Bolqarıstanda Türkcə Roman və Səbri Tata

 

Bolqarıstanın Dəliorman bölgəsindən olan Səbri Tata 1925-ci ildə doğuldu. Azərbaycan  oxucuları üçün Səbri Tatanın əsərləri və yaradıcılığı ilə tanış olmaq çox maraqlı olacaq. Bolqarıstanda 1950-ci illərdə Türk mədəniyyəti üçün qısa müddət bir canlanma olmuşdu. Ondan sonra 1960-cı illərdən başlayaraq Türklərin mədəni haqqları bir-bir məhdudlaşdırılmağa başlanmışdı. Nəhayət 1985-ci ildə şiddət və zorakılık tətbiq edilerek ad dəyişməsi – kimliksizleşdirmə kampaniyasına başlanılmışdı. Bu da 1989-cu ildə böyük köç və Jivkov diktaturasının devrilməsi ilə nəticələnmişdi. Söz etdiyimiz qısa sürən mədəni canlanmanın nəticəsi olaraq 1960-cı illərdə Bolqarıstanda o dövrdə siyasi səbəblərdən ötəri Azerbaycan oxucusu üçün məchul qalan ədəbi əsərlər nəşr olunmuşdu. O dövrdə türkcə roman da dahi yazmış olan dörd yazarın adını ana bilərik. Bunlar Xalid Aliosman Dağlı, İshak Raşit Mazlumkaya, böyük köçdən sonra Türkiyədə də əsərləri ilə tanınmış olan Ömər Osman Erendoruk və buğünkü yazımızın müsahibi Səbri Tata.

Səbri Tata Bolqarıstanda ikən çox sayda tərcümə kitab hazırlamış və çox sayda kitabın redaktörlüğünü etmişdir. O dövr Bolqarıstan Türk oxucusunun sevdiyi iki Türkcə romanı 1963-də "Gün Doğularkən" və 1967-də "İki Arada" romanları nəşr olunmuşdur. Bolqarıstanda Türklərin haqqları addım-addım geri alınarkən, Türkcə əsər nəşr etmək qadağan edilmişdi. Səbri Tata gizlicə yazmağa davam etmişdi. İllərdir yazdığı əsərlər ancaq 2000-ci illərdə İstanbulda gün üzü görmüşdür. Bu əsərlər Vidin Paşası Osman Pazvantoğlunun həyatını və yaşadığı dövrü təsvir edən 750 səhifəlik tarixi roman "Tunanın Pəri Gözəli" və Dəliorman Türklüyünü anladan dörd cildlik "Pəhlivanoğulları" adlı nəhəng əsəridir. Pəhlivanoğullarının birinci cildi Türk Dünyası Araşdırmaları Vaqfindan əldə edilə bilər. Digər nəşrlərinin isə Ünal Nəşriyyatından dağıdılacağı gözlənilir.

İstanbulda yaşayan Səbri Tata ilə bir çox mövzuda görüşdük, burada xatirələrindən bəzi anları  təqdim edəcəyik.

 

S. İrevanlı: 1950-ci illərdə Bolqarıstandakı siyasi, mədəni mühit haqqında nələr söyləyə bilərsiniz?

Səbri Tata: Mən 9 İyul 1952-ci ildə Bolqarıstanda Sofyada nəşriyatda çalışdım. Qəzetlərdə yazı yazdım. Yazdıq pozduk Stalin sosializmini təriflədik, amma dərəcəsi də vardı. Mən oraya getmədən əvvəl Stalini o zamanlarda çıxan jurnallardan tanıyırdım. O dövrdə Bolqarıstanda "Signal" adında bir jurnal çıxırdı. Ruscası "Илюстгoвaнa Политиka" yəni şəkilli jurnal. Signal jurnalı o zaman Almanların pulu ilə çıxırdı. Almanların çıxardığı "Signal" jurnalında mən Stalini necə tanıdım. Əlində böyük bir balta çiyinlərində qılınc yəni dünya qədər insan kəsmiş, asmış bir adam. Paranayok deyərdilər ona. Belə bir cellad göstərilirdi Stalin. Bu jurnal Stalinin bütün pis əməllərini üzə çıxartmışdi. Stalinin içəridə və cəbhədə nə qədər insanı öldürtdüyü, milyonlarla insanı Sibirə sürdürtdüyü bütün detallarıyla  bu jurnal və qəzetlərdə izah edilmişdi. Bu danışdıqlarım Sovet əsgərləri Bolqarıstana gəlmədən əvvəl idi. Yəni köhnə idarədə mən onları oxumuşdum. Sonradan 9 Sentyabrda Sovet əsgərləri Bolqarıstana gəldi. Gəlir gəlməz bütün idarəni dəyişdilər. Yeni idarə qurdular siz ona kolhoz biz isə tekezese dedik. TEKEZESE-yə  girməyənlərə "qulaq" dedilər və bu iş üçün insanları döydülər, sürgün etdilər. Zəngin insanların mallarını tarlalarını alıb tekezeseye verdilər. Zənginlik bir cinayətmiş kimi zəngin insanları həbs etdilər.  Yaxşı ki kasıbmışıq dedik, heç bir şeyimiz yoxmuş əziyyət çəkəcəydik. Ancaq biz kasıb deyildik dəyirmanımız vardı, tarlamız vardı. Amma tutdular bizim o gözəl tarlalarımızı aldılar yerinə uzaq yerlərdən daşlı-kesekli yer verdilər. Bir parça çörəyə möhtac etdiler insanlarımızı. Rusiyanın Ukraynası Rusiya üçün necə bərəkətli isə Bolqarıstanın Dəliorman bölgəsi də elə bərəkətli idi. Sovet əsgərləri gəldikdən sonra Sofyada bir qayda vardı mütləq tərifləyəcəksən tərifləməzsən sənə heç bir şey yox. Sistemi tərifləyəcəksən başdakıları tərifləyəcəksən. Mən 9 Sentyabrdan sonra gimnaziyaya getdim. Gimnaziyada mənə dedilər ki, Stalin bioqrafiyasını öyrədəcəksən krajokta şagirdlərə. Orada Stalin bioqrafiyası adlı bir kitab verdilər mənə. Kitabdan alıb tərcümə edərdim, Stalin belə, Stalin elə deyə. Kitabı alib baxdım bu mənim gördüyüm Stalin deyil. Stalinin şəkilini qoymuşlar. Aha... Generalisimus, Generalnıy, General, Mareşalnıy, Marşal ancaq bir o əskik, iki qanad qoymamışlar mələklər kimi olsun. Mənim oxuduğum bu amma pis söz söyləmək yox ancaq tərifləmək vardı. Bir Əhməd Şərif vardı. Stalin haqqında şeir yazmışdı, tutdular ona mükafat verdilər. Kim tərifləsə o yüksələrdi. Mən o zaman susdum heç bir şey yazmadım. Mən Sofyaya getdikdən sonra biz başdan Stalinlə birlikdə çalışdıq. Stalin 1953-də öldüyündə mən getdim parkda onun büstünün yanında keşikdə belə durdum. Heyətdə bir yerdə işlədik, bir Çervenkov vardı, Vılko Çervenkov o oldu baş nazir. Stalinin ölümü ilə əlaqədar bir çıxış elədi hamımız ağladıq. Stalin öldükdən sonra yerinə Hruşşov gəldi. Stalinin bu qədər bu qədər nöqsanları varmış. Madam ki Stalin beləymiş demək ki Çervenkov da eləymiş. Yeni qanunlar çıxdı. Stalinin adı kitablardan təmizlənməyə başladı. İşimiz gücümüz bu idi. Məni o zaman yeni çıxan bir qəzetdə, Yeni İşıq qəzetində mədəniyyət şöbəsinə işə götürdülər. Mən nəşriyyatda işləyərkən uşaqlar üçün kitablar da nəşr olunurdu. Qəzetə şeir də gəlirdi hekayə gəlirdi mən qayçı əlimdə senzura edərdim yuxarıların əmirlərinə görə.  Mən daha sonra Rumıniyaya getdim oradan Türkiyəyə keçmək üçün amma keçə bilmədim. Bolqarlar bizi tutdular ayaqlarımı falaqqaya çəkdilər. Ancaq mən bu sistemə heç güvənmədim. Mən Doyçevelleyi dinləyirdim, BBCi dinləyirdim, Amerikanın səsini dinləyirdim. Türkiyənin səsi zəif gəlirdi. İlk hekayəmi "Matəm" adlı hekayəmi, xatirələrimi yazdım o vaxt da kənddə məni bolqar məktəbindən qovdular. Bir bolqar vardı Marinağa gəlib bizim Dəliormanda kənd sovetinin sədri oldu. Sovet sədri olduqdan sonra məsələn çağırırdı birini, Əhməd sən vergini ödəməmisən, deyə bir qırmızı kağız göstərirdi. Beləliklə hər kəsdən beş dekar rüşvət alıb min dekara qədər tarla aldı. Ondan sonra Boris öldü matəm oldu. Mən "Matəm" adlı bir şeir də yazdım, beləcə yaradıcılığa başladım. Daha Çervenkov yaşasın, Stalin qanunları vs. belə şeirlər yazılmırdı. O illərdə Türk yazarlar arasında ilk romanı mən yazdım. İlk romanım "Gün Doğularkən" romanı oldu. Bəzən şeirlər də yazardım.

S. İrevanlı: 9 Sentyabrdan sonra Bolqarıstanda necə bir idarə sistemi quruldu və bu idarə  sistemində mədəniyyət sahəsində hər hansı bir senzura qoyuldumu? Bu mövzuda nə söyləyə bilərsiniz?

Səbri Tata: İlk başdan bunu söyləyə bilərəm ki 9 Sentyabr 1944-cü ilə qədər Bolqarıstanda biz türklərin o zamana qədər heç bir haqqı yox idi. Bolqarlar istədiklərini edər, istədiklərini dəyişdirərdilər. O zamana qədər bizim türkcə nə qədər kənd adı, şəhər adı vardı hamısını dəyişdirib bolqarca etdilər. Dəliorman Ludogorie mənim kəndim Torlak (Tsar Kaloyan) olmuşdu. Bunu şovenist bolqarlar ad verdilər.  9 Sentyabrda mənim böyük qardaşım Vətən cəbhəsinə girdi bir az kommunistlərlə işlədi amma yenə bolqarlar bizim yüksəlməmizə mane oldular. Hətta mən rüştiyədə bolqar məktəbinə getdiyim halda məni kəsdilər, gimnaziyaya almadılar. Mən getdim Nüvvapda türkcə oxudum. Amma 9 Sentyabrdan sonra türkcə məktəblər açıldı bir çox yerdə litsey açıldı. Bir neçə yerdə pedaqoji məktəbi açıldı. Universitetlərdə filoloji vardı, hələ də var. Daha sonra tarix fakültəsi, ədəbiyyat və riyaziyyat fakültələri türklər üçün açıldı. Sonra Kırcaalidəki müəllimlər rüştiyəyi bitirdikləri üçün orada da pedaqoji açdılar. Sonradan heç imtahansız universitetə tələbə götürdülər. Qəbul edilən gənclərdən tibb fakultəsinə girib bitirənlər belə oldu. Lakin bu proses 1956-cı ilə qədər davam etdi. 1956-da Todor Jivkov gəldi. Çox sovenist biriydi. O gələn kimi bütün türkləri yüksək mövqelərdən atdırdı. MK-də türklərdən yüksək mövqelərdə olanlar vardı amma onlar da bir şey edə bilmirdi. Ancaq edilənlərə bəli deyərək baxırdılar. O getdi başqa bir nəsil gəldi. Bu nəsildə Azərbaycanda yüksək partiya məktəbini bitirənlərdən Xəlilov deyə biri vardı. Bolqarlar onu Mərkəzi Komitəyə aldılar sonra MK-yə seçdilər. Seçildikdən sonra da bolgarlar bizə bunu edəcəksən onu edəcəksən deyə işlərini görməyə başladılar. Jivkov zamanında bolqarların gözlərində ən böyük tikan bizim türkcəmiz idi. Türkcəni necə yox etsinlər deyə başdan bir komissiya qurdular. Komissiyada  deyirdilər ki, baxacaqsınız bolqarca oxuyacağınız mətndə əgər türkcəyə girə biləcək bir söz tapsanız onu qoyarsınız türkcə yazacaqsınız. Onun üçün bolqarcadan türkcəyə bəzi sözlər keçincə bizim dilimiz çox korlandı. O zaman türkcəyə çox əhəmiyyət verən yazıçılar, şairlər yazmağa çəkindilər yazmadılar. Bolqarıstanda bir də yazarlar birliyi vardı. Bizi yığdılar, bir toplantı geçirdilər. Toplantıda bolqarca belə, bolqarca elə, deyə çok müzakirə ettikdən sonra xəritədə bir çay göstərdilər. Çayın bir tərəfində türklər o biri tərəfində bolqar yazıçılar. Dedilər ki, əgər bolqarca yazsanız çayın o tərəfinə keçəcəksiniz siz də yazarlar birliyinə üzv olacaqsınız. Ondan sonra tutdu iki şair Bolqarıstanda şovenist Levski haqqında şeir yazdılar. Bu Levski elə bir milliyyətçi ki, adamın tutub onu əzməsi gəlir. Yazarlar birliyinin toplantısından sonra mən artıq heç bir şey yazmırdım. Ancaq evdə "Pəhlivanoğulları"nı yazmağa başladım. Hər gecə yazırdım. Daha sonra Türkiyəyə göndərdim, Bursada basılmadı o zaman. Doğrusu çıxmasını mən özüm də istəmədim çünki işləyəcəyim mövzular vardı. Bolqarıstanda o mövzuları yazarsam və ələ keçsə mənim başıma bəla açardı. Onun üçün bəzi mövzularda yazmamışdım. Ancaq Türkiyəyə gəldikdən sonra üç cildin üçü də çıxdı. Onun üçün mən   elə bir yerdəydim ki, bunların bolqarların bizim adlarımızı dəyişdirəcəkləri heç ağılımdan keçmədi. Amma bir şairimiz vardı. Bir şeir yazmışdı, neşr edin mənim bu şeirimi yeni adımla, mən yeni adımla məşhur olmaq istəyirəm. 

Bunu yazan şair coğrafiya müəllimi idi. Onu kimsə tanımırdı, amma mən tanıyırdım çünki qəzetdəydim. Biri hekayə yazdı. Yəni hər kəs könüllü oldu deyə. Belələrinin üzünə tüpürəsim gəlirdi.

Mən bir gün onu çağırdım yanıma. Sən kimə yazdın bu şeirləri dedim. Mənə yazdınsa mən oxumam, şeflərin üçün yazdınsa onlar da oxumayacaq. Belə şeir yazılmaz dedim. Sən ünvanını bilmirsən. Mən qurdların, tülkülərin, ilanların arasında işlədim və rahatdım.

Bir gün Razgrada getdim. Razgradda şirnici İbrahim vardı, almış Razgrad qəzetini oxuyur. Biri mən də könüllü oldum, adlarımı dəyişdirdim deyə yazmış. Mən yazmaya bilərdi dedim. Necə yazmayacaq Səbri, dedi sıxışdırırlar. Bax dedim, İbrahim, mən bu sıxışdırılanların arasındayam. Mən onun mətbəxindəyəm - Sən bunu bilirsənmi? O anlamırdı belə mənim məsuliyyətimi.

S. İrevanlı: Bolqarıstanda 1960-cı illərdə çıxan türkcə romanlardan İshak Rəşidovun "Yaşıl Quşaq" və "Ayrılarkən" romanlarını oxudum. 9 Sentyabrdan sonra Bolqarıstandakı idarə dəyişikliyi bu romanların hər ikisində də sətirlər arasında açıqca göstərilmiş. 9 Sentyabrdan sonrakı Sovet dövrü sizin də əsərlərinizə əks olunmuşdur. Hansı əsərinizdə bu Sovet dövründəki idarə dəyisikliyindən ən çox bəhs etmişsiniz?

Səbri Tata: Mənim xatirələrim vardı, yuxarıda dediyim kimi mən romanlarımda o zamana görə nə lazımdırsa, onları verməyə çalışdım. Mən bəzi romanlarımda 9 Sentyabrdan bəhs edəmədim.

Dr. Atilla Raufoğlu: Səbri bəy, siz "Pəhlivanoğulları"nı ilk başda Bolqarıstanda nəşr olunacaq deyə yazmışdınız? Bu əsərinizə daha sonra hər hansı əlavələr etdinizmi deyə soruşmuşdum. Siz də 1944-də XI. Qızıl Ordu Bolqarıstana gəldiyi zaman o hissəni siz bir az daha genişləndirmiş olduğunuzu söyləmişdiniz. Orada Qızıl Orduda Krım tatarları vardı, azərbaycanlılar vardı, onlar oradakı, Sovetlərdəki həyatlarını anladırlardı. Bu mövzuda bir az məlumat vermənizi rica edirəm.

Səbri Tata: Başdan onu söyləyim ki rus əsgərləri Bolqarıstana 9 Sentyabrda gəldi. Rus qazaxların gəlməsini gözləyən və türklərə diş gıcayan milliyyətçi Tonioğlu kasaturası belində, mən türkləri kəsəcəyəm, mən türkləri kəsəcəyəm deyə, gəlsin ruslar! "Biz rusları gözləyərkən tatarlar gəldi" deyib evinə çəkilmişdi və heç bir yerə çıxa bilmirdi. Amma bizə ruslar gəlmədi. Bizə Krım türkləri gəldi, bizə Azərbaycan türkləri gəldi. Əsgərlərin çoxu buğdayı rengli, qara qaşlı insanlar olub aralarında qızlar da vardı. Biri vardı, Şükrüyə, 24 yaşında Krım türkü o biri Əbdürrəhman, Azərbaycan türküydü. Bu gələn əsgərlərin dilləri də kənddəki türklərin dillərinə çox yaxın idi. Azərbaycan türkcəsiylə bir də tatarcaydı danışdıqları. Kəndlilər, Sovetlər Birliyində öz dillərinə yaxın dildə danışan millətlər olduğuna, əsgərlər isə, bu kənddə türk olduğuna çox təəccüplənmişdilər. Amma bir birlərini başa düşdükləri üçün tez dostlaşdılar. Tank bölüğünün komandiri leytenant Əbdürrəhman və leytenant həkim Şükrüyə bizdə qalırdı. Bolqarıstana gələn rus əsgərlərin bir salamı vardı. Qarşılayar səni əsgər "smert faşizm" (faşizmə ölüm) deyərdi. Bunları öyrəndik onlardan. Rus əsgərlərinin, saatları yoxdu, şeflərində vardı Krım hərbindən qalma. Odur ki əsgərlər yanlarından keçənləri dayandırıb saat neçədir deyə soruşardılar. Sonra saatı ver deyib saatı alıb gedərdilər. Belə şeylər etdilər. Bizə onlardan əvvəl almanlar gəlmişdi bıçaq kimi saatları ciblərində hamısının üst başları gıcır gıcır. Bir gün ses yayıldı ki şərq cəbhəsində alman əsgərləri geri çəkilir. Məktəbə yerləşən alman əsgərləri də Ruscukdan gelenlerin gettiyi tərəfə getdilər. Ancaq bir dosdum dedi ki meyxanada danışırdılar ki gecə fürerimiz Hitler genə radiyoda danışdı.”Son gələbə bizim”dedi. O bir şeyə inanmasa elə danışmaz. Hətta deyirlər ki almanlar bir top icad eləmiş bir ədədi bir ölkəni dağıdırmış. Almanlar Rusyaya o toplardan iki ədəd atsa müharibə gurtarar. Kəndlərdən almanların tası tarağı toplayıb getmələri dedikodusu hələ kəsilməmişdi ki, yeni bir dedikodu ağızdan ağiza dolaşmağa başladı. ”Rus əsgərləri Tuna çayını keçib Silistra, Tutrakan və Dobriçtən bəriyə doğru irəliləyirlərmiş. Bu fısıltıların sonunu gözləməyə vaxt qalmadı, Dəliormana və kəndə Sovet əsgərləri və tankları yerləşdi. Kənddə siyasəttən başı çıxan Qara İbrahim isə eşitdiklərinə inanmırdı. O alman faşist əsgərlərinin geri çəkilməsini hec cürə izah edə bilmirdi. ”Bütün Avropaya dayanan bir ordu necə olur ki, rus əsgərlərindən gorxsunlar”deyə düşünürdü. ”Bu işdə mütləq bir hiylə var deyirdi.  Qara İbrahim kənddə yaşlı adamların bir zamanlar Osmanlı ordusunun bəzi çarpışmalarda galip gelmemesini oradakı komutanların satqınlığı nəticəsində olmuşdur deyə eşitmişdi. Belə satgın kişilərə ”mürtəd” damqası vururdular. Odur ki Qara İbrahim də alman ordusunun çekilişinə satgınlıqdan başqa bir ad verə bilmirdi. Müharibədə əyinlərinə paltar ayaklarına ayakkabı ala bilməyən Rus əsgərləri gələn kimi almanlardan əldə ettikləri gənimətlərlə həmən alış verişə başladılar üst başlarını düzəltdilər. Beləliklə Bolqarıstanda da yeni idarəni qurdular. Mən sonra Türkiyəyə gəldim. Bolqarlar çox milliyyətçi deyə oradan başlayırıq çox zaman. Biz də milliyyətçi idik onların aralarında. Ancaq Türkiyədə mən bu milliyətçiliyi görəmədim. Burda başqa bir həyat varmış. 

 S. İrevanlı: Səbri bəy Azərbaycanla əlaqələriniz hansı səpkidə idi. Daha doğrusu varmıydı. Azərbaycan ziyalılarından kimləri tanıyardınız?

Səbri Tata: Söhbətimin əvvəlində də dedim mən tərcümələr edərdim bulgarcadan türkcəyə, türkcədən bulgarcaya. Azərbaycan türkcəsindən də Türkiyə türkcəsinə bir neçə kitab tərcümə etdim. Mən bunu gördüm, aramızda tərcümə etməyə heç gərək yox hər söz aydın olur. Ancaq bəzi sözlər var ki məsələn sokak - küçə, orman - meşə, yəni çox az fərqlər var. Bəzi sözlər çıxardı məsələn mənim anlaya bilmədiyim, mənim müdürüm Süleyman Hafızoğlu gedərdi universitetə alırdı onun türkcəsini gətirərdi mənə mən də işlərdim. Əslinə baxsanız Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında o qədər də fərq yox, hər ikisi bir dil. Bolqarlar bizim türkcə qrammatikamızı pozmağa çalışarkən, Azərbaycandan qrammatika gətirdilər. Rüştiyədə daha doğrusu orta məktəbdə, bir, iki, üç onlarda olan qrammatikaları bizimkilər türkcələşdirdilər, onları çıxardılar, o zamana görə buna da şükr etdik.  

Azərbaycanla bağlı əlagələri soruşdunuz onu da cavaplayım. Biz Bolgarıstan türklərində belə bir şey vardı: qibləmiz Bakı olacakdı – Türkiyeye baxmayacaqdıq. Türkiyəyə əgər bir gün gəlib gedəcəksək, biz kommunist olaraq, sosialist olaraq gedəcəkdik sosialist Türkiyəyə. Onun üçün daha çox  Azerbaycanla əlaqələr qurmağa çalışdıq ama olmadı. Ancaq biz başqa şeylər də bilirdik eşidirdik. Məsələn Bağırov adında biri vardı. Azerbaycanın birinci katibi, Azerbaycanda yüzlərcə ziyalını ve on binlərcə insanı Stalinin göstərişi ilə tutub sürgünə göndərdi.            

S. İrevanlı: Səbri bəy Bolqarıstan Türklərindən yazar İshak Rəşidovla yaxın dostluğunuzu bilirik və Rəşidovla olan ədəbi fikirlərinizlə əlaqədar yaddaşınızda qalanlar nələr idi. Bu mövzuda məlumat verə bilərsinizmi?

Səbri Tata: İshak Rəşidov çox yaxın dostum idi. Sofyada uzun müddət birlikdə işlədik. İshak universitetdə çox parlaq bir tələbə idi. Meyvələrdə dərs verdi bir sıra. Radioda tərcümə edib türkcə danışdı. Türkcənin ilk spikerlərindən biri idi. O zaman Xalq gəncliyinə gəlib gederdi. Türkcəni çox sevirdi və türkcəni təmiz danışmağı sevərdi. İshak qələmini povest sahəsində sınadı və çox müvəffəqiyyətli oldu. Tənqid yazılar yazardı. Bizim oralarda Raşidovu gənc tənqidçi deyə keçərdi. Mən İshakı bəzən əlaqəsiz insanlarla oturan görərdim. Bir gün ona bu əlaqəsiz insanlarla nə üçün oturduğunu soruşdum və mənə dedi ki mən onlarla oturub danışmasam, belə insanların xarakterini haradan öyrenebilirim. İşdə tanımaq üçün onlarla oturub danışıram. İshak Kırcaalidən Gültən adında bir universitet şagirdi ilə evləndi. Bir uşaqları oldu Bilgin adında. Bilgin indi İsveçdə Stockholm şəhərində yaşayır. İshak o zaman radioda işləyirdi. Səhərlər sərbəst olduğu üçün tez tez görüşürdük. İshak evləndikdən sonra bir dəfə Türkiyəyə getdi orada solçu yazıçılarla tanış olmuşdu. Türkiyədən döndükdən sonra bir dəfə də gedəcəyim Türkiyəyə dedi. 1969 ilində direktor bizi çağırdı nəşriyyata bir adamdan başqa hər kesi işdən atdılar. Mən bir il boş qaldım. İshak dedi ki mən artıq burada qalmayacağam, Türkiyəyə gedirəm. İshakla Varşova deyə bir yer vardı oturub uzunca danışdıq. Bir generalım var dedi o mənə zəmanət verər. Mən ona Türkiyədən məktub yazmasını və məktubda bir söz istifadə etməsini istədim bu o demək idi mən o cümləni oxuduqdan sonra artıq sənin Türkiyədə qalacağından əmin olacağam dedim. İshakla son ayrılışımız o gün oldu və mənə lüğətin birinci nəşrini vermişdi. Sabahısı gün işlədiyimiz on qatlı nəşriyyatın binasına getdim, Gültən ordaydı, İshak yox idi, soruşdum gəlməmişdi. Ancaq siyirtməsini heç boşaltmamışdı şübhələnməsinlər deyə. İshakla bir daha görüşə bilmədik. Türkiyəyə gəldikdən sonra da öldüyünü eşitdim. Türkiyədə  ikən "Türk Böyükləri" deyə bir kitab yazdığını eşitdim. Lakin mən o kitabı görmədim. Türkiyədə də görüşə bilmədik. Bizim nəsil "Yaşıl Quşaq" işdə belə idi.

 

Rəşidov eyni zamanda indi Ankarada yaşayan  filoloq Xeyriyə Süleymanova Yenisoyun tələbə yoldaşı olmuşdur. Rəşidov Azerbaycanda oxuduğu tarixlərdə Xeyriyə Süleymanova da Azerbaycana tez tez gelip gedərdi. Xeyriyə Süleymanovanın Rəşidov haqqında qeyd etdiklərini də burada oxuya bilərsiniz:

İshak Rəşidov 17.06.1931 tarixdə Varnanın Əmirlər kəndində doğuldu. (T. M. Acaroğlunun bildirdiyinə görə kəndin adı 1934-də dəyişdirilib General Kiselovo oldu.) Atası erkən ölüncə İshakı anası böyütdü. Atasının erkən ölümü onu ürəkdən yaralamış və anasıyla birlikdə həyat mücadiləsi verdi. Təhsilinə öz kəndində başladı, Əsgi Zağrada açılan Türk Müəllim Məktəbində davam etdi. Bu məktəb bağlanınca şagirdlər yeni açılan Kırcaali və Razgrat Türk Pedaqoji məktəblərinə (Türk Müəllim Məktəblərinə) dağıdıldı. İshak, Razgrat Türk Müəllim məktəbində təhsilini tamamladıqdan sonra 1951-1952 dərs ilində Bakıya oxumağa göndərildi. Bakıda Azərbaycan Pedaqoji İnstitutunda riyaziyyat fakultəsində oxumuşdu. Bakıdan döndükdən sonra Sofya Universiteti Türkologiya bölməsində oxumağa başladı. İlk dərs ilində yüksək müvəffəqiyyət gazanan  tələbələr arasında idi. Daha sonrakı illərdə o biri tələbələr kimi təqaüd almağa davam etmiş olsa da işə də başlamışdı. Həm oxudu həm Sofya Radiosunun Türkiyə şöbəsində tərcüməçilik və spikerlik etdi. Daha sonra Xalq Gəncliyi və Narodna Prosveta Nəşriyyatında işlərini davam etdirdi. Kırcaali Türk Liseyində oxuyub Sofyada Kimya bölməsindən məzun olan Kırcaali şəhərindən Gültən xanım ilə evləndi. 1969-cu ildə turist olaraq Türkiyəyə getmək üçün hazırlıq edirdilər. Türkiyəyə getdikdən sonra bir daha Bolgarıstana dönmədi. İstanbulda müəllimliyə başladığı və Mazlumkaya soyadını götürdüyü xəbərini aldıq. Daha sonraları Atasevər soyadı ilə yazılar yazdığını da öyrəndik. 1982-də də acı ölüm xəbəri gəldi. Onun ölümündən sonra yoldaşı Gültən xanımın İsveçdə (Kırcaalidən İsveçdə çox Türk immiqrant var) bir şirkət qurduğunu, oğlu Bilginin orada universitetdə oxuduğunu öyrəndik.

                     

İsmayıl Çavuşev isə uşaq şeiri antologiyasında İshak Raşidin Xalq Gəncliyi qəzetində işlədiği sırada yaxşı bir tənqidçi və titiz bir dilçi olduğunu, eyni zamanda çox yaxşı tərcümələr etdiyini və uşaq şeirləri yazdığını ifadə edər. Antologiyasına aldığı şeirləri də daha ilk baxışda çox qabiliyyətli bir şair olduğunu göstərir.  

 

Bunlardan başqa Rəşidovun Bolqarıstanda Xalq Təhsili nəşriyyatında dörd kitabı çıxmışdır: Yankı-esse yazıları 1966, ”Yaşıl Quşaq” povesti 1966, ”Dostlar və Düşmənlər, uşaq mənzumələri” 1967, Ayrılarkən - müasirlərin hekayəsi", 1968. Türkiyədə də uşaqlar üçün ”Türk Böyükləri” adlı bir kitabı çıxmışdır.

İshak Rəşidovun ölümündən otuz il sonra əsərləri haqqında ilk tədqigat əsəri Finlandiyalı türkoloq Dr. Atilla Raufoğlunun hazırladığı dissertasiyadır. Bu dissertasiyada Raufoğlu Rəşidovun iki povestini titizliklə tədqiq və  təhlil edərək, Bolgarıstanda 9 sentyabrda Sovetlər dövrünü və 60-cı illərdə Rəşidovun da əsrlərində öz əksini tapan türklərin haqqlarının elindən alınması, adlarının deyişdirilməsini vs. mövzularda özünəməxsus təfəkkür prizmasından yanaşaraq təhlilini verməyə nail olmuşdur.

Sevil İrevanlı Finlandiya

AKK medya qrubu üzvü