Səriyə Ərdəbilli

Qan ilə yazılmış tarix, heç vaxt unudulmayacaqdır!

 

Azərbaycan xalqının taleyi və tarixi haqqında düşünərkən, müxtəlif illərin müxtəlif hadisələrini xatırlayarkən, gözlərimizin önündə, ayların, illərin qara təqvimi canlanır. Tarixi varlığının müxtəlif dövrlərində başı bəlalar çəkmiş xalqımız, illərboyu təqiblərə, mənəvi işkəncələrə, həqiqi soyqırıma qat-qat artıq dərəcədə erməni daşnakları tərəfindən məruz qalmışdır. Qıssaca olaraq bu hadisələr barədə:

XX yüzilin əvvəlində rus yazarlarından Şavron, erməni köçürülməsinə verdiyi qiymət belədir: “Biz, müstəmləkəçilik fəaliyyətini yad olan xalqların yerləşdirilməsindən başladıq... Savaşdan sonrakı iki il içində 1828-dən 1830-cu ilədək, İrandan 40mindən çox, Türkiyədən 80mindən çox erməni köçürülmüş və onları erməni əhalisini azlıq olduğu ən yaxşı xəzinə torpaqlarında yerləşdirmişik. Dağlıq Qarabağ və Göyçə Gölünün sahilində, həmin ermənilər yurd saldı”.

Bu torpaqların böyük hissəsinin çoxunda Azərbayca türkləridir. Bu durumu dəyişdirmək və “Ermənistanı” erməni yurduna çevirmək üçün işlər görülməli idi. Bu işlərə, 1850-ci illərdə başlanğıc qoyulmuşdu. Pikol, özünün “Favorit” kitabında Putemkin Katerin arasında belə bir dialoqu qələmə almışdır:

1        “İş bacaran ermənilər, artıq özlərinə paytaxt gözaltı etmişlər

2        İrəvan şəhəri

3        Paytaxtdan nə çıxar, əgər ölkə hələ yoxdursa?

4        İndi yoxdur. Bizdən sonra bulunacaq!” 1

 

İranda Rusiyanın vaxtilə səfiri olan Qribaydov, məktubda belə yazır: “Ermənilər İranı tərk etdikləri zaman Qarabağda müsəlmanlara bu fikri təlqin etsinlər ki, bu məntəqədə sakin olmaq istəyirlər. Ki, onlar etiraz etməsinlər və bu şəkildə Qarabağda ermənilər yerləşdirilsin". 2

İranla Rusiya savaşlarında, Türkiyə və İran erməniləri, ruslara çox yardım etdiklərinə görə ruslar Türkmənçay müqaviləsində ermənilərin İrandan köçməsini qeyd etdilər. Ermənilər, İranın müxtəlif yerlərindən -o cümlədən Urmu gölünün dövrəsindən və başqa-başqa yerlədən Dağlıq Qarabağda sakin oldular. Bu müqavilə əsasında 40min erməni, İrandan Qarabağ vilayətinə köçürüldülər. Bundan əlavə, 1823-cü ilin əvvəllərində Qarabağda mədən şirkətlərinin qurulmasına görə, ermənilərin köçməsi daha rahatlaşıb və məntəqədə ermənilər çoxaldı. 3

"Qərbi istemarçı dövlətlər bir tərəfdən və ruslar Avropanın güney-doğu hissəsinə əlləri çatmasına görə, Osmanlı İmperatorluğunu aradan aparmaq istəyirdilər və erməniləri, Anadoluda bağımsız hökümət qurmağa maraqlandırırdılar. Bu çağlarda ermənilər, alman kabinetinin sifarişi ilə daşnak hərbini yaratmağa başladılar. Onları Türkiyə torpaqlarında Qafqaza sarı yönəltdilər". 4

1894-cü ildən 1915-ci ilədək 1/2 milyon erməni, Osmanlı torpaqlarından Qafqaz torpaqların köçür və çoxu Urumiyyədə sakin olur. Bu barədə yazılır: "1828-dən 1830-cu ilədək, tsarizm, 600.084 nəfər ermənini Türkəyədən Qafqaza köçürdürüb və onlar, Qarabağ, İrəvan, Borçalı vilayətlərinin yaxşı yerlərində yerləşdirilib". 5

1905-ci ildə, ermənilər, Dağlıq Qarabağ və Aran Qarabağda 10min nəfərdən artıq azərbaycanlını öldürmüşlər.

1906-cı ilin yay fəslində "quruh-e siyah", yəni qaraquruhun fitvası ilə Şuşa şəhərində savaş başlayır və ermənilər, azərbaycanlıları oradan uzaq salıb, özləri orada sakin olurlar. Bu savaşda minlərlə müsəlman azərbaycanlı qətlə yetirilir.

Cümə 9 cəmadiyüləvvəl 1336-cı il, həmin 1915-ci miladi il. Urmu və Salmas faciəsi baş verir. Dadaşbəy adlı bir şəxsin etiraz etməsi səbəbinə görə ixtilaf başlayır və ixtilaf, Əsgərxan məhəlləsinin asori-erməni qüvvələrinin bir müsəlman şəxsə hücumlarına etiraz etməsi bəhanə yaradaraq, Petros adlı komandan vasitəsi ilə Əsgərxan məhəlləsində vuruşma başlayır. Vəhşicəsinə evlərə və məhəllələrə basqın edilir və müsəlmanlara qarşı qətl və cinayət baş verir. Savaş, 159 gün davam edir və 150min müsəlman olan arvad, uşaq, qoca, gənc, ermənilər vasitəsi ilə qətlə yetirilir. O zaman da, Salmas bölgəsindən başlayaraq, Urmu yurduna yetişərək, hər ev şəhid vermişdir. 7

Bolşeviklər şimalda fəaliyyətə başladıqdan sonra, daşnaklar ingilis himayəti ilə Azərbaycanda fəaliyyətə başlayırlar və Andranikinrəhbərliyi altında 1296-ci ildə, yəni 1917-ci ildə 4min nəfəri qırğın salmaq üçün Xoy şəhərinə göndərilirlər.

1918-ci ilin qurban bayramı, daşnaklar Bakıda xalqımıza qarşı törətdikləri soyqırım nəticəsində, azərbaycanlıları kütləvi şəkildə qovulması ilə nəticələnir.

Erməni Qurqudyanın etirafına əsasən daşnakların təmizləmə siyasəti sayəsində, 1919-cu ilədək Zəngibasar mahalında türklərin sayı 200min nəfərdən 1920-də 60min nəfərə azalır.

Daşnak erməni vəhşiliklərinin qurbanilərinin biri də, Zəngibasar rayonu olur. Rayon əhalisi, Azərbaycanın Bərdə, Ağdam, Göyçay, Gəncə, Naxçıvan və başqa şəhərlərinə qovulurlar. İbtidai savadı belə olmayan azərbaycanlılar təhlükəli şəxs kimi həbs edib, Qazaxstana sürgün edilir. 8

1935-ci ildən başlayaraq, Azərbaycan dilinə məxsus toponimləri ləğv etməyə başladılar. İrəvanda -Azərbaycanın ən qədim torpağında, məscidlər, məbədlər, körpüqulağı, karvansaraları dağıtdılar. Hətta şəhərdə, Azərbaycan türklərinin qəbristanlığından belə bir iz qalmadı.

"1937-ci ildə Azərbaycan xalqına, ilk növbədə ziyalılara divan tutan cəza orqanlarının başında Rubin Makaryanlar və Qriqorianlar durur". 9

Nəriman Nərimanov, Qarabağ muxtariyyət məsələsinin daşnaklar vasitəsi ilə başlanması barədə belə yazır: "Dağlıq Qarabağ, Mizoyanın zoru ilə "muxtar respublika" elan olundu və onlar mənim hüzurumda bir iş yapamadılar. Rus kommunist partiyasının bizə etimadı yox idi. Azərbaycanlıların taleini daşnak ermənilərə tapşırdılar".

1953-1994-cü illərarası, Sovet İmperiyasının hakimiyyəti dövründən Qarabağda bir çox azərbaycanlı zorla ev-eşiyindən çıxarılıb və Qarabağın Ermənistanla birləşməsi ortaya çıxır və iddia edilir. 10

Stalin dövründə 100mindən artıq azərbaycanlını zorla Ermənistandan çıxartdılar və bu günahsız insanlarlar illər boyu yaşadıqları ocaqların dağılmasının səbəbini bilmədilər. Ermənistan, təkmillət bir cumhuriyyətə çevrilmək siyasəti aparırdı və bundan sonra Azərbaycandan torpaq istəmək bir adət kimi olmuşdur.

1950-ci illərdən sonra, Azərbaycana aid olan bütün adlar dəyişdirilib, erməniləşdirildi. Uluxanlı kəndinin adı, 1968-ci ilə kimi 4 dəfə (Nərimanlı, Zəngibasar, Razdan, Masis) dəyişdirildi. Həmin siyasət ki, bugün fars şovinizmi Güneydə və başqa yerlərdə irəli sürür.

Ərteşbud Fərdust -SAVAKın müavini xatirə kitabından belə yazır: "Məhəmmədrza şahın müvafiqəti ilə İranda fəaliyyət göstərən qrupların biri də DAŞNAK qrupu və üzdən iraq "Ermənilərin Gizli Ordusu" yəni "Ərteşe Serriye Əramənə" idi. Ermənilər İranda 70min nəfərdən ibarət idilər. Məclisdə iki nümayəndələri var idi ki, Feliks və Aleksander Aqayan adlanırdılar. Aleksander, şahın şəxsi dostlarından bir idi. SAVAKda müavin olduğum zaman, Saqinyan -ermənilərin nümayəndəsi, məndən xahiş etdi ki, "Ermənilərin Gizli Ordusu"nun rəisi ilə görüşüm. Hərhalda qəbul etdim. 30 yaşında bir cavan ki, çox qatiyyətlə danışırdı və deyirdi ki -əgər ermənilərin birinə əziyyət olunsa, o adam aradan götürüləcəkdir. Soruşdum -necə bu vəzifəyə seçildin? Dedi: Bir heyət var ki, bir nəfəri gizli şəkildə seçir və ölən günə qədər vəzifəsi alınmır. Bu görüşdən sonra, ikinci dəfə də onunla görüşdüm. Mənim əsli sualım -ermənilərin gizli ordusunun dünya səviyyəsində həmkarlıqları idi ki, bu barədə geniş rapport verdi". 11

1968-ci ildə, Azərbaycan Kommunist Partiyasını plonomunda deyilir: "67 və 68-ci ildə, natsionalist ermənilər, xaricdə məxsusən Daşnaktsityun Partiyası, Azərbaycan cumhuriyyətinin əleyhinə fəaliyyətini təşdidləndirib. Müxtəlif ölkələrə məqalələr göndərilir və bu yazılarda natsionalisti istəklər mətrəh olunur. Daşnaktsityun Partiyası, Azərbaycanın həyatından həqiqətləri təhrif edir".

1969-cü ildə, Azərbaycan-Ermənistan məsələsi yenidən mətrəh olunur. Erməni ideoloqları, sonralar erməni bandlarının təvəssütü ilə ki, Azərbaycan dilinə təsəllütləri var idi, Sumqayıt şəhərində təxribata başladılar. Hədəf, erməniləri yenidən meydana çəkmək və Azərbaycan türklərindən intiqam almaq idi.

1987-88-ci ilin noyabrında, Qorbaçovun müşaviri olan Bengiyanın təhriki ilə, Qarabağdakı azərbaycanlıları qırmağa başladılar.

20 fevral 1988-ci ildə, Qarabağ məclisinin erməni nümayəndələri, Qarabağın Ermənistana qovuşmasını elan etdilər.

1989-cu ildə, Ermənistan və Qarabağ erməniləri, bu məntəqədə azərbaycanlıları qırmağa başladılar. 200min nəfərdən artıq azərbaycanlı, ata-baba yurdundan qovuldu və minlərlə insan, ermənilər vasitəsi ilə fəci şəkildə qətlə yetirildi.

Və ... Xocalı faciəsi

25-26 fevral 1992-ci il. Erməni-rus hərbi birləşmələri tərəfindən Azərbaycanımızın ürəyi Qarabağımızın Xocalı şəhəri, tamamilə yandırılmış, Azərbaycan türklərindən ibarət olan şəhərəin dinc əhalisi, tamamən faciəvi şəkildə qətlə yetirildi. Bu qətlamda 2mindən artıq erməni-rus hərbi qüvvə və 40-a qədər ağır zerehli texnikadan istifadə olundu. Bu amansız soyqırım nəticəsində ölənlərin içində 109 nəfə qadın və uşaq olmuş ki, uşaqlar yandırılmış və gözləri ovulmuş idi. 1275 nəfəri də ermənilər əsir tuturlar ki, 151 nəfəri haqda bugünə qədər məlumat yoxdur. Bu qətlamda qəbirlər də amanda qalmayıb, söküldü.

Simalarında insanlıqdan bir balaca belə əlamət olmayan faşist və vəhşi daşnaklar, qadınların qarınların yırtıb və qarındakı uşaqların da başlarını qəddarcasına kəsdilər. Bu hadisə barədə Washington Post, Washington Times, New York Times və s KİV belə yazır: "Xocalı əhalisindən Raziyyə Aslanova həmin gecəni belə dilər gətirir -ermənilər seşənbə gecəsi Xocalıya hücum edib, günahsız insanları, onun oğlu, əri, damadını qətlə yetirdilər. Xocalıda 600 nəfə və Ağdamda 400 insanın qanı, şəhəri qırmızıya boyadı".

Beryanklin, rus jurnalistlərinin dediklərinə əsaslanaraq, yazır: "30 nəfərin yanıq cənazələrini yardım helikopterinin süqut edən yerində gördüm. Bu helikopteri ermənilər münhədim etmişlər".

New York Times quzariş verir: "Xocalı şəhərinin şəhidləri, min nəfərə yaxındır -cənazələrin içində uşaq və qadın da var".

Viblyix -İzvestiya jurnalisti: "Avarələr, ölənlərin cənazəsini Ağdama gətirdilər. Bu səhnədə yuxuda görmək mümkün deyildi. Qulaqlaq kəsilmiş, gözlər çıxmış idi. Habelə, onların başları kəsilmiş idi. Bir sıra cənazələr, tank arxasına bağlanıb və onları sürükləmişlər".

Erməni Səhl ibn-Sünbatın Babək Xorrəmdinə etdiyi xəyanətdən başlayaraq, son yüz ildə Azərbaycan xalqı ilə bərabər böyük qəhrəmanlar, erməni teroristlərin vasitəsi ilə öldürülübdür və yaxud onlara xəyanət edilibdir. O cümlədən:

·      Səttarxan, erməni Yefremxan vasitəsi ilə güllələndi.

·      Nəriman Nərimanov, Mizoyanın nəxşəsi ilə naməlum şəkildə öldü.

·      Seyyid Cəfər Pişəvəri, erməni sürücü vasitəsi ilə avariaya düşdü.

1987-ci ildə, erməni İqor Muradyanın, Heydər Əliyevə yazdığı məktubda gəlir: "Əliyev! Sizin hakimiyyət dövründə bizim xalqımız qətlə yetirilibdir. Sizləri mütəhhəm edərək, biz keçmişdəki kimi intiqam alacağıq!"

Halbuki, bu daşnak ermənilər idi ki, hərzaman Azərbaycan türklərinin qanına susamışlar. Erməni İqor Muradyan öz yazısında etiraf edir ki:

1. 1920-ci ildə, Tbilisi şəhərində Xan Xoyski -Azərbaycanın Cumhurrəisi Musavat Partiyasından, Arkanyan vasitəsi ilə qətlə yetirildi.

2. 15 mart 1921. Berlin şəhərində Tələt Paşa -Türkiyənin Daxili İşlər Naziri, Süqumun Telryan əli ilə terror olundu.

3. 19 iyun 1921. Piotxan Cavanşirov -Azərbaycanın Daxili İşlər Naziri, Mişak Tarlakiyan vasitəsi ilə öldürüldü.

4. 6 dekabr 1921. Rom şəhərində, Ginasəid Alim -Türkiyə Cumhurrəisi, Arşavir Şirakiyan əli ilə qətlə yetirildi.

5. 17 aprel 1922. Berlində Bəhaəddin Şakir -Türkiyə dövlətinin üzvü, Arkaniyan və Arşavir Şirakiyan əli ilə qətlə yetirildi.

6. 25 iyul 1922. Saat beş -nahardan sonra. Tbilisidə Camalpaşa -Türkiyənin Dəniz Naziri, Petros Triqosyan və Məlikşah Nəzəriyan vasitəsi ilə terror olundu. Bu qətlin təşkilatçısı, Ərdəşir Qovakiyan idi.

7. Avqust 1922. Buxara imarətində Ənvər Paşa -Hərbi Nazir, məsciddən çıxarkən terror olundu. Aleksander Fyodroviç Miyasniqiyan -Ermənistanın vaxtilə rəhbəri, elan etdi ki, "ən sonuncunu da aradan apardıq". Amma o, səhv etdi. Çünki Ənvər Paşa sonuncu hesab olunmurdu. 12

Bu neçə ildə, erməni daşnak terroristləri 130 nəfər türk diplomatına sui-qəsd ediblər.

Və ... Bu gün. Biz, bütün millətlərə, dünya ictimaiyyatına müraciət edərək dünya mətbuatı vasitəsi ilə bu qəzəbkarların iyrənc hərəkətlərini ifşa etməliyik. Erməni daşnakları və onlara rəhbərlik edənlər bilsinlər ki, gec-tez haqq öz yerini tapacaqdır!

Qan ilə yazılmış tarix, heç vaxt unudulmayacaqdır!!

 

 

Mənbəələr:

1. Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci illərədək.

2. Məcəlle-ye Asiya-ye Miyanə və Qafqaz. payız 1373

3. Ermənilərin köçü, İrandan Qarabağa. 1375-ci il payız. Səməd Sərdariniya

4. Ermənilərin köçü Osmanlıdan Qarabağa.

5. Didərginlər kitabı. İbrahim Xəlilov.

6. Qarabağ -dər çeşməndaze tarix. Ə Behrad

7. Seda-e Urumiyyə. No:131

8. Qurqudiyanın kitabında ermənilər haqqında

9. Azərbaycançılıq haqqında düşüncələr.

10. Varlıq

11. Xatirat-e Ərteşbud. Hüseyn Fərdust. Cild 1

12. Çehre-ye Siyasi-e Heydər Əliyev. Tərcümə: mühəndis Abdulla Əmir Haşimi (Cavanşir)

13. Varlıq. 1370-ci il, yaz.

14. Nəvid-e Azərbaycan. No: 134