AZƏRBAYCAN MİLLİ HƏRƏKƏTİNƏ QISSA BİR BAXIŞ

 

Ötən yüz illikdə məşrutə inqilab ilə başlanan Azərbaycan azadliq hərəkatı, iki mərhələdə hər zamandan artıq milli karakter daşımaqdadır. Birimincisi 1324-1325 demokart firqəsi rəhbərlik etdiyi hərkət və ikmincisi İran-İraq savaşından sonra başlanmış və bu günə qədər sürən Azərbaycan modern milli hərəkətidir. Bu yazıda söz qonusu Azərbaycan milli hərəkəti adilə tanınmış son hərəkətdir. Bu hərəkətdə ortaq və aydın amacların tə'riflənməməsinə baxmayaraq, Türk-Azərbaycan millətə qarşı aparılan mədəni, iqtisadı və siyasi ayrıseçkiliyə son vermək bu hərəkətin özəllik və təməl düşüncəsi kimi tanınmaqdadır. Bu tə'rifə əsaslanaraq oxuyacağınız yazıda milli hərəkətin çalışqanları isə millətçi adlandırılacaqlar. Bu qıssa yazıda milli hərəkətimizin çeşitli tərəfləri yazıçının baxış ilə gözdən keçiriləcək.

 

MİLLİ HƏRƏKƏTİMİZİN ADDIMLARI

Hədəflərimiz millətimizin potensiyalilə uyğunlaşmış kiçik addımlara bölünməlidir. Başqa tərəfdən isə tə'riflədiyimiz hədəflər ortaq düşüncələrə dayanaraq böyük bir kütləni birləşdirəbilən karakterlərə malik olmalıdır. Bir çox Azərbaycan düşüncə sahibi hərəkətimiz üçün iki təməl addım tanıtdırmışlar: 1- Millətləşmə 2-Dövlətləşmə.

Sözsüz ki bu iki mərhələni aq-qara baxmaqla təmamilə birbirindən ayırmaq olmayacaq, amma bilirik ki birimici mərhələdə yetərli enerji qazanmadan ikimici mərhələnin başlanması faydasız və bəlkədə riskli olacaq. Millətləşmə mərhələsinin iki önəmli addımı olacaq: 1- Xalqımıza kimliyi və haqları haqqnıda məlumat vermək 2- Haqlarımızı qoruyan və sözümüzü danışan mədəni, ictimayi, siyasi təşkilat və toplumlar yartamq. Dövlətləşmə mərhələsində iki əsas addımı isə 1-siyası qüvvələrərin artıq fəallaşması 2- xalqın istəklərin həyata keçməsi yaxud xalqın öz müqqədəratın təyin etmə haqqına sahıb olmaq dır. Yəni dövlətləşmə mərhələsin belə tərifləmək olar: xalqımızın öz müqəddəratına hakım olmaq haqqın qazanmaq. Belə ümumi tə'rif federalçı, istiqlalçı və hətta İran sistemində qalmaq istəyən düşüncə sahibləri kimi millətçi qurupları birləşdirəbilər.

 

MİLLİ HƏRƏKƏTİ ÖLÇMƏK SİSTEMİ

Yuxarıdakı tə'riflərə görə içində olduğumuz mərhələdə, hərəkətimizin irəliləyişin aşağıdakı suallara cavab verməklə ölçəbilərik: 1- Millətimiz nəqədər öz kimlik və haqların tanıyıbdır? 2- mədəni, ictimayi, siyasi təşkilat və toplumlar yaratamqda nəqədər başarı olmuşuq? Bu suallara cavab vermək çətin olsada məncə bu iki iş yaxşıca qabağa gedir, amma dövlətləşmə mərhələsinə keçmək üçün hələlik yetərli potensial qazanmamışıq. Millətçi gənclərin sayı , millətçi dərgi və internet sitələr artmaqdadır. Böyük bir addım olan yeni millətçi TV lər yaranıbdır. Bunlar xalqımızda milli şuurun artmağından danışır. Başqa tərəfdən isə yurd içində və dışında qurulan Türk-Azərbaycan karaketi daşıyan çeşitli toplumlar təşkilatlaşmanın başlanqıcı kimi nəzərdə tutulmalıdır. " Komite-ye-melləl-e-təht-e-setəm" oturumunda yurd dışında təsis olan 9 Azərbaycan siyasi təşkilat terefindən Azərbaycan millətin təmsil olunmağı , aktiv Azərbaycan təşkilatlar yaradılışına açılan bir pəncərə idi! Bu təşkilatların birgə bir platform əsasında bir araya gəlmək çalışmaları görünür, amma hələlik bu yolda yetərincə uğurlu deyildilər. Bu əhvalat isə təşkilatlaşma mərhələsinin dirçəlişindən danışır. Amma sual bu ki millətləşmə mərhələsində yaxın gələcəyin İranda gözlənilən siyası dəyişikliklərinə hazırlıq qazamışıq mı? ya meydanı yenidən pan-aryayi faşist qüvvələr nəfinə boşaldacağıq?  Təəsüflə çox xoşa gələn cavab gözlənilmir! Bu xoşa gələməyən perspektiv bizi hərəkətimizin yeyinləşdirməsinə çağırır. Yəni bu mərhələdə milli oyanışın prosesi güclü olmadığına baxmayaraq, milli təşkilat daha artıq aktivləşərək meydanı doldurmalıdırlar. Amma bu yeyinləşdirmə əməliyatında millətimizin potensiyalın unutmaq bizi artıq geriyə qayıtmaq təhlükəsilə rastlaşdırabilər. Bu günlər yurd dışında başqa millətlərin təşkilatlarilə aparılan iş birliyi, aktivləşmənin yaxşı bir örnəyi olabilər.

 

 

 

MİLLİ HƏRƏKƏTDƏ BİRLİK

Yazılana görə "Öz müqəddəratın təyin etmək haqqı" yaxud Farsca deyilən "Həqqe təyine sərneveşt" bir danılmaz haqq olaraq çeşitli düşüncələrə malik olan millətçiləri bir araya gətirəbilər.Bu haq nə istiqlal anlamındadır nə də federalismə qarşıdır. Yəni Turk-Azərbaycan milləti özü partilər tərəfindən irəli sürülən yolların birin seçməlidir. Sözsüz ki hər növ seçgidən qabaq xalqımızın seçiləcək seçimləri (nədənlərin və sonucların) yaxşıca başa düşməlidir. Yuxarıdakı düşüncə, "Türk-Azərbaycan mərkəzli düşüncəyə dayanaraq birlik platformun" özəyi kimi sayılabilər. Bu birlik çeşitli partilərin üzvlərindən qurulan bir rəhbərlik şurasilə kamilləşəcək. Demək bu mərhəldə acıl olaraq Azərbaycan partilərindən (xüsusilə xaricdə olanlardan) gözlənilən şey bu şuranın qurulmağıdır!

 

MİLLİ HƏRƏKƏTİN İÇƏRİ VƏ DIŞARI QOLLARI

Son zamanlar xaricdəki 13 millətlər təşkilatı içində olan 6 Azərbaycan təşkilatilə bərabər "Öz müqəddəratına hakım olmaq haqqı" əsasında birgə bir bəyaniyə verdilər. Bu bəyaniyə indiki əhəmiyətli zamanda təşkilatlar, özəlliklə Azərbaycan təşkilatların birləşməsi üçün dəyərli bir addım idi. Başqa tərəfdən isə Milli hərəkətin içəri qolları bu yeni qərarla bərabər yürüyəbilmədikləri üçün mill hərəkətin dışarı qolundan gileylənirlər. Məncə gərçı xaricdəki qolun bu təsmimi , içəridəki qolun işin zorladabilər, amma içəridəki və xaricdəki qolların hələlik bir rəsmi əlaqəsı olmadığına göre bu qərar tənqidçilərin söylədikləri kimi də təhlükəli deyil. Lakinn xaricdə çalışan milli çalışqanlarımızdan dünya vəziyətindən başqa içəridəki durumu və xalqın potensiyalın nəzərdə tutmaqları da rica olunur!

 

İSTİQLAL YA FEDERALİSM

Bu zamanda istiqlal ya federalism sualına cavab verməkdən artıq qüvvələrimizin birləşməsinə fikir verməliyik. "Türk-Azərbaycan Mərkəzli düşüncə sistemi" əsasında Millətimizin "Öz müqəddəratın təyin etmək haqqı"na inanmaq federalçı və istiqlalçını birləşdirən bir faktor kimi sayılabilər. Həqiqi federalçılar , öz millətlərin tale'inə üstünlük verərək , federal sistemin İran sevgisinə görə yox bəlkə Türk millətin səadətinə görə istəyirlər!

 

AZƏRBAYCAN MİLLİ HƏRƏKƏTİ VƏ BAŞQA MİLLİ QÜVVƏLƏR

Başqa millətlərin milli qüvvələri ili riqabət bizim milli partilərimizin güclənməsinə səbəb olabilər. Xüsusilə Fars (sərasəri adlanan) və Kürd partiləri bizimkilərdən daha güclü olmağı, bu partilərdən geri qalmağımızın nəqədər riskli olmağın bizə xatırladır. Demək başqa milli qüvvələrlə apardığımız iş birliyi üç baxımdan zərüridir: 1- Meydanda olmayan qüvvələrə gələcək dəyişikliklərdə həzf olma ihtimali var 2-Bizim milli təşkilatların dirçəlməsı və birləşməsinə səbəb olabilər 3- Başqa millətlərin qüvvələrilə iş birliyi aparmaq Farsçı qüvvələrin yenilməsinə yol açabilər. Üçüncü bəndə artıq izahat lazımdır: Azərbaycan təşkilatları və başqa millətlərin qüvvələri , adı sərasərı olan amma əməldə Fars şovenismin mənfə'ətlərin müdafiə edən partılərdən uzaq gəzməlidirlər. Bu qeyri-Fars millətlərin qüvvələri güclü bir ittifaq qurub İranın siyası direksiyonun öz əllərinə almaqla , sərasəri adlanan partiləri yalnız Fars millətin partısı olmağı etiraf etmək şərtilə öz ittifaqlarına qatmaldırlar. Və hər növ sərasəri opozision ya təşkilat müxtəlif millətlərin ittifaqilə qurulmalıdır. Yəni bu mərhələdə sərasəri quruplardan müdafiə etmək ya acızcasına onlardan asılı olmaq millətlərin nəf'inə deyil. Bizə sərasəri partilər yox, bəlkə milli partilətdən müəyyən çərçivə əsasında təşkil tapılan ittifaq lazımdır.

 

MİLLİ HƏRƏKƏT VƏ BAŞQA İÇTİMAYİ MƏSƏLƏLƏR

Sərasəri adlanan qüvvələrdən bağlı olmamaq üçün və bu yalançı qüvvələri meydandan çıxartmaq üçün, bizim milli hərəkət öz fəaliyətin təkcə dill və mədəniyət məsələsinə məhdud etməməlidir. Qadın və uşaqlar məsələsi , Çevrə təmizliyi, ümumi demokratik və insan hüquqları, iqtisadi məsələlər dill və mədəni həqlərlə bərabər bizim hərəkətin proqramları olmalıdır. Bu məsələlərə önəm vermək sərasəri qüvvələri xəl'i silah etməklə yanaşı millətimizin diqqətin isə bizim hərəkətə tərəf  çəkəbilər. İqtisadi məsələyə diqqət yetirmək yuxarıda saydığımız nəticələrə əlavə olaraq başqa faydaları da var: 1- iqtisadi məsələlər ümum xalqa dill məsələsindən artiq önəmlidir! 2- sərmayə sahiblərin bizim hərəkətə yönəlməsi bizim hərəkətin güclənməsi anlamındadır. Bazar keçmiş hərəktlərimizdə bizim böyük gücümüz idi. Indi də belə olmalıdır!

 

Azərbaycan Mərkəzli düşüncə sİstemİ yoxsa Türk düşüncə sİstemİ?

Azərbaycan mərkəzli düşüncə sistemi və Türk düşüncə sisteminin bir mühüm ortaq  yanı var, o da fars düşüncə sistemindən qopmaqdır. Başqa tərəfdən isə bu iki sistemin birbirlərilə heç bir ziddiyəti yoxdur. Azərbaycan mərkəzli düşüncə sistemi bir coğrafiyayi bölgənin adın daşımaq səbəbindən , Azərbaycan dışında yaşayan başqa Türklərə verdiyi önəm sorğu altına getməklə yanaşı bizə kimlik verən Türklük parametrindən isə uzaqlaşabilər. Amma Azərbaycan mərkəzli düşüncə sistemində Türklər yaşadığı bir-parça böyük bir bölğəni təmsil etməklə , daha bir güclu və bağımsiz bir sistemi analdabilir. Özəlliklə tarix boyu Azərbaycan adilə və Azərbaycan bölgəsində baş verən böyük azadlıq hərəkatı , Azərbaycan adına artıq bir güclü siyasi anlam verərək, bizi Azərbaycan adın unutmamağa çağırır. Bu yazıda bu iki sistemi barışıdırmaq amac ilə Türk-Azərbaycan düşüncə sistemi istilahı işlənilir.

 

MİLLİ HƏRƏKƏT VƏ BABƏK QURULTAYI

Babək qurultayına yaxınlaşırıq. Keçən illin acı xatirəsi hələdə bizim damağımızdadır. Amma inanıram ki bu acı xatirə bizə şirin bir təcrübə olub və bizim birləşməyimizdə müsbət rol oynayacaqdır. Babək qalası törnəni yalnız Tir ayının ikinci həftəsində və yalnız bu qalada keçirələcəkdir! Bu qurultaya əlavə olaraq başqa törənlər və toplantılar başqa zamanlar və başqa yerlərdə faydalıdır amma Tirin ikinci həftəsində Babək qalasına qatılmağımızı unutmayacağıq! Babək qalası qurultayı bizə çox estratejik əhəmmiyəti var və bu törəni haqlarımız qazanandan sonra isə buraxmayacağıq. Bu ildə yubanmadan daxili və xarici insan həqlərindən müdafiyə təşkilatların və dünya müxbirlərin nəzərin yoğun şəkildə bu törənə cəlb etməliyik. Bu il Tehran rejimi dünya qamu-oyu (əfkar-e-ümumi) tərəfindən ağır basqılar  altında olmağı bizə yaxşı bir fürsətdir!

 

MİLLİ HƏRƏKƏTDƏ TƏNQİDLƏR

Son keçmiş neçə ayda, bizim tanınmış milli hərəkətin çalışqanları arasında artıq atışmaya bənzəyən bir sıra intiqdalara şahıd olduq. Yəni bu tənqidlər təəsüflə bəzən milli hərəkətimizi qoruyan çərçivədən dışarıya çıxaraq bizləri qayğılandırır. Nə isə, həqiqi millətçilərimizə bu atışmalarda yazışılan sözlərdən artiq, bu əhvalatdan dərs almaq önəmli idi. Yəni aramızda üz verən bu acı tartışmaları , demokrasi təmrini kimi sanaraq müsbət də qiymətləndirəbilərik. Öz aramızda olan tənqidlərdə diqqət etməliyik ki:

1- tənqidlərimizdə şəxsdən artıq , onun düşüncəsin tənqid etməliyik. 2- tənqid yazmaqda tələsməməliyik. 3- tənqıdlərdə məsələyə aq-qara baxmamalıyıq, müsbət və mənfiləri bir yerdə görməliyik. 4- Olduqca tənqidlərimiz xüsusi olmalıdır. 5- ümumi tənqidlərimizdə isə olduqca Türkcə yazmalıylq.

 

MİLLİ HƏRƏKƏT VƏ DİLL MƏSƏLƏSİ

Dil məsələsinə iki açıdan baxmaq olar: Birmincisi yazıb oxumağımız nə dildə olmalıdır? İkimincisi Türkcə yazıb oxumağımız nə sayaqda olmalıdır?

Yazıb oxumağımız nə dildə olmalıdır?

Nə sayaq yazmalıyıq?

Bu suala cavab vermək çox rahat deyil. Bu günlər güney Azərbaycanda yazıçılarımız sayda yazma sayağı var! Hərənin bir imla və inşası var. Hər yazarın bir sıra işlətdiyi sözcükləri var. Birisi ifadə etmək istədiyi anlam üçüçn quzey Azərbaycanda işlənilən sözlərdən istifadə eləyir, birisi Anadolu Türkcəsinə pənah gətirir, hətta bəzilər isə yeni lüğətlər yaradırlar. Birsi sadə cümlələr ququr , birisi Türk özəlliyi olan mürəkkəb cümlələr qurmağa çalışır. Bəzi zamanlar bir yazıdan sonra başqa yazı oxuyanda sanki yeni bir dil oxumağa başlayıbsan , yeni yazı sayağın başa düşmək bir sürə çəkir!

Yazarlarımız suçsuzdurlar. Onlar Türkcə yazıb oxumağı oxullarda yox, öz çalışmalarilə öyrəniblər. Güneydə Azərbaycan Türkcəsi gündəlik danışıqlardan dışarı çıxıb , elmi , siyasi , fəlsəfi sahələrə yol açabilməyib. Quzey Azərbaycan da isə Türk dili yenicə dövlət səviyəsinə qalxır və hələlik qüneylilərə çox güvənli bir qaynaq sayılabilməz. Nə iş görməliyik? Belə önərmək olur:

Dilçilərimiz və təcrübəli yazarlarımız bir araya gəlib və öz təşşəbüslərilə  həmişə həsrətində olduğumuz bir Dil Qurumu (Fərhəngistan-e-farsi yada Türkiyədə olan TDK kimi bir qurum) yartmalıdırlar. Yəqin ki bu yolda Tehran dövlətinin yardımın gözləmək olmaz və əvvəldə bu dil qurmu dövlətə bağlı olmayacaq. Bu dil qurumu quzey Azərbaycan və Türkiyədə ona bənzər dil qurumalarla ilişgidən faydalanmalıdır. Bu dil qurumunda dilimizin lüğət və qrammer baxımından quruluş və ədəbi sayağı bir standard və bir referens kimi müəyyən olabilər. Gənc yazıçılarımız isə bu qurumun göstərdiyi yolu izləyərək və onun verdikləri örnəkləri qullanaraq bu çaşbaşlıqdan qurtulabilərlər. Dillimiz yaşadığımız yərdə rəsmi olandan sonra bu qurumun fəalliyəti davam edib və dilimizin potensiallarına dayanaraq Azərbaycan və Türkiyə Türkləri arasında anlaşılan bir dil yaratmaq da düşünüləbilər!

 

MİLLİ HƏRƏKƏT VƏ TEHRAN SİYASİ ADAMLARLA GÖRÜŞMƏK

Son vaxtlar Türk və digər millətlər fəallari Kerrübi ilə  apardıqları görüş bir sıra tənqidlərə məruz qaldı. Təəsüflə bu tənqidlərdə artıq məsələnin mənfi tərəfinə diqqət verməklə müsbət cənbələr gözdən qaçmışdı. Bu tənqidlər məsələlərə aq-qara baxmağın bir nümunəsi idi. Haqqlarımızı Fars şovenismindən almaq olmaz, ancaq Fars şovenismin taxtdan yendirib , özümüz öz müqqədəratımızı təyin etməliyik. Bu əslə inanırıqsa pəs nədən Kərrübi sən bizim haqqımızı verməlisən deyə onun qapısına getdik? Cavab bu ki biz bir sıra üsulları özümüzə tabu qayrıb hər şeyə aq-qara baxmamalıyıq. Fleksibel olaraq (=initaf ilə) siyasət üzrə inandığımız üsulları izləməliyik. Üzümüz hədəfə doğru olmadığımız , hədəfə sarı getmədiyimiz anlama gəlməz!

Amma məncə nə idi bu hərəkətin müsbət və mənfi sonucları:

+ Bu görüş milli hərəkətin rəsmi siyasət meydanına girməyə bir başlanqıc idi. Fars sisteminə təslim olmamalıyıq, amma meydanda da özümüzü göstərməliyik. Gələcəyin ihtimali dəyişikliklərində meydanda hüzuru olmayan qüvvələr tanınmayacaqlar!

+ Rəsmi və müxalif tribunlara yol açmalıyıq. Bu yol açma təbii ki əvvəldə Tehranın yuxarı tirajla çap olan bir gündəliyində başlanmayacaq, amma yol açandan sonra bu hərəkətin qabağın tutmaq olmayacaq. Necə ki bir neçə vaxt bundan əvvəl şovenism internet saytları tərəfindən baykut olan milli məsələ , indi az çox bir önəmli məsələ kimi bu saytlarda yerin tapıbdır. Nəzərdə almalıyıq ki düşmənin mənfı təbliği də bizim varlığımızın sübutudur!

+ Hakemiyətlə aparılan bu danışıqlar və anlaşmalar az olsada bizim mədəni hərəkəti bir sıra sıxıntı lardan qurtarmağa imkan yaradabilər.

+ Prezident adayları öz verdikləri vədələrə əməl etmədikləri halda isə, bu görüşü bir fakt kimi ədalət masasına çırpabilərik!

-  Əgər Türk və digər Fars olmayan millətlər prezident adayların və'dələrinə (əlbətdə bilirik ki yalançı və'dələr olacaq) inanıb və seçgilərdə iştirak aparsalar , və'dələrin əməl olmadığı halda depres olub siyasi səhnədən üzüləbilərlər. Yəni millətin ümid və enerjisin boş yerə xərclənəcək.  Baxmayaraq ki başqa tərəfdən Tehrandan üz döndərib Türk-Azərbaycan mərkəzli düşencə sistəminə üz gətirmək isə bir müsbət nəticə kimi mühtəməldir.

-İndi Azərbaycan milli hərəkət fəalların çoxu Türk-Azərbaycan mərkəzli düşenməyi bizim millətə vacıb olduğuna inanırlar. Bizim elimizin aq saqqallar və çalışqanları şovenistlərin qarşısında boyun büküb, dil açmaqları bu düşüncənin tərsin təbliq etməkdir. Biz haqlarımızı almaqda Farslardan asılı olmaq yerinə bir ağır vəznə (ağırlıq) kimi siyasi müadilələrdə hazır olmalıyıq. Amma bilirik ki siyasi səhnədə bir güclü qüvvə kimi rol oynamaq üçün qarşımızda addımıar var!

Bu müsbət və mənfi sonucları sayandan sonra, sizcə biz bu görüşdə heç bir şey qazanmadıq?

Nə isə bunuda nəzərdə tutmalıyıq ki Azərbaycan və Türkü saymayan bir şovenist şəxsin bizə sarı üz döndərib vədə verməsi 26 il çeşitli hökümət mövqələrində fürsəti olandan,  sonra bizə ehtiyaci olmağındandır! Yəni biz vədələrin yalan olmağın bilməklə yanaşı, onların ehtiyac duymaq fürsətində qaçırtmamalıyıq!

 

MİLLİ HƏRƏKƏT VƏ PREZİDENT SEÇGİLƏRİ

Adaylardan heç biri aydıncasına milli məsələ həllinə addım atacağın söz vermədiyi halda, Azərbaycan millətin seçgilərdə səs verməyə qatılmağı yəqin ki səhv bir işdir. Adaylardan bu qonuda vədələri olduğu halda isə seçgilərə qatılmağımızın bir müsbət və bir mənfi nəticəsi var:

+ Millətimizin səsin dünyaya yetirərik

-   İndiki şovenism hökümətə öz səsimizlə dəstək verərik.

Məncə səs vermədə iştirak aparıb aparmadığımızda və millətə yol göstərməkdə diqqətli olmalıyıq. Xüsusilə millət arasında iki parçalıq salmaqdan uzaq gəzməliyik.

 

MİLLİ HƏRƏKƏT VƏ QUZEY AZƏRBAYCAN

Quzey Azərbaycan Dövləti 130 illə yaxın milli bir mübarizə və millətləşmə mərhələsindən keçmək nəticəsidir. Quzey Azərbaycan Dövləti Azərbaycan və Azərbaycanlı adın dünyada tanıtdırıb və təmsil edir. Bu dövlət Azərbaycan kimliyinin qorucusudur. Rus Çarizm və Soviet tutaliter hökemətlərdən yenicə qurtulan quzey Azərbaycan xalqı, dövlətləşmə mərhələsindən sonra indi demkorasiləşmə yolundadır və millət içində olan potensial və dışarıda olan şərayit bu demokrası yolcuların yolun daha açıqlayıbdır. Quzeyin getdiyi yol , güneylilərə yaxşı bir örnəkdir. Onları izləyib dəstək verməliyik! Onların dəstəyin isə almalıyıq amma onların yolların təhlükəyə salmadan!  Bu zamanda Quzey Azərbaycan Dövlətinin varlığı , ondan alabildiyimiz yardımdan daha dəyərlidir!

 

MİLLİ HƏRƏKƏT VƏ YENİ DÜNYA NƏZMİ

Yeni dünya nəzmi biz üçün bir qurtarıcıdır ya bizə təhmil olacaq bir şərayit mi? Bu suala cavab verməyi oxucaya buraxırıq. Ancaq bu gələcək durumda neyləməliyik ki başımız börksüz qalmasın:

·        Xalqımızın oyanış prosəsin olduqca yeyinlətməliyik. (Yeni TV lər, İnternet sitələri , cüzvələr, toplantılar və sayirə)

·        Siyasət meydanında özümüzü bir ağır çəki daşı kimi göstərməsək, bizi gələcək oyunlarda qatmayacaqlar. Səhnədən həzf olmamaq üçün yubanmadan oyuna girməliyik. Bu yolda isə güclü təşkilatlar yaratmaqla yanaşı , təşkilatları birləşdirən birgə bir platform lazımdır. Başqa millətlər təşkilatlar ilə apardığımız iş birliyi ilə özümüzün ağırlığımızı göstərməliyik.

·        Bu işlərlə bərabər səsimizi dünyaya ucaldıb dərdlərimizi və hərəkətimizi onlara anlatmalıyıq. Bu işdə də yorumamalıyıq.

 

MİLLİ HƏRƏKƏT VƏ KİV (=Kütləvi İnformasia Vasitələri)

TV lər, intenet saytları, dərgilər  və ... üç önəmli görəvləri var:

Məncə bizim KİV biriminci ğörəv öhdəsindən yaxşı gəlib, amma ikinci və üçüncü görəvdə artıq çalışmalıdır. Bizim aramızda mübadilə olan yazılar adətən kökdən milli məsələdən xəbərsız olan soydaşlarımızı oyatmaq üçün uyğun deyil. Olsada bu yazıları xalqımız əlinə düzgün olaraq çatabilmir. Başqa tərəfdən bizim KİVlər səsimizi dünyaya yetirmək üçün uyğun bir səviyidə deyil.

Pəs bizim KİV lər necə olmalıdır :

1.Ara-sıra çıxan dərgilər və ya gec-gec güncəlləşən (update) xırda internet sitələr yerinə, əl ələ verərək bir nəçə kamil və hər gün düzənli olaraq yeniləşən internet sitələr ya gündəlik qəzetlərimiz olmalıdır.

2.Ən azı bir 24 saatlıq TV bizə lazımdır.

3.Dərgilər, internet sitələrimiz, TV lərimiz Türk-Azərbycan məsələsi əsasında İran və dünya məsələləri kimi başqa ümumi mövzulara da yer açmalıdırlar. İqtisadı , ictimayı , qadın və uşaq haqları, elektronik al-ver , əyləncə və .... kimi mövzular da unutulmamalıdır. Yəni elə KİV lər yaratmalıyıq ki oxucu istədiklərin sərasəri KİV lərdə yox Türk-Azərbaycan KİVlərində axtarıb tapabilsin.

4.Azərbaycan xalqı bölgədə satirik janrında və karikatürdə öncül bir millət idi. Lakın təəsüflə hələlik bu qonuda fəallaşmayıb. Təbrizdə və Azərbaycan şəhərlərində güclü karikatüristlərimiz var. Onları tapıb və milli hərəktimizdə onların əsərlərindən yararlanmalıyıq!

5.Dünyaya səsimiz yetirmək üçün KİV lərimizdə ingiliscə və başqa dillərə yer verməliyik.

 

 

Milli hərəkətimizin inkişafı ümidilə

Yaşar Təbrizli

20 fərvərdin 84