İlmaz Ağapur Azərbaycanın boks üzrə milli formasını geydi

İlmaz Ağapur Azərbaycanın boks üzrə milli formasını geyərək, beynəlxalq "GREAT SILK WAY" (Böyuk ipek yolu) turnilində Azərbaycanı təmsil etmək şansın əldə etmişdir. Bakı şəhərində keçirilən bu yarışmada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Rumuniya, Əlcəzair, Gürcüstan, İran, Rusiya və s. ölkələrdən idmançılar qatılmışdır. 16 yaşlı həmyerlimiz İlmaz (İman) Rumunya boksçusuna qalib gəlmişdir və finalda Avropa çimpionu olan Türkiyəli bokusçu Mehmet Aydınla qarşılaşmışdır. Döyüşlər canlı olaraq Azərbaycan İdman Tv vasitəsi ilə yayınlanaraq, Güney Azərbaycanlı bokusçuya qarşı böyük səmimiyyət nümayiş olunmuş, bu da vahid bir millətin ortaq və milli mənfəətlər uğrunda fəaliyyət etdiklərinin ən yaxşı göstəricisidir.