ÖZBAŞINALIĞA SON!

Eldar Qaradağlı

 

GAMOH ADI-İLƏ FƏALİYYƏT GÖSTƏRƏN TÜRK MİLLƏTÇİLƏRİNƏ AÇIQ MÜRACİƏT!

“BAB-ı suçlamaqla Dr Çehrəqanlının günahı yuvulmaz!”

Deyerli soydaşlar!

Bu yazını bütün məsuliyyət hissi ilə Güneydən olan istəklərə cavab olaraq oxucuların qulluğuna sunuram. G.Azərbaycan Milli Hərəkatında fəal olan bir kəsim Gamoh-a bağlı əziz millətçi bacı-qardaşlarımızın israrlı istəklərinə saymamazlıqdan gəlməyi içimə sığışdıranmadım. Bu yazıda yalnız yaxından təcrübə etdiyim və zaman-zaman yaşadığım gərçəklər yorumlanmışdır. Yazının uzun olmasından dolayı hamınızdan bağış dilirəm. Eldar Qaradağlı

Son günlərdə BABƏK MİLLİ QURULTAYINI “Azərbaycan Türk Milləti”ndən qoparıb, Farslığa –İrançılığa təslim etmə çabalarının BÜTÜN MİLLƏT tərəfindən pislənilməsi milli suçda ittihalananları hesabi çilədən çıxartmışdır. Bu üzdən GAMOH rəhbərliyi tərəfindən BAB-a qarşı aparılan əxlaqsızca kompaniya səngləmək bilməyir. Gamoh rəhbərliyinin əsil millətçi gənclərinə yapdığı böyük ihanət üzə çıxdıqca, Qurum liderliyinə CANLA- BAŞLA İNANAN SƏDAQƏTLİ MİLLƏTÇİLƏR XƏYAL QIRIQLIĞI İLƏ UĞRAŞMAQDADIRLAR,  Vaxtı ilə belə günlərin olacağını aydıncasına proqnos verən və yollarını İran federalizminə və İsalam Ümmətçiliyinə təslim olmuş Dr Çehrəqanlıdan ayıran 10-lar-la sınaqdan keçmiş, təcrübəli və profesiyoner bütövçü- qurtuluşçu millətçilər GAMOH.un böyüyüb milli təşkilata çevrilməsi uğrunda aşağıdaki 3 təməl dirəyi onərmişdirlər:

1.     Çağdaşlıq- Kürəsəllik dünyanın yeni düzəni kimi DEMOKRATİYA VƏ LAIKLIGI(Sokolarizmi) dəyişməz təməl halə gətirmişdir. Bu üzdən o sisteme girməyin ön şərti milli savadlanmaq və təşkilatın stratejisini gərəkən millət hərəkatı çərçivəsində saxlamaqdır. Dr Çehrəqanlı təbriz,də olan zaman bu alanda ümidvarlıq arada bilsə də, ölkədən çıxan zamandan etibarən ondan gözlənilən bütün ümidləri  bərbad duruma gətirdi. O çevrəsində olan bütün təcrübəli və bilgin insanları ÜMMƏTÇİ zehniyyəti ilə özünə tabe etməyə çalışarkən böyük xəyal qırıqlığına yol açdı. Bu boşluqdan su-i-istifadə edən qeyri milli siyasi alış-verişçilər Dr-un milli çatışmamazlığından yararlanaraq onu istədikləri kimi yönləndirməyə başladılar. Ölkədən qıraqda yaşayan millətçi-istiqlalçı kadrların Gamoh-dan ayrılması ilə dr Çehrəqanlı təmamən federalçı-irançı solların əlində əsir duruma düşdü. Gamoh-da gündəmdə olan istiqlal şüarları bütünlüklə İranfederalizmi şüarlarəna çevrildi. Bütövçü ruhu yerini bölüçü ruhuna verdi. Azərbaycanın milli bayrağı öz dəyərini itirərək yerini güney bayrağına bağışladı. Şüarlar İran rejiminin opozosiyon şüarlari ilə uyğunlaşdı. Gamoh-da yaşanan siyasi riviziyon dr Çehrəqanlının ümmətçi və Gamohun dış qolunun üst alanda nihilizm tərkibini anti-nomi bir sentez olaraq ortaya qoydu. Bu üzdən Gamoh-da (sədaqətli millətçilər xaric) doğru millətçilik ruhu yalnız İranfederalizminə doğru bir arac kimi qullanmağa başladı. Örnək olaraq Azərbaycan türkünə aid olan Babək qalası “Milli Qurultayın” Ümmətçilik bahanası ilə “Azərbaycan Türk Milləti” varlığından qoparıb İrana, iranlığa, iraniləşdirməyə təslim etməkdir. Bu arada Bütün ürəklə milli savaşı qutsal sanan gənc millətçilərin təmiz duyğularını qullanmaq ikinci böyük milli suç sayılmaqdadır.Gamoh-un millətçi ruhunu sözdə yox, əməldə və hərəkətdə saxlamaq lazımdır. Gamoh-un millətçi ruhu Türkçülükdür. Bu ruhu bacardıqca farsçılıq ruhundan uzaqlaşdırmaq gərəkir. İran Federalizmi farsçılıq ruhunun siyasi görüntüsüdür. Bu görüntü kimin tərəfindən diktə olursa olsun, qınanıb və kəsinliklə rəd olmalıdır. Bir GAMOH fədayısına da millətçilik ruhu qazandıran budur. Həqiqətən Türk millətçisi olan sadıq bir Gamoh-çuya Ürəyinin_ diləyinin tamamən ziddi olan İrançılığa qulluq eləmək yaraşmaz!.Kim hansı maraqlı güclər istəyi ilə bu çörəyi yazıq və məzlum olmuş millətimizin ətəyinə qoyursa cəzalanmalıdır. İstər Dr Heyət olsun, İstər Dr Çehrəqanlı, istərsə də  Elçibəy-çi BAB.çılar! İran Federalizmi və G.Azərbaycan Dövləti bir-birnə daban-dabana zid olan antiqonisti və barişmaz Stratejilerdir. Bu iki stratejinin ideya qaynağı tarixə dayanmış iki özəl TÜRKÇÜLÜK və FARSÇILIQ ideyalarına bağlıdır. İran adlanan yerdə və Azərbaycanda yaşayan bir çox soydaşımız bu iki tarixsəl məğlub_ qalibi bir yerdı yaşatmaq istəsələr də, bir Gamoh-a bağlı qalan sadiq millətçinin bu tarixsəl zülmə qulluq etməsi və Türkçülüyü farsçılıq və İranlılıq içində boğması çox acınacaqlıdır. 

2.     Hər qurumun dayanacağı və yaşaması üçün malı gəlir gərəkir. Gamoh Bu önəmli qaynağı əldə etmək yolunda ancaq və ancaq yoxsul və orta yoxsul millətə güvənməliydi. 3-5 kişinin mali imkanlarına dayanmaqla GAMOH xidmət və məqam alış-verişinə çevirdilər.Belə olan halda ÖMRÜNÜ TÜRKÇÜLÜKDƏ VƏ AZƏRBAYCANLILIQDA QOYAN MİLLİ XADİMLƏR, MİLLİ YOLUN İDEYASINA BİGANƏ OLAN PULLU-PARALI MARAQLI GÜCLƏR VƏ SİYASİ ALIŞ-VERİŞÇİLƏRİN TƏRƏFİNDƏN YEM OLUB YİYİLMƏ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALDILAR. Bir milli təşkilat bütün maddı-mənəvi gərəklərini millətdən almalı və millətə söykənməlidir. Yazıqlar olsun ki, bu çox həyatı dirəyi də GAMON lideri Dr Çehrəqanlı bəy başa düşmədi. O Xariçdə olan ilk gündən bəri fəaliyyət kompaniyasını verdiyi şüarlar tərsinə varlılara sarı yonləndirdı. Elə haman zamanlar təcrübəli millətçilərin xəbərdarlıqları da GAMOH liderini tutduğu xata yoldan uzaqlaşdırmadı. Və doğal olaraq bu gedişin davamında MİLLİ İDEYAÇILIQ İDEYASIZLIĞA QAPDIRILDI!!! Yenicə canlanmış GAMOH əsil profesinel millətçilər tərəfindən boşalarkən, kəmində yatmış fürsəttələblər GAMOH-un Diş qolunu yiyələndilər. Dr Çehrəqanlı bu böyük yalnışlığdan qaçmaq yerinə Təşkilat içində fanatızm gəlişməsinə yol verdi. Gamoh Sürətlə savadsızlığa uğrarkən milli-müariflənməkdən, milli-qurtuluş və Güney istiqlaliyyətindən uzaqlaşdırıldı. Milləti özləşdirmək və hər hansı panfarsızm qoluna qarşı səfərbər etmək yerinə İslam rejiminə qarşı şüarlar gücləndirildi. Elə bu da Fantamentalist tehran rejiminin altırnativi olan başda səltənətçi-savakçı antı türk və anti azərbaycan düşmənlərimizin ürərinceydi. Dr bəy çehrəqanlı yapdığı xatanın fərqində varıdı mi-yoxıdı mı !? İndi var mı, Yox mu !? Canla-Başla bu millət yoluna xidmət edən Gamoh-a bağlı olan millətçilərdən soruram: Dr Çehrəqanlı bəyin ölkədən çıxmaq ərəfəsində solunda-sağında oturan mənimlə telofon bağlantısı quran müşavirlərin və müavinlərin neçəsi sizinlə bir yerdədir. Hərəkatın sayqınları olan hamımızın sevdiyimiz ağsaqqallarımızın hangisi sizinlə bir yerdə dirlər!? Dr-beyin adi ilə desək milli hərəkatın sərdarları-salarları –nın hangisi sizinlədir. Dəyişən onlarmıdır yoxsa Dr bəy Çehrəqanlı? Siz necə düşünürsünüz!?

3.     Millətə sayğı bir millətçinin ruhunda yer salmalıdır. Millətə sayğı eyn zamanda Demokrasiyanın çərdəgidir. Demək MİLLİ HƏRƏKAT MAHİYYƏTCƏ DEMOKRASI DAVASIDIR.İNSAN DAVASIDIR. Bu dava qurumdan başlar və kütlə ilişkisinə çəkilər! DEMOKRASİYASIZ MİLLİ HƏRƏKAT KÜTLƏNI ƏLDƏN VERMƏKLƏ ANARXİYA VƏ FANATİZMƏ SÜRÜKLƏNƏR. Milli hərəkət öz ruhuna , öz milli çıxarlarına yiyələnməklə özəlləşər və mahiyyət qazanar.Demokrasının qaynağı millətdirsə, hər hansı millət üstü və millət altı amil anti demokratik pozosiyondur. Azərbaycan türk millətçiliyi qarşısında bir çox millət altı amillər olsa da, üç böyük millət üstü amil yəni Rusiyyəçilik , İrançılıq və Ümmətçilik çox önəmli yer tutmaqdadır. Zaman gəlişimi Rusiyyəçilik və İrançılığa qalib gəlsə belə, ümmətçiliyin aradan qaldırılması birbaşa sokolar və vicdan azadlığına bağlıdır. Mahiyyətcə demokratik olmayan, ümmətçi düşüncəni içindən qoparmağı bacarmayan, hər hansı dinsəl olay qarşısında milli dəyəri heçə qoyan və siyasi parazetləri bütün hərəkətlərində sərgiliyən şəxslər hər hansı yeni düzən düşüncəsi qurmaqdan acizdirlər. Təşkilat içində demokrasiyanın canlanmasını istəmiyən üzv özünü fanatizmə və liderlərini isə diktator olmağa çəkib aparar. Yazıqlar olsun ki, Gamoh,da durum belədir. Bu duruma son qoymağın yolunu bir canlı örnəkdən öyrənmək məqsədə uyğun ola bilər: 1985-ci ildən etibarən milli ideyaçılıq yolunda ilk –özetləri görünən MİLLİ HƏRƏKATIN demokratikləşmə sürəcində bəlkə    Azərbaycan Qurtuluş Təşkilatı ilk örnək sayıla bilər. Gözəl xatirimdədir: 1994-ci ildə AQT-də başqanlıq sorunu qaldırıldı. Bu haqda bütün təşkilata baş vuruldu. Hər kəsdən soruldu. Aylar-Günlər diyaloq aparıldı. Başda millətimizin ən sayqılı millətçiləri olmaqla bir qərar qəbul olundu: MİLLİ BİR TƏŞKİLAT HƏR ŞEYDƏN ÖNCƏ DEMOKRASİYANI ÖYRƏNMƏLİ VƏ MƏNİMSƏMƏLİDİR. AQT-NİN İÇİNDƏ TƏŞKİLATA LİDER OLAN TAM KAPASİDƏLİ KADRLARIN YETİŞMƏSİ İLLƏR İŞƏ BAĞLIDIR. AQT LİDERLİK MƏSƏLƏSİNİ YALNIZ 10 İL SONRA DARTIŞA BİLƏR. Və AQT demokrasiyanı öyrənilənədək ŞÜRA formasında idarə olunmalıdır. Vaxtyla “Dr bəy demokrasiya-Demokrasiya !!“ Bağıran bizlər ən inanılmaz itihamlarla qarşılaşdıq. “Gamoh yalnız Çehrəqanlı” diyən fanatlar, eslində Dr-ə aşiq-filan deyirdilər. onlar Dr-u körükləndirməklə özlərini kökləndirmək istəyirdirlər. Çox təəssüflə Dr Çehrəqanlı da ehtirasları ilə bu işə yarıyırdı.Yenə Gamoh-da olan eziz millətçilərə sormaq istəyirəm: Təşkilat içində diktatoranın kölgə salması səni də etgiləndirməyir mi!? Örnək olaraq qarşımızda olan BABƏK Milli QURULTAYI-nın inanılmaz zaman dəyişimi və onu Fatimeye zəhra (ümmətçilik) bahanası ilə İrançı-öyrənci gününə tullandırılmaq sizin ürəyinizcədir?Yoxsa sizi bir ümmətçi-tutalitar sistemli təşkilat tabeçiliyinə çəkməkdir? Doğrusu bu haqda bir kərə olsun belə sizə müraciət olundu mu? yoxsa yalnız hüküm verildi?

Əziz millətçi kəsim,

Dəyərli qurtuşçular!         

BAB-ın GAMOH dərdi yoxdur. BAB irançılığa-russiyaçılığa-ümmətçiliyə-xanlığa qarşı yaranan ELÇİBƏY-ci , Bütövləşdirici sukolar,demokrat-millətçi qurumdur. BAB GAMOH-un əsil qurtuluşçu tavanının vaz keçirilməz hamısı, səngərdaşı və yandaşıdır. BAB yalnız sizə qarşı sadıq olmayan İransevdalılarla barışmaz durumdadır. BAB zamanında istər Təbrizdə, istər bakıda Dr Çehrəqanlını bütün gücüylə dəsdəkləyən qurumiydi. Ancaq nə yaziq ki, dr özünü doğruda bilmədi. Elçibəyin aramızdan getməsi üzündən BAB-da boşluğu görüncə dr.Çehrəqanlı bəy ELÇİBƏY olmaq istədi. O bunu başa düşmədi ki, Elçibəyi zamanın yeniş-yoxuşu və millətin sevgisi ELÇİBƏY etmişdi. SİZCƏ BAB milli bir təşkilat olduğuna görə necə davranmalıdır. Bizcə BAB qarşısında iki yol ayrımı dayanmışdır və dayanmaqdadır:

Bütövləşmə,

    Millətləşmə,

    Dövlətləşmə!

     yolu yoxsa   

     

      Bölükləşmə,

     Ümmətləşmə

     İranıləşmə!

Sözsüz ki, BAB birincisinin ana qurumu olaraq ikiçisinin böyüməsinə və milli faciəmizə çevrilməsinə izin verməməlidir. Bu yolda BAB-a arxa durmaq böyük milli vəzifə sayılmaqdır. Ya birinci düşüncə sistemi içində yerləşib Türk Millətçisi, İstiqlal carçısı olmalıyıq. Ya atalarımızın davamçısı olaraq Dr bəy Çehrəqanlının yalnış təfəkkürünü əsaslandırıb, İrançılıqdan-Farsçılıqdan çıxmaq yolunda yenicə güclənməkdə olan milli dayaqlarımızı öz baltalarımızla qırıb-qıracayıq! Ya Türk Millətçisi olub Güneyimizin Dövlətçilik yolunda “Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi”içində yoğranıb “Azərbaycan Türk Milləti”nə çevrilməliyik. Ya da İranbaycanlı qalıb, olsa bir federal, Olmasa bir avtonomi(Muxtariyyət), O da olmasa yarım dil azadlığı dilənçiliyi ilə ümidimizi şahzadələrə bağlayıb, “İran Mərkəzli Fars düşüncə sistemi”içində yerləşib, “İran bir gülustandı, Onun qızıl gülü Azərbaycandır!”şüarını verməliyik.

Əziz Qurtuluşçu millətçilər!

Son günlərdə sizi Fanatizmdə və Anarxizmdə məhkum edən bəzi dəyərli qardaşlarımıza da səslənmək istərdim. Bu sizdən müdafiə ünvanında yox, bəlkə millətçi yolumuzu savunma anlamına gəlməkdədir. Sözüm güclü qələm sahibi olan yazar və jornalist bacı-qardaşlaradır. Siz güclü yaza bilersiniz, siz ziyalı ola bilersiniz, siz gələcəkdə vətən adıla mövqe qazana bilersiniz. Siz Millətimizi doğru yola yönəldə bilərsiniz, Siz də bu millətə böyük qazanclar bağışlaya bilərsiniz. Ancaq bir vacib gərəyi unutmamaq şərti ilə! İnhisarçılıq və ona tutulma xəstəliyi! Unutmamalıyuq ki, Hər milli hərəkatın özəlliyi kimi Güneyimizin də milli hərakatının  İKİ TƏMƏL QANADI OLMALIDIR. Bir qanadı qələmə bənzərsə, İkinci qanadı silahdır. Başqa bənzətməyə görə Bilim milli hərəkatın beyininə bənzərsə, Milli duyğu onun ürəyi və nəbzidir. Baxın Demokrasiyanın göbəyində olan Shin finə, Baxın Katalanlara, Kebeklərə və bizə çox yaxın olan Camulara və bəyənmədiyimiz kürdlərə və düşmənimiz Ərmənilərə! Bunlar iki qanadı birləşdirərək uğur caddəsinə düşmüşdürlər. Millətçiləri fanatizmdə və narxizmdə suçlandırmaq, doğru yol göstərmək demək deyil. Tərsinə olaraq milləti hərəkətdən salmaq, milli Hərəkatı Düşmən qarşısında silahdan məhrum etməkdir. Sizin millətçilərdən xoşunuz gəlmiyə bilər. Bu sizin öz işinizdir! Amma milli hərəkatı yalnız müarifçilikdə sıxışdırmaqda da  kimsə haq qazana bilməz!. İnhisarçılıq yaxşı-pis tanımaz! Hər iki halda inhisarçılıq qınanmalıdır. Mən “Şəms Təbriz” qəzetinin üst-üsdə bütün saylarını oxumuşdum. Hal hazırdə də “Şəms Təbriz”-ə aid hemsidaya ən azı 3-gündən bir göz ataram. “Şəms Təbriz”-in ilk başda büs-bütün bir millətçi qazetidi. Amma yavaş-yavaş sol və iran etgisində İnhisarçı olması da gözdən qaçırılmırdı. Göründyü kimi İnhisarçıliq xoşa gəlim bir görüntü deyil.

BABƏK Milli Qurultayını mahiyyətindən söküb, İrançı-ümmətçi çıxmaza tullamaq cəhdləri çox doğru olaraq qınanmalıdır. Bu xətanın hər hansı şəx və ya qurum vasitəsi ilə meydana gəlməsinin qarşısı alınmalıdır. Milli namus, milli şərəf və milli vicdan namına bu xətakarın suçlarına ortaq olmamaq gərəkir. “Qoy birlik olsun diyə, sonra hesablaşarıq!” kimi təslimçiliyə meyl göstərmək xətakara dəstək olmaqdır. Belə sazişkar və təslimçı adətlə yola çıxmaq olmaz! Xətalı taktikaya meydan vermək stratejiyanı taktikaya qurban verməkdir. Zatən xətakarın da istəyi budur. Vaxti ilə Xümeyni Mücahidlərin ona qarşı üsyan etmələrini belə cəvablandırmışdı: “Qoy nə edirlər etsinlər. Ancaq 17 rəkət namazlarından əl çəkməsinlər!” Xümeyni Stratejini çox doğru düşünmüşdür. İndi Xətakarlar deyirlər ki, “Nə deyirsiz deyin , ancaq hələlik təslim olub 17 və 18 tirdə gəlin”! Doğrudur belə gedişin qarşısını almaq böyük görəvdir. Böyük cəsarət tələb edir. Bu cəsarət G.azərbaycan milli hərəkatında olmalı, yaşamalı və dönməz halə gəlməlidir. Bunu yapana eşq olsun. Ancaq bir neçə xətakar adamın yalnışlığı üzündən bir kəsim saf-təmiz millətçini vurmağa kimsənin haqqı yoxdur. “Su bulanlıqdır, balıq tutana eşq olsun” kimi düşüncələr RÖVŞƏNFİKİRLİK rəmzi deyil. Millətin aydını önçə birləşməyi, sonra isə birləşdirməyi bacarmalıdır.Azərbaycan Milli Hərəkatında Türk Millətçiliyi vaz keçirilməz bir varlıqdır. Bu varlıq diridir. Savadlıdır, ürəklidir, hərəkətdədir. Yaradır və yalnış da yapır. Bu hərəkatı hər hansı bahana üzündən nişan alıb gözdən salmaq milli hərəkatı ürəkdən zədələmək deməkdir. Milli İdeyanı yalnız bir qurum adına bağlamaqda olduqca qissa görüşlükdür. Milli İdeya bir millətin malıdır. Bir milli varlıqdır. Hərkəsin düşüncəsini düzənə çəkən, onu düşmən qurğularından uzaq saxlayan ən sarsılmaz silahdır. Buna yiyələnməyən Güneyli yazar, Siyasətçi, jornalist və adını ziyalı qoyan hər kəs uzun çəkmədən İRANÇILIQ-FARSÇILIQ duzağına düşə bilər. Məşrütəçi, Təcəddüdçi, Firqəçi babalarımız bunun ən aydın örnəyi kimi sayılmaqdadır. Azərbaycan Türk Millətçiliyini fanatizmdə və anarxizmdə suçlandıran bugünki nümayəndələrimiz hansi Şahrahda qədəm atmaqdadırlar. Dilirəm ki, təki soldan-sağdan gələn daşlar olmasın. Millətçi hərəkat o qədər möhtəşəmdir ki, iki-üç siyasətbazla ölçülməsin!

Ən dərin sayqılarımla

BAB Sədrinin Güney üzrə müavini,

BAB rəyasət heyətinin üzvü

Eldar Qaradağlı