Berlində
Azərbaycanlıların Ocağ dərnəyində Ana dilimiz
və milli varlığımızın qayğı və duyğusu
ilə yaşayan hörmətli əməkdaşlar.
Sizə
dərin salamlar və sayğılarla xəbərləşdiyimə
görə siz, altı il bundan öncə YUNESCO tərəfindəm
fevral ayının 21-ni Anadili günü tanındığını
bu il böyük inam və ehtiramla
dəyərləndirəcəksiniz. Çox istərdim sizin bu doğma
və gözəl iclasda iştirak edəm və orada çağlayan
saf duyğular və ürəkdən qopan nisgillərə şahid
olam və sizə qatılam. Heyiflənirəm mənim bugünkü
durumum belə bir imkanı mənə vermir. Buna görə də
bu pəyamla istərdim məni də öz sıranızda görəsiniz.
Mən belə düşünürəm dünyada çoxları ola bilər
öz ana dillərinə qayğı bəsləsin, onun qeydinə
qalsın və onu göz bəbəyi kimi qorusun. Lakin biz İran
türk soylularının bu son yüz ildə ana dilimizin yasaq
edilməklə şum asimiliyasion siyasətinə məruz
qalması hər bir türk soylunu və
xüsusiylə faciəni açıq-aydın düşünənlərə,
dilimizin qorunması və xalqımızın onu tanımasında
yenilməz və arası kəsilməz fəaliyyət və
mübarizəyə davam etdirməyi tələb edir.
Sizə uğurlar
və başarılar arzusuyla
M.Ə
Fərzanə
12. fevral 2005