Uluslar arası qadınlar gününə qısa bir baxış:

BMT Bildirişi:  türkcəyə çevirib, hazırlayan: Sarxanlı Paşa                                                                             

   Uluslar arası qadınlar günü kimi qeyd olan 8 mart, günümüzdə bütün dünya çapında qadın grupları tərəfindən, qutlanıb, yaşadılmaqdadır.

Bu gün Birləşmiş Millətlər təşkilatı və bir çox dövlətlər tərəfindən də hər il qutlanmaqdadır.

Çox çeşitli dillər, kültürlər və müxtəlif ekonomik və social zəminələrlə, qadınlar gününü qeyd edən qadınlar, arxada qalan doxsan illik bərabərlik, ədalət, sülh və inkişaf mübarizəsinə bir nəzər yetirə bilirlər.

 

Beynəlxalq qasdınlar günü, tarix yaradan adi qadınların öyküsü və hekayəsidir.

 

Uluslar arası qadınlar günü düşüncəsi, 20.ci əsrin başlarında, çeşitli iqtisadi problemlərlə üzbəüz qalan, indüstriləşmiş ölkələrdə ortaya çıxdı.

 

Burada qadılar gününün qısa tarixçəsi:

1909 da birinci qadınlar günü, 28 fevral və milli seviyyədə, Amerika sosyalist partyasının bildirişi etkisilə qeyd oldu. Amerikalı qadınlar, her il qadınlar gününü, fevralın son bazar günündə qutlamayı, 1913,ə qədər dəvam etdilər.

 

1910,da sosyalist internasyonal tərəfindən, Kopenhagda tərtiblənən bir iclasda, qadınlar hərəkətini təşviq etmək və qadın səs haqqı mübarizəsini ucaltmaq məqsədilə, qadınlar adına bir günün qanunlaşdırılması təklif olundu. Təklif, 17 ölkədən gələn 100 qadın tərəfindən istisnasız qabul olundu. Amma bu gün üçün bəlli bir tarix gözdə tutulmadı.

 

1911,də ötən ilki Kopenhag iclasının nəticəsi kimi, beynəlxal qadınlar günü ilk olaraq, Avustorya, Danimarka, Almanya və Iswiçrədə bir milyondan ziyadə qadın və kişinin qatılmasıyla qeyd oldu.

Bu iclasda; Səs haqqı və ümumi işlərdə çalışa bilmə haqqından əlavə, iş haqqı, uzmanlıq təhsilat haqqı və ayrı seçkiliyə son verilməsi tələb olundu.

Bir həftədən az bir zaman sonra, yani martın 25,də, çoxu köçgün italyən və cühüdlərdən oluşan, 140,dan ziyadə işçi qiz, New Yorkun üçgən yanqınında can verdilər. Bu hadisənin, ABD,nin iş qanunlarının hazırlanmasında böyük rolu oldu. Daha sonraki illərin qadınlar günündə, qızların yanmasına bais olan iş şərayiti detaylı şəkildə dartışıldı.

 

1913-1914

 

Birinci dünya savaşindan sonra, ortaya çıxan barış hərəkatının bir parçası kimi, rus qadınları birinci qadın günlərini, 1913 fevralın son bazar günü qeyd etdilər. Ertəsi il, qadınlar günü bütün Avrupa ölkələrində 8 mart vəya onun ətrafında qutlanmaya başlandı. Burada əsas düşüncə, savaşı protest etmək vəya başqa qadınlarla həmrəylik yaratma amacını güdürdü.

 

1917

  Birinci dünya savaşı sonucunda 2 milyon rus əsgəri həyatını itirdi. Rus qadınları, yenidən, fevralın son bazar gününü seçib, “barış və çörək” şüarı ilə grevə getdilər.

Siyasi liderlərin qarşı durmasına rağmən, qadınlar grevlərinə dəvam etdilər. 4 gün sonra çar taxtını tərk etməyə məcbur olub və iş başına gələn keçici hökümət, qadınlara “səs haqqı” tanıdı.  

   Bu tarixi bazar günü, rusiyyədə işlədilən yülyan təqvimincə 23 fevral, qalan başqa ölkələrdə işlədilən gregoryan təqvimincə isə 8 marta rastlayırdı.

   Bu tarixdən etibarən, beynəlxalq qadınlar günü, isdər gəlişmiş ölkələrdə olsun, isdər isə gəlişməkdə olan ölkələrdə, böyük evrənsəl(cəhanşimul) önəm qazanmışdır.

  Hər il dahada gəlişib, böyüməkdə olan və BMT rəhbərliyi altında yeridilən dört böyük konfrans nəticəsində daha da güclənən beynəlxalq qadınlar hərəkəti, qadınların müştərək hüquqlarının mütalibəsində o cümlədən; siyasi və iqtisadi inkişaf prosesinə qatılma haqlarının isdənməsində böyük rol oynamışdır. 

 

BMT:nin rolu

   BMT,nin işlədiyi beynəlxalq mövzulardan, çox azı, qadınların “bərabər hüquq”a  nail olmasının inkişaf verilməsi və qorunması qədər himayə görmüşdür. 1945,inci ildə, San Fransiscoda qol çəkilən BMT nizamnaməsi, qadın və kişi arasında hüquqi bərabərliyin, “təməl insan haqları”ndan olduğu üzərində tə’kid edirdi. Bu tarixdən etibarən BM Təşkilatı, qadınların mövqeiyyətini bütün dünyada yüksəltmə düşüncəsilə, bir seri uluslar arası səvyyədə qəbul olunmuş çalışma programları, qaydalar və məqsədlərin yaradılmasına yardımcı olmuşdur.

Keçən illər boyunca, BMT,nin qadınlar üzrə çalışmaları, 4 ana bölmədə toplanmışdır:

1-     Hüquqi tədbirlərin gücləndirilməsi,

2-     Zehni səfərbərlik 

3-     Beynəlxalq təəhhüd

4-     İchafa uğramış gruplar üzrə, tədqiqat və yardım.

Günümüzdə, “toplumun ən ciddi iqtisadi, ictimai və siyasi problemlərinə, qaliıcı bir çözüm gətimək, dünya qadınlarının tam iştiraki olmadan imkansızdır” qaydası, BMT,nin ülgüsü halinə gəlmişdir.

 

BMT bildirişindən, türkcəyə çevirib, hazırlayan: Sarxanlı Paşa