| Bu gün Türklük günüdür | |
| 1944-cü ilin 3 mayından keçirilən bu bayramın əsas təşəbbüskarı Türkiyədə milliyyətçi hərəkatın lideri olan mərhum Alparslan Türkeşdir. | |
![]() |
03/05/2004 12:38 Yeni Musavat Ən böyük türkçü kimi qəbul edilən və sevilən Qazi Mustafa Kamal Atatürkün vəfatından sonra daha çox Stalin hakimiyyətinin təzyiqləri altında türkçülük hərəkatının səngiməsi qardaş ölkədə Türklük gününün qeyd olunmasına təkan verdi. |
| Bu zaman hətta A.Türkeş başda
olmaqla, bir sıra türkçü liderlər həbs olundular,
həbsxanalarda işgəncələrə məruz qaldılar.
Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə,
Əhmed Ağaoğlu, Türkiyənin bir sıra türkçüləri
də təzyiqlərin əzabını dadmışdılar. 60 il bundan əvvəl baş qaldıran türkçülər hərəkatı isə bütün xarici və daxili təzyiqlərə açıq etiraz oldu və konkret nəticələrini verdi. Ötən illər ərzində Türkiyədə Türklük günü yüksək səviyyədə qeyd olunub. Xüsusilə türkçülük hərəkatının mərkəzlərindən hesab olunan Kayseridə çox böyük və təntənəli bayramlar keçirilir, millətçilik ruhunda yazılan şerlər söylənilir, şərqilər deyilir, Atatürk başda olmaqla, millətçi liderlər anılır. Türkeşin Ankaradakı məzarı ziyaret edilir. Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda da bu bayram məhdud formada da olsa qeyd olunur. Hələ milli azadlıq hərəkatından əvvəl bu bayramı qeyd edən mərhum prezident Əbülfəz Elçibəy bu tarixə xüsusi önəm verirdi. Hətta onun prezidentliyi zamanı düzənlənən bayram tədbirinə Türkiyədən millətçilər, Qarabağda vuruşmaq üçün gələn gənclər iştirak etmişdi. Düzdür, Azərbaycanda Elçibəyin doğum günü də Türklük günü kimi qeyd olunur. Ancaq belə fikirlər var ki, 3 mayın qeyd olunması ilə bərabər, Elçibəyin doğum günü Türklük bayramı kimi bayram edilməlidir. Təəssüf ki, bu gün həm Türkiyə, həm də Azərbaycanda türkçülük dəyərləri çox ciddi zərbə altındadır. Üstəlik, İraq türklərinin ağır durumu, Güney Azərbaycanda yaşayan 40 milyonadək türkün pozulan haqları, Quzey Kıbrısdakı, Orta Asiyadakı qan qardaşlarımıza qarşı beynəlxalq aləmin basqıları və soyuq münasibəti göz önündədir. 60 il sərasər qeyd olunan bu bayram hələ ki qazax, qırğız, özbək, türkmən, Anadolu, Azərbaycan türkünü bir araya getirməyə qadir deyil. Görünür, biz hələ də türkçülük ideologiyasına sözün əsl mənasında tam yiyələnə bilməmişik. Bütün məhrumiyyətlərə və əziyyətlərə baxmayaraq, Türklük bayramınız qutlu olsun! |
|