Paşa Sarxanlı
Ana
dili və insanın gəlişməsindəki önəmi:
dil
öyrənmə
Bir insanın
düşünmə, yaradıcılıq və öyrənmə sürəcində(prosesinde),
ana dilinin mərkəzi rolu var:
Sözə hakim olmaq, öz səsini danışıq və
yazı şəklində başqalara yetirmək, bir ölkədə
yaşayan bütün insanların doğal haqqıdır. Bu haq
insani və demokratik bir toplumun təməl daşıdır.
Ana
dilini qazanma, ana qarnından başlayıb, bütün həyat boyu
devam edən bir sürəcdir.
Əyər bir
fiziki vəya insanlardan uzaq saxlanma durumu yoxsa, doğumdan başlayaraq
5 yaşa qədər dəvam edəbilən danışıq
dilinin qarmaşıq yapısının inkişafi bütün
insanlar üçün bir və eynidir.
Uşaqlar 6 yaşdan başlayaraq, 12 yaşlarına
qədər, ana dilinin fontetik(səs) durumunu, söz varlığını
və sözlərin anlam və cümlə içində
yerlərini, danışıq qalıbını və dili işlətmənin
qarmaşıq quruluşunu qavrayıb əldə
edərlər.
Qısaca
demək isdərsək; doğumla başlayan danışıq
dilinin inkişafı, ümumi məktəb sistəmi içində,
oxuma-yazma ilə də birləşər və beləliklə
birey(fərd), ana dilinin dütün istifadə sahələrini qavrayıb,
qazanmış olur.
Hər yeni təhsil mərhələsində, bilginin
çoxalan akademik yapısı və cürbəcür-lüyü
nədənilə, dildən istifadə etmənin
sahələri də genişlənir.
Dil
yoluyla insanlar birbir-ləri ilə müxtəlif toplumsal və
duyqusal(ehsasi) əlaqələrə girişərlər.
Bir dilə hakim
olabilmək üçün, o didə mövcud olan kodlara əl tapmaq
gərəkir.
Bir dilin kodları, o dilin söz xəzinəsi, gramatik yapısı,
semantik(anlam) və fonolojisindən(səsbilimindən)
ibarətdir.
Bundan əlavə dil kodlarının başqa insanlarla
əlaqədə, necə işlədilməsi bilinməlidir.
Bir
fərdin; dil, şəxsiyyət və fikir inkişafı baxımından,
ana dilinin mərkəzi rolu var.
Ailəsi
başqa bir dil ortamında yaşayan bir fərdin doğma ana
dilini yaxşı bilməsi; o fərdin öz dildaşları
ilə müxtəlif əlaqələrə girərək, dili
daha da gəlişdirməsinə səbəb olar. Bələ
bir fərdin, ana dil platformunda duraraq; özünə inanması
və öz varlığına hörmət gözüylə baxması, güclü
və sarsılmaz bir hüviyyətə malik olması və öyrənmə
gücünü yüksəltməsi baxımından, ana dilinin təyin
edici rolu, elmin və təcrübənin açıqca göstərdiyi
bir gerçəkdir.
Ana dilini yaxşı bilmək, onu
oxuyub-yaza bilmək, bir insanın mənsub olduğu kültür,
tarix və ədəbiyyatın qapılarını aça
bilən altun bir açara sahib olması deməkdir.
30
milyonluq Güney Azərbaycan və İran türklərinin ana
dilində yazıb-oxumaları yasaqdır !?
keçən
günlərdə, ana dil tələbatında olan azərbaycanlı
aydınlara qarşı yazılan bir söz oxudum: əyər türklər
fars dilinin yerinə, türk dilində oxuyub-yazmaq isdirlərsə,
iranı tərk etsinlər
Başqa bir yazıda
isə Yanbancı türklərin, İranda min illik hökmranlığı
məzmunlu, başqa bir sözə rast gəldim.
Və son olaraq; 1999,da 21 fevralı
uluslararası ana dili günü olaraq elan edən; UNESCO genəl
sekreterinin sözləri Dillər insanlığın müştərək
geyri-maddi servetlərindəndir. Yox olmaq təhlükəsində
olan dillər qorunmalıdır. Ana Dili Gününün əsas
qayələrindən biri budur.
Sonra bildiyimiz
kimi bu cənab Aryamehrin yalaqçı qalıntıları, dünyanın
ən eski mədəniyyətini yaratdıqlarını
iddəa edəcəklər. Soruşması ayıb olmasa
demək isdərdim: Əfəndilər bəs siz bu
qədər yüksək təməddünə yetişmiş bir dünyada
nədən bu qədər əcəmi və təməddünsüz
olmuşsuz? Min il bir diyarda hökmranlıq edib,
mədəniyyətlər yaradan bir xalq biganə sayıla
bilərmi? Siz əlinizdən gəlirsə, 30 milyonluq bir xalqı,
öz ana dillərini sevmələri gərəkçəsilə yurt
dışı etmək isdirsiz. Azəri türkcəsini, 80 il sürəsincə
inkar etdiniz, ən fəci təhqirlərə layiq gördünüz,
yasaqlayıb yox etməyə çalışdınız. Amma
şükürlər olsun, günümüzdə bu dilin baxtı-iqbalı
hər tərəfdən açılmaqda, qeyrətli oğul
və qızları ana dillərının son qurtuluşu
üçün qələmlərini itildib, meydana giriblər. Bilgisayar
və internetin inkişafıda ən çox azəri türkcəsinin
işinə yarayıb. Siz hər halda bu dili qətl etmək
vəya son çarə olaraq bu dili danışanları yurt dışı
etmək röyasını özünülə torpaq altına aparacaqsınız.
Zatən 2500 il bundan qabaq yaratdığınız
mədəniyyət, bugünkü mədəniyyətizdən
fərqsiz idi. Bu xüsusu daha sənədli diçimdə qavraya
bilmək üçün; Naser Pur Pirarın tarix kitablarını oxumayı
sizə tövsiyə edirəm. Bundan başqa türklərin, İran
ovalarında, pars yürüşündən çox daha öncə
mədəniyyətlər yaradan bir xalq olduğu, gün keçdikcə
bilim və teknik sayəsində parlayıb, üzə çıxmaqdadır.
Güney Azərbaycanlı və iranlı
türklərin durumu: Acı bir gerçəyi etiraf etməyə,
özümü məcbur kimi hiss edirəm. Yoxarda qeyd etdiyim irqçı
və faşist pan aryançılar 80 il sürəsində,
Azərbaycan xalqına və dilinə böyük yaralar vurub,
sədmələr yetiriblər. Əsarətdə yaşayan
xalqın zavallı balalarından çoxlu manqurtlar yaradıblar.
Son zamanlar, İran İslam Cumhurisi ələdaşılarından
birisi, Azərbaycan respublikasında bir jurnalistin Nədən
Azəri türklərə öz ana dillərində oxuyub-yazma haqqı
tanmırsınız? sorusunu Onlar öz ana dillərində
oxuyu-yazmaq isdəmirlər biçimində cavablamışdı.
Bu xəsmanə və xainanə sözün içində bir gerçək
var; Onlar çoxlu-çoxlu manqurtlar yaradıblar. Manqurt; Çəngiz
Aytmatofun anlatımıyla yanı ərbabın dəsturuyla, öz
anasını qurşunlayan kimsə. İrandaki şərayiti
bir kənara buraxın, xaricdə və Avrupa-Amerika kimi
demokratik ölkələrdə yaşayan milyonlarca azərbaycanlı
və hətta onların ən fəalları, öz uşaqlarına
ana dili klasları təşkil etməkdən çəkinib, qaçınırlar.
Bunun yanında uşaqlariyla farsca danışan və onlara
məktəblərdə farscanı ana dili olaraq oxutduranların
sayı da az deyildir. Mən bir ana dili müəllimi olaraq, hər
şeydən qabaq bütün dünyaya və qeyrətli Azərbaycan
gənclərinə bu manqurtlar əlindən haray çəkmək
isdirəm. Özümü deməsindən saxlaya bilmirəm: Bunlar
Azərbaycan xalqının və dilinin ən böyük və
ən xətərli düşmanlarıdır. Azərbaycan mübarizləri
ilk-öncə ölkənin qan damarlarına sızan bu
xəyanət peşələrlə, öz mərzlərini müəyyən
etməlidirler. 150 dildə ana dili oxudulan İsvəç ölkəsində,
sadəcə 4 azərbaycanlı uşaq, həftədə bir
saat Azərbaycan türkcəsində dərs oxuyurlar. Ölkənin
genəl istatistikində bu say 5 olaraq keçməkdədir.
Gənədə şükr olsun, İsvəçdə sayları
ən az 10 min olan azərbaycanlıların, dört balası öz
ana dilinə maraq yetirir. Onlara və onlara
bənzəyələrə eşq olsun və yolları nurla
dolsun.
Həmvətənlərim! Çox açıq bir gerçəkdir
ki biz bir dəfə daha özümüzdən başlamalıyıq,
bunu dərhal başlamalıyıq. Ana dilimiz varlığımızdır,
ana dilimiz hər şeyimizdir, onsuz biz yoxuq. Bu yaxşı
bilinməli və yaşadılmalı altun bir sözdür. Bütün
azərbaycanlılardan, öz ana dillərində oxuyub-yazmaları
isdənməlidir. Bu kəsinliklə geyri demokratik və radikal
bir isdəm deyildir.
son