SEÇGİLƏR
YAXINDADIR;
Bu
dönə nə Gələcek başımıza?
Cumhur başqanı seçgiləri
yaxındadır. Azerbycanlılar ne yapacaqlardı? Azerbaycan Milli
Hərəkətinin münasibəti nədir? Güney Azərbaycan
aydınları vahid bir rəyə çatabləceklərmi?
(Qatılmaqmı yoxsa qatılmamaq? Niyətər
qatılmaqdırsa, nə çeşit qatılmaq? Adaymı verməli yoxsa adayların
birini dəstıkləməli? Və ya....)
Hələ heç səs-səmir yoxdur. Sanki
hərkəs öz fikrini söyləmək üçün başqalarını
bəkləməkdədir. Ama kimlər ilk sözü
deyəcəklər? (İlk söz çox önəmlidir, çünkü sondan danışanlar
muxalifətləri üçün ötəkilər tərəfindən
xayin və satqın adlana bilər), İlk bildiri kimlərin
imzalar ilə ortaya çıxacaqdır? İmzalar doğru olacaq yoxsa qondarma?
Saxta bir bildiri ortaya çıxmasın birdən!? Bəlki də
heç bir söz deyilmədi. Heç bildiriş də yayılmadı bəlki.
Bəlki ziyalılarımız birdən bir görüşdə bulundular və
orada bi önərilər ortaya çıxdı.
Indi heç bir səs-səmir yoxdur. Gənclik
deyəsən "seçgilərə qatılmaq üçün heç bir teşəbbüs
yoxdur", deyə duşünməkdədir. Ama sonu nə olacaq?
lapdan bir bəyaniyə (Saxta ya döğru fərq etməz) ortaya
çıxacaq? Və ya "AZƏRBAYCAN Millətinin adayı
mənəm" Deyən birini qarşımızdamı bulacayıq birdən?
Və daha sonra... Öz tənqidi baxışları ilə meydana
gələn GƏNCLİK,
"Ziyalılarımıza sayğısızlıq olar,
İşləri yanlış da olsa etiraz etmə, Amandır bir söz
desəniz ixtilaf düşər"
kimi ifadələrə rastlanacaqmı yenə zavallı GƏNCLİK?
Və susacaq? ... və ən sonunda yenə hər zamnkı kimi
Gənc aydınlarımızın "qoy kimsənin ehtiramı pozulmasın, qoy
ixtilaf düşməsin", deyə səssiz qalmaları ixtilafların
daha da genişlənməsinəmi səbəb olacaq?
Hərəkətimizdə vücuda gələn çatlaq daha böyükmü
olacaq yenə? Yenə
öncə çalındığımız dəlikdənmi çalacaq bu pis ilan bizi....?
Bu dönə nə Gələcek başımıza?