Güney Azərbaycan Milli Azadlıq Hərəkatı, acı gerçəklər!

Təməli Elçibəy tərəfindən qoyulan “Bütöv Azərbaycan” ideyası artıq güclü dövlətlər tərəfindən nigarançılıqla qarşılanır. Rusiya, Amerika, Avropa hətta qan düşmənimiz olan Ermənistan mətbuatında bu olay bir nömrəli problem kimi gündəmdə qalmaqdadır. Bunu Azərbaycan türkləri üçün XXI- əsrin ən böyük müjdəsi kimi qiymətləndirmək olar. Bəlkə daha da irəliləyişə layiq idi milli hərəkatımız, əgər oportonist “inqilabçılar” buna mane olmasaydılar.
Hərəkatımızda baş vermiş bir çox pozetiv maneələr, xüsusən yurd dışına çıxdıqdan sonra cənab Çehreqaninin, Elçibəy idealogiyasına arxa çevirməsi tendensiyanin sürətini azaldaraq otaylı-butaylı hərəkat aktivistlərini məyus etdi və nəticədə bir çox təşkilatlar dağıldı və bəzilərinin arasında isə qarşıdurmalar yarandı.
Təssüflər olsun ki, yaranmış situasiya hərəkatımızın gedişatına ciddi zərbə vuraraq əsas məqsəddən sapdıra bildi. Cənab Çehreqaninin Amerikadan yayınlanan "Apadana" (fars şovnizminə qulluq edən televiziya) kanalı vasitəsilə ki, “İranı min illər boyu o ölkədə yaşayan türklər qoruyub və yenə də qanları bahasına qoruyacaq” -deməsi, istiqlalçı qüvvələrin səbir kasasını daşırtdı və qüvvələrimiz arasında növbəti parçalanmaya səbəb oldu. Bütün bu uğursuzluqların səbəbi Elçibəy yolundan sapmaqdır. Yazıqlar olsun ki, bu gün düşünülmüş şəkildə Elçibəy ideyalarına qarşı süni alternativə platformalar həyata keçirirlər. Elçibəy deyirdi ki, -“Azərbaycanın güneyində yeni bayraq yaranmayacaq, oraya bu bayraq gedəcək. (M.Ə.Rəsulzadənin qaldırdığı bayraq)”. “GAMOH” isə güneylilər adından qondarma bayraq yaradır.
Elçibəy,- “Tehran rejimi BAB-dan bərk qorxur və bu rejim bizim fəalların adlarını salıb siyahısına, onları bəlkə də haçansa vətən xaini, rejimin, farsın düşməni elan edəcək. Biz isə deyirik ki, biz farsın düşməni deyilik, biz Tehran rejiminin düşməniyik. Tehran rejimi xalqımıza düşmənçilik edən irticai bir rejimdir. Biz onun dəyişdirilməsinin tərəfindəyik. Biz fars millətinə yox, fars şovinizminə, irançılığa qarşıyıq” - deyir. Lakin milli azadlıq adı altında fəaliyyət edən qaraqruplar irançılıq ideyasıyla çıxış edir.
Yüzlərlə belə faktları vermək mümkündür, amma şükürlər olsun ki, son 1 il müddətində bütün hərəkat iştirakçıları fars şovinizminin siyasi hiləsini duyaraq açıq şəkildə onunla mübarizəyə qalxdı və bir daha Elçibəy ideyası kursunu davam etdirəcəklərini bəyan etdilər.

Cavad İsmayılbəyli