Pr_3.jpg

Birlik                                                                                 Səid Nahidi / İsveç-Malmö

Rəhmətlik Mir Möhsün Müstəcab deyən kimi "Mən daim Almaniyada qalan deyiləm". Nə yazaram, nə də araşdırıcı. Nə tarixciyəm, nə də  siyasətçi və “Mütəxəssis” (yeni termindir) də sayılmıram. Buna görə də, kitabımın ikinci və sonuncu səhifəsinə gəlmişəm. Birinci səhifə Varlıq adda yazıda şikayətlərimi elədim. Şikayət dedikdə belə təsəvvür olunmasın ki, qınayıb narazılıq edən təkcə mən olmuşam. Gözümü açandan bəri "Mənə bais Mir Möhsündür" eşitmişəm. Ancaq ”patent” sisteminin hakim olduğu üçün bu tənqidlər bir kanala salına bilinməyib. Belə ki, hər kəs özünəməxsusunu deməli və heç kəsdən dəstək almamalıdır. Kitabın ikinci səhifəsində də müxatibim yurddışındakılar və Təbiətə dayanıb BİRLİK barədə yazacağam. Fikir azadlığı deyilmi?! Bəri başdan deməliyəm ki, kal və olğunsuz fikirlərimi ortaya atmağımla iddiaçılıq etmirəm, borcum yerinə gətirirəm deyə düşünürəm. Fikir ortaya qoyulduqdan sonradır ki, böyüyüb qol-qanad açır. Məncə hətta doğru alimlərimiz də Quran yaza bilməz.

Təbiəti əsas götürməyin birinci nədəni, kimsənin patent ala bilməyib va kaşif kimi görünməməsidir. Bu öz növbəsində çəkişmələrin bir qisminin qarşısını alır. O bir yandan elm dünyası, o cümlədən teknikanın Təbiətdən ilham alması, mən də  ”problemlərə Təbiətdə çözüm axtarmalıyıq” deyə fikrini yaradır. Nədən evrimin milyonlar il dənəyib mühitlə ayarladığı arının gözü, Qutb ayısının dərisi, quşların qanad və sümükləri, hörümcəyin toru, balıqların pulu və üzgeçlərindən istifadə olunmasın? Birlik barədə də evrim hər türlüsünü imtahan edib.

Təbiətdə 100 milyonlar il var olan birlik, bizə görə təşkilat sözü ilə yaşıddır. İllərdir təşkilat yaratmaqla birliyi doğrultmağa çalışırıq. Uzaq getmədən, 26 ilin ”güc birlikdədir” şuarını bir daha 23 yanvar İsveçdə keçirilən seminarın raporunda (Azad Tribun) mülahizə edirik. Saf-təmiz istəklərə baxmayaraq adət üzrə sıraladığımız ”lazimdir, gərəkdir, zəruridir, vacibdir, qaçırılmazdır” kimi sözlər raporun özəyi və təbii olaraq nəyin necə düzəlməsi gözə çarpmayır. Orada ”birliyi necə qurmaq və onu necə qorumaqdan” söz getməyir. Ortaq nöqtələr yerinə gizli formada bütün təşkilatların yaranma və bölünməsinə motor olan ”ortaq düşmən” barədə tartışılır. Demək, bu ”rəhbəriyyəti” necə işdən salıb və yenisini təxtə oturtmalıyıq. Nə hamamın dəyişilməsi, nə də tasın əvəz olması.

Biolojinin atası sayılan Aristoteles (Ərəstu), dünyada var olan mövcüdları 500 növ və onların ortaq nöqtələrinə görə qruplara bölür. Onun bölməsi uçanlar, sürünənlər, həşərələr, balıqlar, bitgilər və s. kimi sahiri görkəm üzrə olmuşdur. Orqanismlərin anatomisi öyrənildikdən sonra 1700-ci illərdə isveçli alim Carl von Linné qohumluq və yenə də ortaqlıq üzrə yeni sistem yaradır. Bu sistem bu gün də keçərli sayılır, ancaq ortaq nöqtələrin yenidən tərif olunması həyat ağacında (eng. ”tree of life”) böyük yer dəyişmələrə məcbur edir. Belə ki, 90-cı ildən bəri həyat gövdəsi 3 yerə, bakterilər, arxeylər (eng. ”Archaea”) və ”o birilərə” ayrılır. İnsan, heyvan, bitgi və göbələyin fərqlərinə baxmayaraq onların hücrələrində çəyirdək və çəyirdəkdə yaşam formullarının (DNA) saxlanılması ortaq xususiyyət kimi görünür. Eyni halda Təbiətdə tanınıb və ad verilmiş 1.5 milyon növdən 370 mini böcək (eng. ”beetle”) olması bir qədər düşündürcüdür. Qeyd etmək yerində olar desək, 100% eyni DNA-nı irs aparan özdəş ikizlər (bir yumurta) zamanla bənzərliyini əldən verir. Başqa sözlə, durumla bağlə sınırları yaxınladıb ya uzaqlatmaq öz əlimizdə, amma istək nədir?

Məncə teorik mübahisələrə həvəs çox olsa da, binövrə daşı götür-qoy olunmayıb. Iki şirkətin birləşməsində, ya yeni sahələr yaranır, ya olduğu sahə gənişləyir, ya rəqibini aradan yox edir, ya da yaşamaq üçün gərəkli sayır. Böyümək birliyin nəticəsi kimi sayılsa da, çoxlu iki-lər bir olmaq məcburiyyətində qalır, bir rəis, bir mərkəz və sayirə. Evrimlə hazırlanan birliyin bir örnəyini balıq və quşlarda görürük. Onlar sürü yaratmaqla (eng. ”shoal” və ”swarm”) ovçunu karıxdırıb, onun təmərküzünü pozurlar. Ancaq qarışqa və arıda kiçik beyinlərin iş-birliyi ilə böyük beyin yaranır, toplumun bünyəsi güclənib və onları Təbiətdə ən başarılı mövcuda çevirir. Bizə gəldikdə, birləşmək nəyin üzərində ola bilər və birləşdikdə nələri ələ gətirə bilərik qonusu qaranlıqda qalır. ”Güc birlikdədir” demək həm hamının xoşuna gələn, həm də doğrudur. Ancaq şüarın əmələ keçməsi olduqca zəhmətlidir. Misal üçün “mən”imlə birliyə getmək istəyən “mən”im xüsusiyyətlərimlə tanış olmalıdır. Beləki, “mən”im huş-zəka, zahiri görkəmim normal və standarddan yuxarıdır. Sədaqət, düzlük və qeyrətimə şübhə edilə bilməz. Yalan danışmaram və niyyətim xoşdur. Ana qarnından psikoloq dünyaya gəlmişəm və hər kəs mənim yanımda ağzını açarkən, onun ciggi-böggünü bilərəm (əlbətə bəzən onun Mücahid və ya Fədai olmasını soruşmalıyam). Paxıl deyiləm amma nə üçün ”o” məndən çox yesin. Doğrusu yadıma gəlməyir, var-yoxumu Azərbaycan yolunda vermişəm, yoxsa verməyə hazirəm. Və nəhayət “sən”ə inanmıram.

Yuxarıda qeyd olunan xüsusiyyətlər mənfi nəzərə gəlsə də, bunların böyük qismi Təbiətin töhfəsidir. Əgər bunlar olmasaydı, inkişaf da olmazdı. Beyin ”scanları” yalan danışdıqda beyinin daha aktiv olmasını göstərir, yəni beyindən iş çəkilir. Şişirtmək və özündən razı qalmaq isə, yaşamaq şansını çoxaldıb və nəslini artırmağa motiv yaradır. Təbiətdə ədalət yox və qiyamət günündə cavab vermək də yoxdu. Hər halda bunları nəzərdə tutub “mən”imlə birliyə girmək zorundasan. İsveçdə havanın soyuq və küləkli olduğuna görə ”pis hava yox, pis paltar var” deyərlər. Havaya baxıb biz bu paltarı özümüz tikməli və onun nəqşini birisindən kopi edib və ya kitablarda axtara bilmərik. Bu oyun hamı üçün təzədir, oyunun qurallarını biz yazmalıyıq. Buna görə də, hər tək-bə-təkimizin səhnədə olan ya olmayan bilgi və təcrübədən asılı olmayaraq fikirlərimizi deyib, o birilərin eşitməsini istəməliyik.

Bir fərdin toplum içindəki əhəmiyyətini aydınlatmaq üçün yene də Təbiətə dönməliyəm. Orada bireyin (fərdin) birinci vəzifəsi yemək və yaşamı davam etməkdir. Qidanın yoxluğunda hər şey boşuna çaba göstərməkdir. O, daha sonra ətrafdakı təhlükələri öyrənib özünü qorumalıdır. Evrim bunu bireyə baxaraq çözmüş. Biri qaçır, o biri müdafiəyə qalxır. Biri gizlənir, o biri özünü ətraf mühitə bənzədir. Biri burnuz vurur, o biri zəhər atır. Sonuncu görəv isə genlərini yaymaqdır. Toplum böyüdükcə ”gen bankası” zənginləşir. Evrimi bir cümlədə və sadə dildə ”toplum halda yaşamı sürdürmək” kimi tərif etdərsək, məncə səhv deməmişik. Amma yaddan çıxarmamalıyıq ki, toplumun yaşaması fərdin diri qalması nəticəsində olur. Demək istədiyim, bizim aramızda özlərini savdlı-təcrübəli qələmə verənlər ”keyfiyyət-keyfiyyət” deyib şəxsləri filter etməklə Təbiətdəki ”gen bankasına”, yəni kəmiyyətin dəyərinə diqqət vermirlər Balığın 100 minlər yumurtını öz başına buraxıb kemiyyətdən keyfiyyətə çatmasını örnək kimi vermək olar.

Günün icabına baxıb konkret olaraq mənim nəzərdə aldığım birlikdə Güney-Quzey sözü anlamsız olur. Fərd hər şeydən üstün tutulur və onun savadı, təcrübəsi, keçmişi, yaşı, ağsaqqal-ağbirçəkliyi ona imtiyaz sayılmayır. Qarışqa (böyük beyin) və quş-balıq (düşməni qorxuya salan) birliyi ikisi də əməli olur. 15 səhifəlik əsasnamə və 23 nəfərlik idarə heytətindən xəbər olmayır. Mübahisə yaradan mövzular gündəmdən çıxır və ortaq nöqtələr olduğu kimi tərif olunur (1980-ci ildə Tehranda nəşr olunan Yoldaş jurnalında belə bir yazı var idi ”52 sol qrupu birləşmək üçün danışığa girib 57 qrup olaraq ayrıldılar”). Fəaliyyət dairəsi zaman və məkana uyğun hazırlanır. Üc bucaq (Simal-Cənub-yurddışı) öz anlamını tapır. Buna çatmaq üçün bir qədər suyun tərsinə üzməyi öyrənməliyik. Fikir verməkdən və başqasını dəsdəkləməkdən qorxmamlıyıq. İnam bir gündə yaranmayacaq, ancaq inamın var olduğunda həm adi millət, həm də şəxsiyyətlərimiz BÖYÜK BİRLİYİMİZə qatılacaqlar.

Sözümü isveçlilərin anlamlı bir məsəli ilə qurtarıram. ”Soyuq dəyməyə (influenza) dərman etsən 7 gündə, etməsn bir həftədə toxdar”. İçəri “mən”siz də işin öhdəsindən gələcək, amma həkimlər yaxın gələcəkdə dediyim məsəlin keçərsizliyini vəd edirlərsə, “mən” də sakit qalmamlıyam.