“Bölgədə
sabitliyin qarantı Azərbaycan türkləridir”
|
| “Güney Milli
Hərəkatı həlledici gücə çevrilib”

|

Güney
Azərbaycan türklərinin ümummilli toplantısı -
Bəzz qalasına yürüş Fatimiyyə günləri
ilə bağlı bir neçə günlüyə
ertələnib. Bu il yürüş iyulun 8 və 9-da keçiriləcək.
Milli Hərəkata daxil olan 160-dək qurum molla
reyiminin təxribatçı şaiyələrinə
uymayaraq Çöhrəqanlının çağırışına
dəstək veriblər. |
“Oyanış” Strateji Araşdırma
Mərkəzinin direktoru, politoloq Aslan Xalidi artıq
siyasi aksiyaya çevrilmiş yürüşə bu dəfə
digər rejim müxaliflərinin, haqqı tapdanan
qeyri-fars millətlərinin də qatılacağını
deyir.
Güneyli politoloq Aslan Xalidi builki aksiyanın daha möhtəşəm
keçəcəyini deyir. Onun sözlərinə görə,
qeyri-fars millətlərini Bəzz yürüşünə qoşulmağa
sövq edən artıq molla rejiminə qarşı ciddi müxalifətə
çevrilmiş Güney Milli Hərəkatının uğurlarıdır.
- Babək qalasına yürüşlə bağlı içəridə
ciddi hazırlıq prosesi gedir. Daxildəki hazırlıq, Güney
Azərbaycan Milli Hərəkatının uğurları,
rejimin xaricdəki müxaliflərini də bir araya
gətirib. İranın müxalif qüvvələrinin başlıca
müzakirə mövzusu Bəzz yürüşüdür. Bu gün
Amerikanın İrana münasibətdə hansı müxalif qüvvəyə
üstünlük verəcəyi məsələsi çox
ciddi şəkildə dartışılır. ABŞ-ın və dünyanın
demokratik güclərinin kimi müttəfiq seçəcəyi
nigarançılıqla gözlənilir. Amma fikrimizcə, dünyada
demokratiyanın inkişafında maraq sərgiləyən qüvvələr,
yeni dünya düzənini müəyyən edən güclər
artıq dərk edirlər ki, Yaxın Şərq bölgəsində
terror və təxribatların qarşısının alınmasının
yeganə yolu Azərbaycan türklərinin
dəstəklənməsi, digər İran
millətlərininsə hüquqlarının qorunmasıdır.
Şovinist demokrat ola bilməz. Onun üçün
millətlərin hüquq bərabərliyi anlayışı
yoxdur. Biz fars şovinizmini yaxşı tanıyırıq. Molla rejimi
ilə yanaşı rejimə müxalif olan şahçıların arasında
da şovinistlər var. Şovinistlərin ümumi mövqeyi
xaricdə bundan ibarətdir ki, xarici dövlətlərlə
danışıqları davam etdirsinlər, iri dövlətlərə
yanlış informasiya versinlər. Onlar təbliğat aparırlar
ki, İranda milli problem, etnik məsələ yoxdur.
Bununla da İranın ərazi bütövlüyünü qoruyub saxlamaq
istəyirlər. Amma onların konkret layihələri
yoxdur. Yəni Demokratik İran barədə nə düşünürlər,
bəlli deyil. Açıqlamırlar ki, demokratik İran nə
deməkdir. Bu, yenədəmi fars dövləti olacaq.
Fars düşüncə sisteminin, fars həyat tərzinin
qeyri-millətlərə tətbiqi olacaq, yoxsa
federalizmdən söhbət gedəcək. Şahçılar
federalizm məsələsini gündəliyə
gətirmirlər. Onlar İranın ərazi bütövlüyünü
qoyurlar və ölkənin tarixini Sasani dövründən,
qədim farsçılıq dövründən götürürlər.
Bəzi Avropa dövlətləri məsələnin
mahiyyətini bilmədən onu məhz bu şəkildə
müzakirə edirlər”.
l Şahçıların İran daxilində qüvvələri varmı?
- Bir neçə il bundan öncə Tehranda bir hadisə törəndi.
Verdiyi vədləri yerinə yetirmədiyi üçün
Xatəmiyə etiraz edən xalq küçələrə
töküldü. Tehran universiteti qarşısında müəyyən
hadisələr baş verdi. Xaricdə yaşayan qüvvələr
bu olayları əldə bayraq etdilər, “qüvvələrimiz
böyükdür” deyə, təbliğat aparırdılar. Guya qüvvələri
böyükdür və daxildə rejimə təzyiq
edə bilərlər.
Rejim nümayəndələri Tehran universitetində
baş verənləri milli məsələ ilə
əlaqədar Babəkə qarşı istifadə
etdilər. Bildiyimiz kimi, hər il Babək qalasına
yürüşə 8-10 gün qalmış Tehran universitetində baş
verən hadisələrin ildönümü keçirilir. Əslində
bunlar icazəli aksiyalardı, Rejim xaricdə “biz
rejimə təzyiq edə, hakimiyyəti dəyişə
bilərik” deyə təbliğat aparan digər fars
şovinist dairələrinə şərait yaradır.
Onlar küçələrə çıxırlar, qan tökülür, müəyyən
insanlar “həbs edilir”. Bu “hadisədən”
sonra guya hadisə Təbrizdə baş verir deyə,
ordu Güney Azərbaycana daxil olur və Bəzz qalasına
yürüşə hazırlaşanlara divan tutur. Milli
hərəkata divan tutulan zaman şahçılar və
digər mahiyyətcə mollalardan seçilməyən
şovinist dairələr xaricdə təbliğata başlayırlar
ki, görürsüz, “rejim bizim adamları həbs edir”.
Rejim nümayəndələri də bu təbliğat
kampaniyasında onlara yardım göstərir. Sevindirici haldır
ki, bu il dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların apardığı sistemli
təbliğat İran müxalifətini birləşməyə
vadar edib. İran rejiminə müxalif olan qüvvələrə
bir daha səslənirik ki, Tehran universiteti qarşısına
toplaşacaq insanların Babək qalasına gəlməsini
təşviq etsinlər. Əmin olsunlar ki, Güney
Azərbaycan onları öz müttəfiqləri kimi qarşılayacaq.
İranın müxalifət qüvvələri nə
qədər effektli birləşərsə, molla
rejimi hakimiyyəti bir o qədər tez təhvil
verəcək.
l İraqda ABŞ-ın yubanmasına səbəb olan əsas
faktorlar hansılardı?
- Bu gün regionda mürəkkəb proseslər gedir. Bu
proseslərin arxasında hansı dövlətin dayandığı
bəllidir. İraqda, Yaxın Şərqdə və
digər bölgələrdə, ABŞ-da da prezident seçkiləri
kampaniyası gedir. Bir il öncə İranın Ali Dini
rəhbərliyi belə bir qərar çıxarıb: “Biz
Amerikanı elə bir səviyyəyə
gətirməliyik ki, onlar gündə iki-üç şəhid
verməlidir”. İran yazıq fələstinlilərin
əli ilə İsraildə əldə etdiyi terror
təcrübəsini İraqa köçürür. Bir müddət öncə
Rəfsəncani demişdi ki, Amerika İraqda batlağa
batacaq. Bunlar “batlaq” deyəndə terrorizmi,
“Fələstin təcrübəsini” nəzərdə
tuturdular. Belə bir təbliğat gedir ki, guya İsrail
dövləti koalisiya qüvvələrinə qarşı İraqda
təxribatlar törədir. İsrail dövləti və
onun antiterror şəbəkəsi İranın terrorçu
qruplarını daha yaxşı tanıyır. Bu gün İraqda İsrail
kəşfiyyatı ilə İran kəşfiyyatı arasında açıq
müharibə gedir. Hər ikisi öz kartını açıb. Artıq
İraq xalqı gözəl bilir ki, onlar İranın apardığı çirkin
siyasət nəticəsində əzilir. Bölgə
terrorizmin girovuna, yuvasına çevrilib. Bu gün dünya dövlətləri
artıq dərk etməyə başlayıb ki, terrorizmə
son qoyacaq, bölgədə yeni siyasi düzən
yaradacaq qüvvə Güney Azərbaycan türkləridir.
Sabitliyin açarı Güney hərəkatının əlindədir.
Dünya dövlətləri o açarı tapmadan, o qapını açmadan
nə terrorizmin qarşısını ala, nə də molla
rejimi kimi terrorzmi himayə edən rejimləri devirə
biləcəklər. Azərbaycan türkləri
tək öz milli haqlarının alınması uğrunda yox,
həm də dünyada terror və təxribatların qarşısının
alınması istiqamətində böyük addımlar atırlar.
lAmerika İrana qarşı əməliyyatlara başlayarsa,
bundan Azərbaycan Respublikası zərər çəkə
bilərmi?
- Son zamanlar belə bir məlumat yayılıb ki, Amerika
İrana zərbə vurmaq planını Azərbaycan və
Gürcüstan vasitəsilə həyata keçirir. Bəlkə
də Amerika Gürcüstanla danışıqlar aparıb. Mən
istərdim ki, Amerika dövləti məsələyə
erməni düşüncəsi ilə, Rusiyanın istədiyi
yolla yox, obyektiv baxsın. Azərbaycan dövlətini
hansısa dövlətlə qarşı-qarşıya qoymaq doğru
deyil. Güney Azərbaycanda 35 milyon türk var. Onlar
Azərbaycan respublikasına zərər
dəyməsini istəməzlər. Amerika rejim müxalifətinə
dəstək versə, hansısa dövlətin ərazisindən
İrana qarşı istifadə etməyə ehtiyac yoxdur.
Biz öz haqqımızı qorumağı bacarmalı və baş
verən proseslərə obyektiv yanaşmalıyıq. Bu gün
hər hansı dövlət böyük dövlətdir deyə,
bizim hüququmuzu, milli marağımızı pozacaqsa, biz bunu
qəbul etməməliyik. Amma baş verən son
proseslər müəyyən ümidlər yaradır. Bu gün
İran müxalifəti birləşərək Bəzz yürüşü
ilə bağlı dünya dövlətlərinə müraciət
edirsə, deməli, onlar dərk edir ki,
Azərbaycan türkləri olmadan regionda heç bir addım
atmaq mümkün olmayacaq. Bu qənaətə gəlmiş
qüvvələrin tərəfdarlarını nəzərə
almadan İrana hücum edərsə, Amerika bu qüvvəni,
çoxmilyonlu gənclər ordusunu özündən küsdürə
bilər. ABŞ molla rejiminə təzyiq etmək
istəyirsə, bunu köhnə, ideologiyası çürümüş
təşkilatların əli ilə yox, yeni müxalif qüvvənin
əli ilə etməlidir. Demokratik prinsiplər çərçivəsində
qurulan federal İranı qurmaq istəyən qüvvələrlə
etməli, onlarla müttəfiq olmalıdır.
İran dövlətinin bəzi rəsmiləri bəzi
məsələlərdə Azərbaycan dövlətini
suçlayır. Milli haqqlarını tələb edən
insanları həbs edir və onları Bakıda hazırlanıb göndərilən
çevrilişçilər adlandırırlar. Əslində
isə Azərbaycan dövləti İranın daxili işlərinə
qarışmır. Amma Azərbaycan Respublikası dünyada yaşayan
50 milyondan artıq azərbaycanlının dövlətidir.
lBəzz yürüşünə digər qeyri-fars
millətlərinin də qatılacağı haqda
fikirlər doğrudurmu?
- Bu barədə müəyyən danışıqlar var.
Bəluclar, ərəblər, türkmənlər,
hətta kürdlər Bəzz yürüşünə qoşulmaq
istəyirlər. Bu, çox sevindirici haldır. Maraqlıdır
ki, bu istiqamətdə şahçılardan və mücahidlərdən
də təşəbbüslər var. Sonuncular oyun oynayırlar.
Harada güc çoxdursa, ora gedəcəklər. Amma
gec-tez onlar da İranda həlledici güc olan Güney Milli
Hərəkatına tərəf meyllənəcək.
Güney Azərbaycanın demokratik prinsiplər çərçivəsində
mübarizəsinə qoşulacaqlar. Çünki rejimdən
qurtulmağın ayrı yolu yoxdur.
Elman
|
|
“Güney Milli Herekatı helledici güce
çevrilib”
|

Güney Azerbaycan türkelrinin
ümummilli toplantısı - Bezz qalasına yürüş Fatimiyye günleri ile
bağlı bir neçe günlüye ertelenib. Bu il yürüş iyulun 8 ve 9-da
keçirilecek. Milli Herekata daxil olan 160-dek qurum molla reyiminin
texribatçı şaiyelerine uymayaraq Çöhreqanlının çağırışına
destek veribler. |
“Oyanış” Strateji Araşdırma Merkezinin direktoru,
politoloq Aslan Xalidi artıq siyasi aksiyaya çevrilmiş yürüşe bu
defe digər rejim müxaliflerinin, haqqı tapdanan qeyri-fars
milletlerinin de qatılacağını deyir.
Güneyli politoloq Aslan Xalidi builki aksiyanın daha möhteşem keçeceyini
deyir. Onun sözlerine göre, qeyri-fars milletlerini Bezz yürüşüne
qoşulmağa sövq eden artıq molla rejimine qarşı ciddi müxalifete
çevrilmiş Güney Milli Herekatının uğurlarıdır.
- Babek qalasına yürüşle bağlı içeride ciddi hazırlıq prosesi
gedir. Daxildeki hazırlıq, Güney Azerbaycan Milli Herekatının uğurları,
rejimin xaricdeki müxaliflerini de bir araya getirib. İranın müxalif
qüvvelerinin başlıca müzakire mövzusu Bezz yürüşüdür. Bu gün
Amerikanın İrana münasibetde hansı müxalif qüvveye üstünlük
vereceyi meselesi çox ciddi şekilde dartışılır. ABŞ-ın ve dünyanın
demokratik güclerinin kimi müttefiq seçeceyi nigarançılıqla gözlenilir.
Amma fikrimizce, dünyada demokratiyanın inkişafında maraq sergileyen
qüvveler, yeni dünya düzenini müeyyen eden gücler artıq derk
edirler ki, Yaxın Şerq bölgesinde terror ve texribatların qarşısının
alınmasının yegane yolu Azerbaycan türklerinin desteklenmesi, diger
İran milletlerininse hüquqlarının qorunmasıdır. Şovinist demokrat
ola bilmez. Onun üçün milletlerin hüquq beraberliyi anlayışı
yoxdur. Biz fars şovinizmini yaxşı tanıyırıq. Molla rejimi ile
yanaşı rejime müxalif olan şahçıların arasında da şovinistlər
var. Şovinistlərin ümumi mövqeyi xaricde bundan ibaretdir ki,
xarici dövletlerle danışıqları davam etdirsinler, iri dövletlere
yanlış informasiya versinler. Onlar təbliğat aparırlar ki, İranda
milli problem, etnik mesele yoxdur. Bununla da İranın erazi bütövlüyünü
qoruyub saxlamaq isteyirlər. Amma onların konkret layiheleri
yoxdur. Yeni Demokratik İran barede ne düşünürler, belli deyil. Açıqlamırlar
ki, demokratik İran ne demekdir. Bu, yenedemi fars dövleti olacaq.
Fars düşünce sisteminin, fars heyat terzinin qeyri-milletlere tetbiqi
olacaq, yoxsa federalizmden söhbet gedecek. Şahçılar federalizm
meselesini gündeliye getirmirler. Onlar İranın erazi bütövlüyünü
qoyurlar və ölkenin tarixini Sasani dövründen qedim farsçılıq
dövründen götürürler. Bezi Avropa dövletleri meselenin mahiyyetini
bilmeden onu mehz bu şekilde müzakire edirler”.
l Şahçıların İran daxilinde qüvveleri varmı?
- Bir neçe il bundan önce Tehranda bir hadise törendi. Verdiyi
vedleri yerine yetirmediyi üçün Xatemiye etiraz eden xalq küçelere
töküldü. Tehran universiteti qarşısında müeyyen hadiseler baş
verdi. Xaricde yaşayan qüvveler bu olayları elde bayraq etdiler, “qüvvelerimiz
böyükdür” deye, tebliğat aparırdılar. Guya qüvveleri böyükdür
ve daxilde rejime tezyiq ede bilerler.
Rejim nümayendeleri Tehran universitetinde baş verenleri milli mesele
ile elaqedar Babeke qarşı istifade etdiler. Bildiyimiz kimi, her il
Babek qalasına yürüşe 8-10 gün qalmış Tehran universitetinde baş
veren hadiselerin ildönümü keçirilir. Eslinde bunlar icazeli
aksiyalardı, Rejim xaricde “biz rejime tezyiq edə, hakimiyyeti
deyişe bilerik” deye tebliğat aparan diger fars şovinist
dairelerine şerait yaradır. Onlar küçelere çıxırlar, qan tökülür,
müeyyen insanlar “hebs edilir”. Bu “hadiseden” sonra guya
hadise Tebrizde baş verir deye, ordu Güney Azərbaycana daxil olur
ve Bezz qalasına yürüşe hazırlaşanlara divan tutur. Milli herekata
divan tutulan zaman şahçılar ve diger mahiyyetce mollalardan seçilmeyen
şovinist daireler xaricde tebliğata başlayırlar ki, görürsüz,
“rejim bizim adamları hebs edir”. Rejim nümayendeleri de bu tebliğat
kampaniyasında onlara yardım gösterir. Sevindirici haldır ki, bu il
dünyanın müxtelif ölkelerinde yaşayan azerbaycanlıların apardığı
sistemli tebliğat İran müxalifetini birleşmeye vadar edib. İran
rejimine müxalif olan qüvvelere bir daha seslenirik ki, Tehran
universiteti qarşısına toplaşacaq insanların Babek qalasına
gelmesini teşviq etsinler. Emin olsunlar ki, Güney Azerbaycan onları
öz müttefiqleri kimi qarşılayacaq. İranın müxalifet qüvveleri ne
qeder effektli birleşerse, molla rejimi hakimiyyeti bir o qeder tez
tehvil verecek.
l İraqda ABŞ-ın yubanmasına sebeb olan esas faktorlar hansılardı?
- Bu gün regionda mürekkeb prosesler gedir. Bu proseslerin arxasında
hansı dövletin dayandığı bellidir. İraqda, Yaxın Şerqde ve diger
bölgelerde, ABŞ-da da prezident seçkileri kampaniyası gedir. Bir il
önce İranın Ali Dini rehberliyi bele bir qerar çıxarıb: “Biz
Amerikanı ele bir seviyyeye getirmeliyik ki, onlar günde iki-üç şehid
vermelidir”. İran yazıq felestinlilerin eli ile İsrailde elde
etdiyi terror tecrübesini İraqa köçürür. Bir müddet önce
Refsencani demişdi ki, Amerika İraqda batlağa batacaq. Bunlar
“batlaq” deyende terrorizmi, “Felestin tecrübesini” nezerde
tuturdular. Bele bir tebliğat gedir ki, guya İsrail dövləti
koalisiya qüvvelerine qarşı İraqda texribatlar töredir. İsrail dövleti
ve onun antiterror şebekesi İranın terrorçu qruplarını daha yaxşı
tanıyır. Bu gün İraqda İsrail keşfiyyatı ile İran keşfiyyatı
arasında açıq müharibe gedir. Her ikisi öz kartını açıb. Artıq
İraq xalqı gözel bilir ki, onlar İranın apardığı çirkin siyaset
neticesinde ezilir. Bölge terrorizmin girovuna, yuvasına çevrilib. Bu
gün dünya dövletleri artıq derk etməye başlayıb ki,
terrorizme son qoyacaq, bölgede yeni siyasi düzen yaradacaq qüvve Güney
Azerbaycan türkleridir. Sabitliyin açarı Güney herekatının
elindedir. Dünya dövletleri o açarı tapmadan, o qapını açmadan ne
terrorizmin qarşısını ala, ne de molla rejimi kimi terrorzmi himaye
eden rejimleri devire bilecekler. Azerbaycan türkleri tek öz milli
haqlarının alınması uğrunda yox, hem de dünyada terror ve
texribatların qarşısının alınması istiqametinde böyük addımlar
atırlar.
lAmerika İrana qarşı emeliyyatlara başlayarsa, bundan Azerbaycan
Respublikası zerer çeke bilermi?
- Son zamanlar bele bir melumat yayılıb ki, Amerika İrana zerbe
vurmaq planını Azerbaycan ve Gürcüstan vasitesile heyata keçirir.
Belke de Amerika Gürcüstanla danışıqlar aparıb. Men isterdim ki,
Amerika dövleti meseleye ermeni düşüncesi ile, Rusiyanın istediyi
yolla yox, obyektiv baxsın. Azerbaycan dövletini hansısa dövletle
qarşı-qarşıya qoymaq doğru deyil. Güney Azerbaycanda 35 milyon türk
var. Onlar Azerbaycan respublikasına zerer deymesini istemezler.
Amerika rejim müxalifetine destek verse, hansısa dövletin erazisinden
İrana qarşı istifade etmeye ehtiyac yoxdur. Biz öz haqqımızı
qorumağı bacarmalı ve baş veren proseslere obyektiv yanaşmalıyıq.
Bu gün her hansı dövlet böyük dövletdir deye, bizim hüququmuzu,
milli marağımızı pozacaqsa, biz bunu qebul etmemeliyik. Amma baş
veren son prosesler müeyyen ümidlər yaradır. Bu gün İran müxalifeti
birleşerek Bezz yürüşü ile bağlı dünya dövletlerine müraciet
edirse, deməli, onlar derk edir ki, Azerbaycan türkleri olmadan
regionda heç bir addım atmaq mümkün olmayacaq. Bu qenaete gelmiş qüvvelerin
terefdarlarını nezere almadan İrana hücum ederse, Amerika bu qüvveni,
çoxmilyonlu gencler ordusunu özünden küsdüre biler. ABŞ molla
rejimine tezyiq etmek isteyirse, bunu köhne, ideologiyası çürümüş
teşkilatların eli ile yox, yeni müxalif qüvvenin eli ile etmelidir.
Demokratik prinsipler çerçivesinde qurulan federal İranı qurmaq
isteyen qüvvelerle etmeli, onlarla müttefiq olmalıdır.
İran dövletinin bezi resmileri bezi meselelerde Azerbaycan dövletini
suçlayır. Milli haqqlarını teleb eden insanları hebs edir və
onları Bakıda hazırlanıb gönderilən çevrilişçiler adlandırırlar.
Eslinde ise Azerbaycan dövleti İranın daxili işlerine qarışmır.
Amma Azerbaycan Respublikası dünyada yaşayan 50 milyondan artıq
azerbaycanlının dövletidir.
lBezz yürüşüne diger qeyri-fars milletlerinin de qatılacağı haqda
fikirler doğrudurmu?
- Bu barede müeyyen danışıqlar var. Beluclar, erebler, türkmenlər,
hetta kürdler Bezz yürüşüne qoşulmaq isteyirlər. Bu, çox
sevindirici haldır. Maraqlıdır ki, bu istiqametde şahçılardan ve mücahidlerden
de teşebbüsler var. Sonuncular oyun oynayırlar. Harada güc çoxdursa,
ora gedecekler. Amma gec-tez onlar da İranda helledici güc olan Güney
Milli Herekatına teref meyllenecek. Güney Azerbaycanın demokratik
prinsipler çerçivesinde mübarizesine qoşulacaqlar. Çünki rejimden
qurtulmağın ayrı yolu yoxdur.
Elman
|