| AMERİKA İRANI
ŞİƏLƏRİN DÜŞMƏNİ SAYIR |
|
|
|
|
 |
 |
|
| The New York Post: Azərbaycan əhalisinin
əksəriyyəti şiə olsa da, İran 10 ildir
erməni işğalını dəstəkləyir |

The New
York Post qəzeti İranın İraqda şiə kartından
istifadə etmək cəhdləri barədə məqalə
dərc edib. Məqalədə bildirilir ki, Tehrandakı
rəsmi mətbuat İraq
şiələrini dəstəkləyir, həmçinin İran
tərəfindən maliyyələşdirilən
Hizbullah təşkilatının İraq bölməsi
təxribatları gücləndirib. Müəllif Əmir Tahiri
hesab edir ki, İranın şiələrin ən yaxın
müdafiəçisi rolunda çıxış etmək
cəhdləri uğursuzdur. Çünki şiələrə
ən böyük zərbəni İran özü vurub. |
Yazıda
qeyd olunur ki, İrandakı rejim şiəlikdən çox
uzaq olan xomeynizm ideologiyasına əsaslanır. Bu
ideologiyanın ilk qurbanları isə şiələr olub:
Xomeyniçilər əksəriyyəti şiələrdən
ibarət olan 100 mindən çox iranlını dar ağacından
asıb. Onlar həmçinin İran-İraq müharibəsində
milyona yaxın şiənin də ölümünə
səbəb olublar. 3,5 milyona yaxın şiə isə
İrandakı rejimin əlindən didərgin düşüb.
Müəllif İranın hazırda İraqda birləşmiş
şiə cəbhəsinin yaranmasının qarşısını
almağa çalışdığını və müvəqqəti
hakim Şurada təmsil olunan şiə liderlərin arasına
nifaq saldığını qeyd edir: Xomeyniçilər
Əfqanıstandakı şiə icmasının da parçalanmasına
görə məsuliyyət daşıyırlar. Şiəlik
və xomeyniçilik arasında heç bir bağlılığın
olmadığını aydın şəkildə
Azərbaycan nümunəsində də görmək olar.
Azərbaycan əhalisinin əksəriyyəti şiələrdən
ibarət olan ölkədir. Lakin İran ötən on il ərzində
xristian Ermənistanı Azərbaycana qarşı işğalçılıq
müharibəsində dəstəkləyib. İran 1992-ci ildə
Qarabağa hücum edərək oranı zəbt edən
erməni qüvvələri üçün arxa cəbhə rolunu oynayıb.
Qarabağdakı 800 minə yaxın şiənin köçürülməsi
əməliyyatına İran bilavasitə dəstək
verib. Onların evlərinin ermənilər
tərəfindən daşınması da məhz İranın
verdiyi yük maşınları ilə həyata keçirilib.
Müəllif qeyd edir ki, xomeyniçilərin məqsədi şiələrin
birləşməsinə və öz maraqlarını
təmin etməsinə mane olmaqdır: Xomeyniçilərin
məqsədi odur ki, şiələr həmişə bölünmüş
şəkildə qalsınlar və Tehrandan asılı
olsunlar.
Müəllifə görə, xomeyniçilik ideologiyası əslində
kokteyldir və şiəlik bu kokteylin yalnız
komponentlərindən biridir: Bu ideologiyanın əsas
şüarı Qərbə, əsasən də ABŞ-a
nifrətdir.
İnformasiya şöbəsi |