S.C.Pişəvərinin
məzarının dəyişdirilməsi ilə əlaqədar
növbəti :
BİLDİRİŞ
H.Əliyev
sağlığında ikən ona Bakıdakı Səttarxan
adına
zavodun
onun adına verilməsini bildirdikdə, öndər
bunu
narazılıqla qarşılayıb demişdir :
Səttarxan
bizim tariximizin şərəfli qəhramanlarındandır.
Mən
onun adını daşıyan zavodun kiminsə ,
o
cumlədən mənim adıma verilməsinə heç cur razı
ola bilmərəm
Güney
Azərbaycandakı milli demokratik hərəkatın öndəri
Azərbaycan Milli Hökumətinin başçısı S.C.Pişəvərinin
məzarının başqa yerə köçürülməsi haqda keçən
bildiriş və müraciətimizdə məlumat vermişdik ( www.tribun.com
www.azadtribun.com
)
Həmin
məlumatın davamı olaraq aşağdakıları
əlavə edirik .
1.XII.2004
ci ildə Azərbaycan Dövlətinin rəsmi nümayədəsinin
bizimlə görüşündə dediyinə görə : S.C.Pişəvərinin
məzarı ətrafındakı abadlıq işləri
ilə əlaqədar olaraq ( H. Əliyevin vəfatının
il dönümü münasibəti ilə məzarının abadlaşdırılması
ilə bağlı ) S.C.Pişəvərinin uyuduğu
məzar onun heykəli və digər abidələrlə
birlikdə şəriət qanunları əsasında başqa
yerə küçürülmüşüür .) Kömürülmə işlərinə
başçılıq edən şəxs S.C.Pişəvərinin
məzarının (sümüklərinin ) Fəxri Xiyabanında
olmaması haqda söylədiklərinin yanlışlığı
ilə bağlı dünə- dünə üzr istəmişdir
.
Yuxarıda
qeyd olan hadisələrlə bağlı növbəti məlumatı
ona görə veririk ki , bizi və Azərbaycan Dövlətini gözü
götürməyənlər hər vasitə ilə çalışırlar
ki , bu hadisə ətrafında xoşa gəlməz şov
yaratsınlar və bununlada Güney Azərbaycan milli qüvvələri
ilə Azərbaycan Dövləti arasında nifaq toxumu
səpməyə cəhd edirlər .
Biz
bu bildirişlə əziz həmvətənlərimizin və
Azərbaycana rəğbət bəsləyən bütün qüvvələrin
diqqətini buna cəlb etmək istəyirik ki , düşmənlərimiz
suyu bulandırıb balıq tutmaq fikrindədirlər. Ona görədə
bizim hamımızın ayıq- sayıq olmağımız
gərəkdir , düşmənə hər hansı formada
fitnəkarlığ etməyə yol verməməliyik .
Biz
yenə bu əqidədəyik ki , 1918-20 ci illərdə Quzey
Azərbaycandakı, Azərbaycan Dövleti və 1945-46 ci illər
Güney Azərbaycandakı Azərbaycan Milli Hökumətindən
sonra , Quzey Azərbaycan Milli Dövlətinin bərqərar olması
millətimizin 100 illərdən bəri milli arzu və
istəklərinin həqiqətə çevrilməsinin bir
hissəsidir .
Bununla
birlikdə bir daha təkrar edirk ki , bir öndərin məzarını
abadlaşdırmaq hesabına digər bir rəhbərin
məzarının kömürülməsı bizim üçün yenə
də qəbul olunmaz fakt olaraq qalır .
Hürmətlə :
-
PƏRVİZ ƏSƏDİ.
-
21 Aər Təşkilatı Yadulla Nəminlı
-DAK-Güney
Komitəsi- Cavidan Elbars