ərbaycan Fedrasyası; Afi ilə tanış olunuz!(1ve 2.ci bölüm)

 

Stockhomda yayınlanan Afi radyo programları

İqtibas edib yazan və icra edən: Sarxanlı Paşa

Qaynaq: Afi tüzüyü(nizamnaməsi)

 

Fedrasyanın adı:

1-   Azərbaycan türkcəsilə: Azərbaycan Fedrasyası İsvəç(AFİ)

2-   İsvəççə: Azerbaijanska Riksfırbundet(ARS)

3-   İngilizcə: Azerbaijanis National Fedration in Sweden(ANFS)

4-   Farsca: Fedrasyon-e- Azərbaycaniha dər Sued(FAS)

 

Fedrasyamızın tə’rifi: Afi İsvəçdə yaşayan azərbaycanlıların həmrəyliyi və milli-mənəvi birliyinin möhkəmlənməsi üçün çalışan ictimai bir təşkilatdır.

Afi; siyasi-idelojik və dini bağları olmayan, açıqlıq prensipləri və İsvəç qanunları çərçivəsində çalışan demokratik bir təşkilatdır.

 

Afi,nin məqsədləri:

1-     Azərbaycan və onunla bağlı probləmləri, İsvəç ictimaiyyətinə və müxtəlif ictimai-siyasi təşkilatlara tanıtmalıdır.

2-     Azərbaycan məsələsilə bağlı doğru və düzgün məlumat verməlidir.

3-     Güney Azərbaycanda, millətimizin demokratya, insan haqları və öz müqəddəratını təyin etməsi uğrunda apardığı mücadiləyə yardımçı olmalıdır.(Təkid bizdəndir. PS)

4-     Quzey Azərbaycan(Azərbaycan Respublikası)nın ərazi bütövlüyü, müstəqillik, vətəndaş haqları, hüquq bərabərliyi və qanunçuluq yolunda, həqiqəti dəstəkləməlidir.

5-     Fedrasya, isvəçdə yaşayan azərbaycanlılarla bu təşkilat arasında olan əlaqələri gücləndirməli və yeni əlaqələr yaradmalıdır.

6-     İsvəçdə faaliyət göstərən Azərbaycan dərnəkləri və hüquqi şəxslər arasında işbirliyinin yaradılmasına yardımçı olmalıdır.

7-     Fedrasya qadınların siyasi-ictimai əlaqələrinə xüsusi yer verməlidir.

8-     Irqçılığa qarşı, demokratik qanunlar çərçivəsində mübarizə etməlidir.

9-     Mədəni-kütləvi fəaliyyətlərdə lazım olan materyalların əldə edilməsinə çalışmalıdır.

10-           Azərbaycan türkcəsini, isvəçdə yaşayan azərbaycanlıların rəsmi dili kimi tanıtdırıb, məktəblərdə uşaqlara öyrədilməsinə nail olmalıdır.(Təkid bizdəndir. PS)

11-İsvəç mediyasında; Azərbaycan türkcəsində programlar yayılmasına yardımçı olmalıdır.

12-Fedrasyanın rəsmi dili Azərbaycan türkcəsidir.Sənədlər Azərbaycan və İsvəç dilində olmalıdır.təbliğat hər iki dildədə ola bilər.

 

   Afi yeddi illik fəaliyyəti dövründə, qeyd olan hədəflər və amaclar uğrunda , nə işlər görüb və nə qədər irəliləyibdir? Bunu məqsədlər paraqrafını bənd-bəbənd ələ alib, incələrkən az-çox görə biləcəyik.

1.ci bəndə deyilməkdədir: Afi Azərbaycan və onunla bağlı məsələləri İsvəç ictimaiyyətinə və müxtəlif ictimai-siyasi təşkilatlara tanıtmalıdır.

Bunun necə bir fəaliyyət olduğu və əməldə kimlər tərəfindən yeridiləcəyi, açıqlanmamışdır. Bundan dolayı açıqlığa qavuşmalıdır.

Azərbaycan haradır və azərbaycanlılar kimlərdir?

Bildiyimiz kimi Azərbaycan coğrafik bir bölgənin əskilərdən qalma adıdır. Günümüzdə bu bölgə, Quzey Azərbaycan Respublikası(Naxçıvan Müxtar Respüblikası və erməni işğalı altında olan QaraBağ rayonu ilə birlikdə) və İran hakimiyyəti altında olan, Ərdəbil, Təbriz, Urmiyyə, Zəncan iyalətləri tam olaraq, Gilan, Həmədan və Qəzvin Ustanları qismən bu coğrafiyaya daxildir. Gözdə aldığımız hüdudlar dil əsasına dayanır. Burada tarixi Azərbaycandan söz etməyi lüzumsuz görməkdəyik.

Adını çəkdiyimiz bölgələrdə, bugün, tamamən vəya qısmən Azərbaycan türkcəsi danışılmaqdadır. Bir parçanı daha doğrusu bir ölkəni təşkil edən bu bölgələr, müxtəlif ustanlara bölünsələrdə, və müxtəlif adlarda daşısalar, bir-birinə yapışıq durumdadır və bu birliyi sadəcə siyasi zorbalıqla birbirindən ayırmaq vəya onları birbirindən ayrı göstərməyə çalışmaq, müvəqqət surətdə mümkün ola bilər. 8 milyonluq Quzeyin 14 il bundan əvvəl müstəqil bir dövlət olaraq tarix səhnəsinə çıxmasına qarşılıq, hələdə İran tutucu rejimləri hakimiyyəti altında inləyən, 20 milyondan ziyadə, Güneyli türklər, öz balalarını, öz döğma ana dillərində tərbiyə və təlim etməkdən yoxsun və məhrumdurlar.

   Günümüz dünyasında azad və mədəni dünya bir yana, hətta indüstri, ekonomi və ictimai-siyasi baxımlardan çox geridə olan, Əfğanistan, Pakistan və Eraq kimi qonşu ölkələrdə yaşayan bütün etnik gruplar, ən azından öz ana dillərində oxuyub-yazma, danışıb, mediya yamaya haq qazandıqları halda, İranda belə şeylərdən danışmaq; dövlətin qaba gücü, zindan, təbzir, işdən çıxarma və başqa zorlayıcı şivələrlə qarşılanmaqdadır. Belə bir şeylərdən danışmaq, İran İslam Cumhurisi başqanı, Mohamməd Xatəmiyə görə, “tarixin ən gülməli şuxluğu” kimi dəyərləndirilir.

   Afi bu önəmli kültürəl və hər insanın ən ilkəl haqqı olan xüsusu İsvəç toplumuna nə qədər anlada bilmişdir? Bu xüsusda bəzi işlər görülməsinə rəğmən, hənüz İsvəç ictimaiyyəti və İsvəç demokratik vicdanı bunu alıb, qavramamışdır. Hələ sayları 15 mindən ziyadə olaraq təxmin edilən isvəçli azərbaycanlıların uşaqları, İsvəç məktəblərində, öz ana dillərində təhsil almaya müvəffəq olmamışlar. İsvəşdə yaşayan bütün etnik gruplar,hətta sayları 300 nəfəri keçmiyənlər, həftədə ən az bir saət, öz ana dillərində və rəsmi məktəblərdə oxuyub- yazmayı məşq edirlər. Bu insanların çoxu demokratik və homanist İsvəç qanunlarının verdiyi bu haqlardan yararlanıb, gələcək nəsillərinə möhkəm bir hüviyyət qazandırmaq üçün, ana dili və ölkə kültürünü onlara öyrətməkdədirlər. Bütün İsvəç ölkəsində, sadəcə olaraq, 5 nəfər azərbaycanlı uşaq, Stockholm komunlarından birində, həftədə bir saət azəri türkcəsində oxuyub-yazmayı təmrin edirlər.

Görüldüyü kimi bu xüsus, fedrasyamızın, gələcək illərdə üzərində çox ciddi fəaliyyət aparması gərəkən mövzulardandır.

İsvəçdə, məktəb toplumun müzayiki kimi görülməkdədir. İşçi-işverən, tacir, akademisyən, isvəçli və müxtəlif milliyətlərə aid, azınlıq və köçgün uşaqları, sinflərdə yan-yana oturaraq, bu rənga-rəng və gözəl müzayiki təşkil edirlər. Bu müzayik içində, öz ana dil və kültüründən danışmayan, və öz ana dilində təhsil almayan, toplum içində yox sayılır. Bağlı olduğu dil grubunu, məktəblərdə təmsil edəməyən uşaqlar, hüviyyətsiz, köksüz və ana dilindən yoxsun bireylər kimi görülməkdədir.

 Bir daha vurqulamalıyıq ki Azərbaycanlı ana-atalar, dərnəklər və bunların üst qurumu olan Azərbaycan Fedrasyasının qaşısında çox önəmli milli bir vizifə durub, onların ciddi səfərbərlik hərəkətlərini gözləməkdədir.

 

Burada tə’yin edici olan; azərbaycanlı ana-ataların, tabe’ olduqları komunlardan, bu haqqı(Azərbaycan türkcəsində, müəllim və həftədə başqa ana dili oxuyan uşaqlar qədər, azərbaycanlı uşaqlarında məktəblərdə öz ana dillərini təmrin etmələri) tanımasını isdənməsi gəlir. Azərbaycanlı quruluşların və ən başda Afi,nin başlıca görəvi, ana-ataları çeşidli seminarlar, toplantılar və şənlik mərasimlərinə də’vət edərək, bu xüsusun önəmini; uşaqların uyumlu biçimdə böyüməsi və özlərinə möhkəm kimlik qazanması və xalqımızın başı uca və özünə güvənən bir millət kimi, həyatına fəxrlə dəvam etməsi baxımından vurqulayıb, onların maraqlarını bu iş ücün ucaltması gəlməkdədir.

Başlanış olaraq, məsul kimsələr, öz uşaqlarından başlayıb, onların məktəblərdə ana dili oxumalarını təmin etməlidirlər. Bu insanlar, bu xüsusda tam nümunə olamazlarsa, kimsə onların nə demək isdədiklərini başa düşəməz. Biz bu barədə bəlli bir başarı əldə edə bilirsək, təcrübəmizi asanlıqla başqa ölkələrə və hətta Güney Azərbaycana daşıya bilərik.

***********

Hədəflər paraqrafının 2.ci bəndində deyilir: AFİ Azərbaycan məsələlərilə bağlı doğru və düzgün məlumat verməlidir.

Burada, AFİ,nin qarşısında iki önəmli vəzifə qoyulmaqdadır:

1-     Azərbaycan məsələləri haqqında məlumat vermək.

Bu məsələlərin nə olduğundan söz edilmir. Bunlar milli, iqtisadi, ictimai, siyasi. Hüquqi, xəbəri, idman və sayirə ola bilər. Bu vəzifəni tamamən bir radyo, telvizya ya hər hansı bir bağımsız ğəzet vəya jurnalın işinə bənzətmək mümkündür. Bu deməkdir ki məsəla demokratik prensiplərə bağlı bir radyo; öz programlarında çeşidli mövzuları ələ alıb, dinləyicilərin səm’inə yetirir. Bir yerdə tamamən kültürel və hünəri bir program yayırsa, digər bölmədə siyasi bir partiya başqanı vəya tanınmış bir ideologla müsahibə aparır. Bu radyonun siyasi bir radyo statosu qazanması anlamına gəlməz. Radyo sadəcə demokratik bir kütlə aracı olaraq vəzifəsini yerinə yetirib, dinləyicilərinə bilgi verir.

   Afi,nin siyasi partiyalar, təşkilatlar və siyasi kimsələrlə əlaqəyə girib, öz üyələrini onların düşüncə və məfkurələri ilə tanış etməsi, genəlliklə İsvəçdə fealiyyət göstərən kültür dərnəklərinin üst qurumu kimi əməl edən AFİ,nin siyasiləşməsi vəya siyasi mövqeiyyət tutması anlamına gəlməz. 

Milli məsələ əslində siyasi bir qavramdır. Güney Azərbaycanlıların öz müqəddəratlarını özlərinin təyin etməsi uğruna apardıqları mübarizə, hətta tamamilə kültürel paltara geyinmiş olsada, dərin siyasi bir hərəkətdir. Bu mübarizəni savunmaq, Afi,nin vəzifələri içindədir. Amma buda fedrasyanın siyasi bir təşkilat olması anlamına gəlməz.

   Siyasi olmaq, bəlli bir siyasi kimsə vəya təşkilatın, sistimatik olaraq ideoloji və toplumsal-siyasi düşüncəsini mənimsəyib, o doğrultuda hərəkət etmək, habelə hansı səviyyədə olursa olsun, bəlli bir ideoloji və siyasi bir platform hazırlayaraq, siyasi qudrəti ələ gətirmək vəya ona ortaq olmaq məqsədilə mübarizəyə girişmək anlamına gəlir.

Afi,nin davranışlarında belə fealiyyətlər görülə bilməz. Bundan dolayı, AFİ,nin hər hansı bir siyasi cəryanla əlaqəyə girməsini, siyasiləşmək biçimində dəyərləndirmək tamamilə yalnışdır. Bundan əlavə AFİ Baş Komitəsinin rəftarları, hər il bir dəfə gözdən keçirilib, yeni təmayüllərə sahib, yeni Baş Komitə seçilir. Baş komitə vəya onun bəzi əfradında olan siyasi təmayüllər  də, AFİ,nin o təmayül səmtində getməsi anlamına gəlməz və AFİ,nin təşkilatlar forumu olması halini dəyişdirə bilməz.

 

2.ci bəndin, 2.ci şıqqının AFİ,yə verdiyi görəv; AFİ,nin doğru, düzgün məlumat  verməsidir.

Doğru düzgün məlumat vermənın ən doğru yolu; xəbərlər və bilgilərin orijinal qaynağına əl tapıb, üyələri o qaynaqlarla üz-bə-üz  buraxmaqdan ibarətdir.Məsəla diyək ki Quzey Azərbaycanda günümüz şərayitində, demokrasi, insan haqları və hüquq dövləti olma doğrultusunda böyük fəaliyətlər gedir. Ölkədə dəvamlı olaraq olumlu(müsbət) və olumsuz(mənfi) olqular(işlər, əməllər) və olaylar araya çıxır. Bu hadisələrin arxasında yatan həqiqətin nə olduğunu, doğru biçimdə üyələrə yetirmək, Quzey Azərbaycanda fəaliyət göstərən dovlət organları, müxalifət partiyaları və təşkilatları ilə yaxın əlaqə saxlayıb, mümkün mərtəbə, Afi üyələrini, zaman zaman onlarla görüşdürmək yoluyla imkan tapar. Buda Afi,nin o vəya bu cəryana siyasi təmayül göstərməsi anlamına gəlməz.

   Güney Azərbaycanda, günümüz şərayitində, müxtəlif sahələrdə böyük milli mübarizə gedir. AFİ,nin ən böyük görəvi; bu mücadiləyə qarşı çox həssas olmaq, onu dəstəkləmək və o xüsusda vətəndaşlara doğru, düzgün məlumat verməkdən ibarətdir. Amma buda Afi,nin siyasi bir cəryana təbdil olması anlamını daşımaz.

   Özət olaraq söylərsək: AFİ,nin çeşidli siysi şəxslər və cəryanlarla maraqlanıb, görüşlərini alması və hətta onlarla, bəlli bir səviyyədə və keçici olmaq şərtilə, əməkdaşlıq etməsi, Afi,nin nizamnamesinə tərs düşmür.