Uyari


   Dr M.A. Çehrəqanlı:

İşləməyə tələsirik ama, tələsik işdən çəkilirik

 

Aldığımız məlumatlar əsasında ötən günlərdə Azərbaycan  milli hökümət sədri  rəhmətlik “S.C. Pişəvərinin” məzarının yeri Bakı şəhrin icra hakimiyəti təvassutu ilə dəyişilmiş və geri çəkilmişdir.

 Güney Azərbaycan milli hərəkatın Fars şevenizmi ilə mucadiləsinin həssas və önəmli çağlarında 21 Azər hərəkatının əbədi xatirəsinin 59-cu il dönəmin qarşılaması günlərdə böylə bir yapıt üzüldürücü və təssuflu bir olay saniriq.

 Bu yersiz iş ola bilər Azərbaycan xalqına qarşı olanlara və özəllikcəsinə fars şevenizminə macal yaradsın ki, xəbəri həcəmələr ilə milli hərəkata ağır bir yara vursunlar.

Milli liderimiz Dr M.A. Çehrəqanlı isə bu yersiz işi məhkum edərək milletimizi (Güneyli – Quzeyli )daha artıq birlik və dozumə dəvət edmişdir.(Oyaniş səsi radiosu 2/12/2004)

Sayğı  dəyər vətəndaşlar!

Bu gün ağır və ayıq davranmaq və hər gündən artıq dərin baxıb, düşünməliyik. Bu önəmli və həyati günlərdə hər səhv bəlkə acı bir rol ifa etsin Azərbaycan tarixində. Fars şevenizmi böylə bir hərəkati canlandırmaqla özgür quzey Azərbaycanın varlığı və  dövlətindən kin və nifrət bəsləyişin daha da güclü alqışa çəkəcək.

Təssuf ilə bir sıra Azərbaycanlı qurum-quruluşlar tələsərək rəhmətlik Pişəvərinin məzarin yer dəyişməsi səbəb ilə bağlı nifaq törədici və təhəyyoci bəyaniyələr yaymışlar.

Dr Çehrəqanlı demişkən: işləməyə tələsirik ama, tələsik işdən çəkilirik.

Biz GAMOH AT olaraq, bütöv qurup-quvvəlri ayıq və dərin düşünməyə çağırıb, millətimizə qarşı olan Fars şevenizminə təbliğat imkanı yarinma səbəblərin canlandırmamalıyıq.

21Azər hərəkatına törətdikləri tarixi cinayətləri, işbirlik və fikir birliklə açıqcasına ortaya qoyub, millətimizi soy qırımına məruz qoyanlara qarşı artıq ayıq və birləşməliyik.

                                                                    

                                                                          GAMOH.Atnin idarə heyəti

                                                                      2/12/2004  

--------------------------------------------------------------------------------------------

S. C. Pişəvərinin məzarının “d a ğ ı d ı l m a s ı” ilə bağlı yayilan məlumatlar yanlışdır.
GAMOHun Bakı Bürosunun açıqlaması:

Hörmətlı soydaşlar!

GAMOHun Baki Bürosunun rəhbərliyi, Azebaycan Milli Hökümətinin rəhbəri S. C. Pişəvərinin məzarının dağıdılması ilə bağlı yayilan məlumatları narahatlıqla qarşılayaraq bu barədə deyilənləri yerindəcə araşdırib.
Gördüklərimizə əsasən bildirək ki, S. C. Pişəvərinin məzarının “d a ğı d ı l m a s ı” ilə bağlı yayilan məlumatlar yalan və yanlışdır.

S. C. Pişəvərinin Bakının Fəxri xiyabandakı xatirə kompleksi evvəlcə yerləşdiyi yerdən 10 metr aralı qarşi tərəfə köçürülüb.
Bakının Fəxri xiyabandakı kompleks yalnız heykəldən və Milli Hökümətlə bağlı daş lövhədən ibarətdir.
Köçürülmə zamanı kompleks qorunmuşdur və hər-hansı xəsarətə məruz qalmamışdır.
Onu da xatırladaq ki, Mərhum Pişəvərinin məzari, Fexri Xiyabanda deyil Mərdəkan qəsəbəsindədir.
Səbəb kimi mərhum Prezident Heydər Əliyevin məzarı və həykəlinin Pişəvərinin heykəlinin arxasında qalmasi göstərilir.