerlərdə
idi. Türklər, Turfanın cənub dağlarına daha sonra göçüblərmiş.
Çin tarixlərinin də yazdığı Bozqurd dastanı, burada
bitməkdədir. Çinlilər daha sonra nələrin
olduğunu açıq olaraz yazmırlar. Bu əfsanənin son bölümü,
Ergənekon Dastanıdır. Ergənekon Dastanı, Cingiz Xan dövründə
moğollaşdırılmışdır. Ancaq bu əfsanənin kökləri
və ana motifləri, açıqca Kök Türklər ile əlaqədardır.
Kök Türk Dövləti, MS 6.yy.dan etibarən bir cihan
imperatorluğu olmuş və 200 il ömür sürmüşdür. Bele böyük
və güclü bir dövlətin, ilkəl Moğollardan bir
əfsanə alıb kökənlərini ona dayandırması mümkün
deyildir. Ayrıca, Ergənekon Dastanının ana mötivlərindən
biri, Dəmirçidir. Dastanda dəmirçi, dağda dəmir
mədəni tapır və Türklər bu dəmir
mədənini əridərək Bozqurdun öndərliyində
Ergənekondan çıxırlar. Unutmamaq lazımdır ki, Göytürklərin
ataları da dəmirçi idilər. Onlar ən yaxşı çəlikləri
hazırlayıb, başqa dövlətlərə silah olaraq satardılar.
Göytürklərin ataları, dəmir cövhərləriyle
dolu dağların ətəklerində töremişdir,
dəmirləri eridərək yerüzünə çıxmışlar.
Sonradan özlərinin də dəmirçi olmaları bundan
irəli gəlməkdədir. Amma Moğollar, dəmirçilizi
bilmirlərdi. Cingiz Xan zamanında Moğolların yanına
gələn bir Çin elçisi, o zamanda da Moğolların ox üclərini
daşdan hazıladıqlarını, dəmirlə işləməyi
bilmədiklərini deyirdi. Moğollar dəmirlə işləməyi,
Cingiz Xanın zamanında Uygur Türklərindən öyrənmişdilər.
Ayrıca Bozqurd, Türklərin müqəddəs heyvanıdır.
Moğolların isə müqəddəs heyvanı köpəkdir.