Azərbaycan
milli hökumətinin başçısı S.C.Pişəvəri
və müqəddəratını
tə`yinetmə prinsipi.
1946-cı
il yanvarın 28- də Cənubi Azərbaycan Milli Hökumətinin
banisi S.C.Pişəvəri müqəddəratını
təyin etmə prinsipinə əsaslanıb BMT Baş
Assambleyasına müraciət etmişdir. O vaxtan bəri ölkə
daxilində 59 il keçməsinə baxmayaraq şovinisti
siyasət Azərbaycan türklərinə münasibətini
dəyişməmişdir. 1942-ci ildə Atlantik okeanında
İngiltərənin baş naziri Çerçil və ABŞ-ın
prezidenti Ruzvelt görüşüb və dünya siyasətinin yeni
istiqaməti haqqında bir sıra müzakirələr aparmışlar.
Onlardan birisi də milli müqəddəratını
tə`yinetmə hüququnun tanınmasıdır. Bu prinsipə
əsasən hər millət bu hüquqdan istifadə
edərək öz dövlətini qura bilər.
BMT
yaranandan sonra Atlantik Xartiyası olduğu kimi BMT-nin
nizamnaməsinə daxil olur.
Milli
Hökunmətin başçısı S.C.Pişəvəri
beynəlxalq münasibətlər prinsipləri çərçivəsində
geniş diplomatik manevra etmə qabiliyyətindən istifadə
edib BMT-yə müraciət etmişdir. Bu müraciət düzgün
siyasi hüquqi hərəkət olduğundan, bu gün də öz
əhəmiyyətini qoruyub saxlamışdır. Buna əsaslanaraq
BMT-yə göndərilən məktubun surətini olduğu kimi
dərc etdiririk:
Dünyanın
ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün
zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində
o, öz milli dilini, adət və ən`ənələrini
qoruyub saxlamışdır. Bu xalq yadelli işğalçılara
qarşı əsrlər boyu mübarizə aparmış, azadlıq
və müstəqillik yollunda minlərlə qəhrəman övladını
qurban vermişdir. İran zülmkarları Azərbaycanı öz
hakimiyyətləri altına alaraq, onun sərvətlərini
taladılar. Nəticədə Azərbaycanın çiçəklənən
kənd və şəhərləri dağılmaq həddinə
gəlib çatdı.
Şovinist,
böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları
azərbaycanlıların mövcudluğunu tamamilə inkar
etməyə cəhd göstərir, onların dilini əlindən
almaqdan, hər cür təhqir edici
hərəkətlərdən çəkinmirdi.
Buna
baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı
uğrunda mübarizəni dayandırmamışdır.
Azərbaycanlıların öz azadlıqları uğrunda mübarizəsinin
ən parlaq nümunələri Səttarxan, Bağırxan,
Şeyx Məhəmməd Xiyabani və başqalarının
rəhbərlik etdikləri hərəkatlardır. Bu cəsur
insanlar mübarizənin başçıları, həm də şəhidləri
idi.
Qanlı
faşizm üzərində qələbə Azərbaycan xalqının
mübarizəsinə yeni təkan verdi, yeni şərait yaratdı.
Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21
Azərində ( 12 dekabr ) Azərbaycan xalqının əsrlərdən
bəri apardığı mübarizə başa çatdı.
Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin,
Azərbaycan Milli Hökumətinin qurulması ilə
nəticələndi.
Azərbaycanda
demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz
fəaliyyəti barədə bütün dünyaya mə`lumat yayıb.
5
milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin,
mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq
olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün
altında inləməyə, fars dilinin İrandakı başqa
xalqların dilləri üzərində ağalığına
razı olamayacaq.
Bu
xalq bir nəfər kimi öz həyatını milli azadlığına
və dövlətinə qurban verməyə hazırdır.
Yeni,
demokratik Azərbaycan hökuməti qısa vaxt ərzində
ictimai, iqtisadi, mədəni sahələrdə ciddi bilib,
daxili təhlükəsizlik tam bərqərar olunub.
Yeni
Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə
istismar olunan xalq adi insan şəraitində yaşamağa başlayıb.
Bununla da öz milli dövlətini qurmağa, onu idarə etməyə
qadir olduğunu göstərir.
Azərbaycan
xalqının iradəsi ilə Atlantik Xartiyasını,
yə`ni böyük demokratik dövlətlərin vədlərinə
uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz
faktdır.
BMT
Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı
xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu
faktı tanınsın və kənardan müdaxilə olmadan,
ona öz taleyiniin özü tərəfindən müəyyənləşdirilməsinə
təminat verilsin.
Şərqdə,
xüsusən İranda xalqların milli müqəddəratını
tə`yin etmək hüququnu Amerika başda olmaqla Qərb müdafiə
edir. Amma öz mənafelərinə uyğun olaraq, bu siyasət
ziqzaq formada aparıılr, yüksələn xətlə getmir.
Bununla yanaşı, həm də milli haqları müdafiə
edirlər. Yeri gəlmişkən, o zaman Azərbaycan Milli Hökumətini
devirmək üçün gələn şah qoşununun
hissələrinin başında amerikalı general Şvartskop
dayanmışdı . Bu gün isə əksinə, onlar xalqların
milli hüquqlarının tə`min olunmasını müdafiə
edirlər.
S.C.Pişəvərinin
BMT-yə müraciəti milli haqların tanınmasına əsaslanırdı.
Bu sənədlə hökumət Atlantik Xartiyasını
imzalayan İngiltərə və Amerika, sonradan buna qoşulan
sovetlərdən Azərbaycan xalqının hüquqlarının
tə`min olunmasına müqavimət göstərən İran hökumətinin
yerində oturdulmasını tələb edirdilər.
Yuxarıda
qeyd olunan yazıda məqsəd odur ki, müəyyən suallara
cavab tapmış olaq:
1-
Milli
Hökumətin başçısı S.C.Pişəvəri
Azərbaycan Milli Hökumətinin dünya cəmiyyəti
tərəfindən tanınmasında, niyə BMT-yə müraciət
etmişdir? ( təcrübəyə əsasən müqəddəratını
tə`yinetmə prinsipindən bəhrələnib və öz dövlətini
qurmaq istəyən xalq, BMT tərəfindən
rəsmiyyətə tanılarsa, həmin qurum beynəlxalq hüququn
subyektinə çevrilər. Pişəvərinin məqsədi
ondan ibarət idi ki, öz xalqını bu vasitə ilə əbədi
azadlığa qovuşdursun.
Onun məqsədi Azərbaycan xalqının demokratik, milli dövlətinin
yaranmasından ibarət idi ).
2-
Müqəddəratını
tə`yinetmə prinsipi şüarını irəli sürən dövlətlər
və eləcə də BMT Azərbaycan Milli Hökumətin başçısı
S.C.Pişəvərinin müraciətini niyə rəsmiyyətə
tanımadılar? ( hətta Azərbaycan Milli Hökumətinin məğlubiyyətində
Qərb ölkələri Tehran mərkəzi hökumətini
dəstəklədilər və BMT Azərbaycanda baş
verən cinayətlərə etinasız yanaşdı.
3-
59
il həmin tarixi hadisənin üstündən kesməsinə
baxmayaraq, müqəddəratını tə`yinetmə prinsipi
Azərbaycan xalqının əsas şüarı olaraq öz qüvvəsini
qoruyub saxlamalıdırmı?
PƏRVİZ
ƏSƏDİ