Xocalı faciəsinin ildönümü Stokholmda möhtəşəm aksiya ilə qeyd olundu

                      2010 - cu il 27 fevralda İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzi meydanında Xocalı faciəsinə həsr olunmuş etiraz aksiyası keçirildi. Aksiyaya təkcə Stokholmdan yox, İsveçin Upsala, Linköpinq, Göteburq və digər şəhərlərində yaşayan azərbaycanlılar da təşrif gətirmişdirlər. Təqribən 200 nəfərin iştirak etdiyi aksiyada azərbaycan, isveç və ingilis dillərində yazılmış şüarlar nümayiş olundu. Onlar aşağıdakılardan ibarətdir:

a)      Ermənistan  dərhal və qeydi - şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır! (Armenia must leave the occupied azerbaijani territories immediately and unconditionally)

b)      Avropa Birliyi Azərbaycanın 1 milyondan artıq müharibə qaçqınına göz yumur. (EU turns a blind eye  to more than one million Azerbaijani refugees of war)

c)      BMT qətnamələrini yerinə yetiməkdən imtina etdiyinə görə Ermənistanı məhkum et! (Condemn Armenia for refusing to implement the UN's resolutions)

d)      Xocalıda törətdiyi genosidə görə Ermənistanı məhkum et! (Condemn Armenia for the genocide committed in Khojaly)

                      Aksiyaboyu isveç və ingilis dillərində aksiyanın  minlərlə  qətnaməsi paylandı. Meydanda Xocalının dəhşətli faciəsini özündə təzahür etdirən fotolardan ibarət 5 stend yer almışdı, Qarabağın və Xocalının əks olunduğu Azərbaycanın böyük xəritəsi üzərində maraqlananlara Qarabağ haqda məlumat verilirdi. Eyni zamanda ayrıca təşkil olunmuş sərgi masasının üzərində 6 dildə Qarabağ faciəsi ilə bağlı çəkilmiş sənədli video disklər və CD - lər düzülmüşdür ki, bu maraqlananlara təqdim edilirdi. Erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş insanların ruhuna ehtiram əlaməti olaraq foto stendin ətrafına şamlar düzülmüşdü.

                      Bu əyani vəsaitlər meydana toplaşan İsveç ictimaiyyətinin diqqətini cəlb etdi, onlar çox böyük maraq göstərir və aksiyaboyu aksiyadan film və şəkillər çəkirdilər                    Azərbaycanın himni ilə başlanan aksiyada azərbaycan, ingilis və isveç dillərində aksiyanın qətnaməsi oxundu, Xocalı faciəsi ilə bağlı hazırlanmış sənədli, musiqili materiallar isveç və ingilis dillərində səsləndirildi. İsveçdəki Uyğur -- İsveç Maatif Dərnəyinin rəhbəri Əhməd Tursun çıxış edərək, bizim haqq səsimizə uyğur qardaşlarımızın da səs verib, bizlə birgə olduqlarını bildirdi. Upsala Universitetinin tələbəsi Vüsal Əliyev iki dildə, Göteburq Universitetinin tələbəsi Fərrux Əliyev iki dildə və Linköpinq Universitetinin tələbəsi Mahirə Muxtarova ingilis dilində Xocalı faciəsi ilə bağlı xüsusi hazırladıqları material və şüarları meydanda oxudular.

                      Meydana toplaşmış aksiya iştirakçılarının da qeyd etdiyi kimi, aksiyanın əsas əlamətdar tərəflərindən biri iştirakçıların çox hissəsinin Xocalı faciəsinin şahidi olmayıb, bu haqda yalnız kitablardan tanış olmuş İsveçdəki Azərbaycan gənclərindən ibarət olması idi. Aksiya iştirakçılarının ümumi fikrinə görə, bu mitinq İsveçdə azərbaycanlıların bu vaxta qədər keçirtdikləri ən möhtəşəm tədbir idi və bu da təsadüfü deyildi. Bu tədbirin keçirilməsi üçün yaradılmış Qarabağ Komitəsi son 3 ay ərzində böyük bir təşkilati iş aparmış, həm tədbirin geniş formada təbliğatını təşkil etmiş və həm də yüksək səviyyədə əyani vəsaitlər hazırlamışdılar. Tədbirin gedişatı ən kiçik detallarına qədər işlənmiş, kimin nə işlə məşğul olacağı təşkilatçılar arasında bölünmüşdü.

                      Qarabağ Komitəsi öz işini Xocalı aksiyası keçirməklə bitmiş hesab etməyib, bundan sonra da Qarabağın müdafiəsi ilə bağlı davamlı iş aparmaq fikrindədir.

 

                    Xocalı faciəsinin ildönümü Stokholmda möhtəşəm aksiya ilə qeyd olundu:27.02.10

 

Xocalı aksiyasında uyğur türkü Əhməd Tursunun çıxışı -- 27.02.10

Azerbajdzjanier demonstrerade mot Armeniens ockupation 27.02.10

Azerbaijanis protested against Armenia's occupation 27.02.10